Ermənistan vitse-prezidentinin ofisi Tiqranaşenin təhvil verilməsi ilə bağlı sənədlərlə bağlı sualdan yayındı – ÖZƏL
10:27 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın delimitasiya üzrə komissiyasının sədri, vitse-baş nazir Mher Qriqoryanın ofisi "Sputnik Ermənistan"ın Sovet dövründə Tiqranaşenin (Kərki) Azərbaycan SSR-ə verilməsini təsdiqləyən rəsmi sənədlərin mövcudluğu və növbəti delimitasiya mərhələsində hansı xəritələrdən istifadə olunacağı ilə bağlı sorğusunu cavablandırmaqdan yayınıb. (?)Ofisdən bildirilib ki, işlər komissiyaların birgə fəaliyyət reqlamentinə uyğun aparılır və bu çərçivədə hüquqi əsası olan bütün norma, sənəd və xəritələrdən istifadə olunacaq. Həmçinin vurğulanıb ki, komissiya üzvləri yalnız razılaşdırılmış rəsmi mətbuat məlumatlarından kənara çıxan şərh və ya açıqlama verə bilməzlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31