Gündəm
Deputat: Respublika müşavirəsi texniki bitkilərin istehsalının artırılması üçün yol xəritəsini müəyyənləşdirdi
Qaxda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən respublika müşavirəsi texniki bitkilərin istehsalının artırılması üçün yol xəritəsini müəyyənləşdirdi. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Latviyada niqab qadağan oluna bilər
Latviya hökuməti ictimai yerlərdə üzü örtən geyimləri qadağan edən qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsi ölkəyə gələn müsəlman qaçqınların qəbul edilməsindən sonra müzakirəyə çıxarılıb. Parlamentdə təmsil olunan partiyalar bu qanun layihəsini qəbul etdikdən və ölkə prezidenti tərəfindən imzalandıqdan sonra bu qanun qüvvəyə minəcək.
Almaniya və Türkiyə RAZILAŞDI
Almaniya və Türkiyənin münasibətlərində əsas mübahisəli məsələlərdən biri həll edilib. Bu haqda şəxsi mənbələrə istinadən Almaniyanın ARD telekanalı bildirib. Mübahisəyə NATO-nun vasitəçiliyi ilə həll variantı tapılıb. Bundan sonra Almaniya parlamentinin deputatları Türkiyənin Konya şəhərindəki NATO bazasında xidmət edən alman ordusunun hərbi qulluqçularına baş çəkə biləcəklər.
Bakıda maşin və mexanizmlər elmi üzrə beynəlxalq simpozium keçiriləcək
Azərbaycan Texniki Universitetində (AzTU) 11-14 sentyabr tarixində “Maşin və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” - İSMMS 2017 təşkil olunacaq. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texniki Universitetinin “Maşın və Mexanizmlər Nəzəriyyəsi” kafedrası, Maşın və Mexanizmlər Elmi üzrə Azərbaycan Beynəlxalq Komitəsi (AzC IFToMM), IFToMM-un Lingli mexanizmlər və Mexaniki Nəzarət Sistemləri üzrə Texniki Komitəsi, Azərbaycan Texniki Universitetinin “Maşınşünaslıq” elmi mərkəzi, İzmir Texnoloji İnstitutunun “Maşınşünaslıq” kafedrası və IFToMM "Gənc Nümayəndələr Proqramı"nın təşkilatçılığı ilə keçiriləcək simpoziumun əsas məqsədi maşın və mexanizmlər elminin inkişafında maraqlı olan alimlərin, mütəxəssislərin və digər qrupların öz elmi işlərini bizim simposiuma təqdim etməsidir.
Prezident sərəncamı uğurla icra olunur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-ya istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov dini maarifləndirmə sahəsində görülən tədbirlərin və bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib. DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev radikalizm, onu yaradan səbəblər, mübarizə metodları, cəmiyyətin radikalizm təhlükəsindən qorunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında məlumat verib.
Fransalı senator: "Ermənistana sanksiyalar tətbiq etmək lazımdır"
Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləmək və bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək lazımdır. Bunu fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule deyib. O qeyd edib ki, dinc sakinlər arasında ölüm halları bir çox münaqişələr zamanı hər gün qeydə alınır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir.
Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib. O, H. Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Q. Berdiməhəmmədov Şəhidlər xiyabanını da ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Q. Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləria barədə məlumat verilib.
Berdiməhəmmədov: “Türkmənistanla Azərbaycan Xəzəryanı məkanın sabitlik mənbəyinə çevrilməsinin tərəfdarıdır”
“Bu gün Türkmənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparıldı. Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətləri təyin edildi. İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bu gün bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik. Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir”.
Prezident İlham Əliyev: “Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”
“Bu səfəriniz Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox böyük yer tutur. Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq ediblər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçib”.
Şüvəlanda qanunsuz zibilxanaya görə icra nümayəndəsi cərimə edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Şüvəlan qəsəbəsinin "Mayak" çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan siqnal dərhal yerində araşdırılıb. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, sözügedən əraziyə məişət tullantılarının atılması nəticəsində qanunsuz zibilxana yaranıb.
İyul ayında 880 fələstinli həbs olunub
Fələstin Əsirlər Cəmiyyəti, Mizan İnsan Haqqları Mərkəzi, Vicdan İnsan Haqqları və Əsir Baxım Təşkilatı ilə Əsir İşləri Heyəti tərəfindən verilən ortaq açıqlamada bildirilir ki, iyul ayı ərzində İsrail hərbiçiləri 880 fələstinlini nəzarətə götürüblər. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İsrail hərbiçilərinin nəzarətə aldığı fələstinlilərdən 144 – ü uşaq, 18-i qadındı. 880 nəfərin yalnız 425 – i Şərqi Qüdsdə baş verən hadisələr zamanı həbs olunduğu məlum olub.
"Torqovı"da hər kəs bu oğlanla qıza tamaşa etdi - VİDEO
Bakının "Torqovı" kimi tanınan Nizami küçəsində oğlanla qızın rəqsi maraqla qarşılanıb. Baku.ws-yə göndərilən videoda oğlanla qız ətrafdakılara fikir vermədən rəqs ediblər. Videonu Mikayıl Abdullayev çəkib.
Xəstəxanada şok kadrlar: hamilə tibb bacısını təpiklədi - VİDEO
Dəhlizdə tibb bacısı ilə mübahisə edən paramedik qəflətən qışqırmağa, söyməyə başlayıb. 35-40 yaşlı kişi qarşısındakı hamilə tibb bacısının saçından tutub dartandan sonra qadının qarnına təpik vurub.
"Ayağıma çoxlu qəlpə dəydi”"- Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışdı - VİDEO
Tovuzun düşmənlə sərhəddə yerləşən Qaralar kəndi tez-tez atəşə məruz qalır. Ermənilər daha çox əhalini təsərrüfat sahələrində işləyən zaman atəşə tuturlar. Avqustun 7-də axsam saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində kənd sakini, 13 yaşlı Ramin Yusifov atla ot gətirərkən yaralanıb.
Gəncədə oğurluqla məşğul olan dəstə zərəsizləşdirilib
Gəncədə oğurluqla məşğul olan dəstə igşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından avqustun 5-dək olan müddətdə rayon ərazisində 9 həyətyanı sahədən ümumilikdə 37 ev quşu, ərzaq məhsulları və məişət əşyaları, 4 avtomobildən təkər və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Elgün Mirmusayev, İlqar Məmmədov, Tural Vəlizadə və əvvəllər məhkum olunmuş Mehman Əliyev tutulublar.













