Gündəm

Ukraynalı nazir Rusiya vətəndaşlığına malikdir – İDDİA

8 Avqust 2017 18:19

Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin Rusiya vətəndaşlığına malikdir. Bu haqda Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili Feysbuk səhifəsində yazıb.

Fransada azərbaycanlı qətlə yetirildi

8 Avqust 2017 18:17

Fransanın Lil şəhərinin yaxınlığında yerləşən Vilnev-d'Ask məntəqəsində azərbaycanlı Adil Rəsulovun qətlə yetirilməsində şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb. 43 yaşlı Adil Rəsulov boyun nahiyəsindən bıçaqlanıb.

"Beşiktaş"da yeni müqavilə

8 Avqust 2017 18:07

"Beşiktaş" rəhbərliyi komandanın aparıcı oyunçularından olan Tolqay Arslanla yeni müqavilə imzalayıb. 27 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti uzadılıb. Razılaşmaya əsasən, Arslan 2022-ci ilin yayına qədər İstanbul təmsilçisinin formasını geyinəcək.

Çin 6,5 bal gücündə "silkələndi"

8 Avqust 2017 18:05

Çinin mərkəzində yerləşən Sıçuan əyalətində güclü zəlzələ baş verib. Zəlzələnin gücü Rixter cədvəli 6,6 bal təşkil edib. Zəlzələnin episentri Yerin 9 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar nəticəsində itkilərin və dağıntıların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Bakıda eyni anda üç nəfəri vuraraq qaçan sürücü tutuldu

8 Avqust 2017 18:01

Binəqədi rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Deputatların danışığına məhdudiyyət qoyuldu: prezident sərəncam imzaladı

8 Avqust 2017 18:02

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Azərbaycan baş nazirinin Türkmənistan prezidenti ilə görüşündə Xəzərin statusu məsələsi müzakirə olunub

8 Avqust 2017 17:59

Azərbaycan baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. A. Rasi-zadə Azərbaycanla Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən baş nazir ölkəmizin regionun tərəqqisindəki rolunu diqqətə çatdırıb. A. Rasi-zadə hər iki ölkənin geniş imkanlara malik olduğunu vurğulayıb.

Deputat: Ermənilərin 13 yaşlı uşağı yaralaması məqsədli törədilən təxribatdır

8 Avqust 2017 17:56

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən təxribatdır. Bunu  Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

MTN generallarının məhkəməsində Əhəd Abıyevin epizodu üzrə şahid dindirilib

8 Avqust 2017 17:54

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, nazirliyin vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

DİN vakansiya elan etdi

8 Avqust 2017 17:48

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

"Neymar "Barselona"lıya yaraşan hərəkəti etmədi"

8 Avqust 2017 17:38

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu Neymarın PSJ-yə transfer olunmasına münasibət bildirib. O, braziliyalı hücumçunun Kataloniya klubundan bu cür ayrılmasının xoş olmadığını deyib: "Neymar "Barselona" oyunçusuna yaraşan hərəkəti etmədi".

Binəqədidə ağır yol qəzası törədərək qaçan sürücü tutulub

8 Avqust 2017 17:36

Binəqədi rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında deyilir.

Yol polisi 20-yə yaxın sürücünü cərimələdi

8 Avqust 2017 17:33

"Təmiz hava aylığı" çərçivəsində Lənkəran rayonunda reyd keçirilib, 20-yə yaxın avtomaşın saxlanılıb.  Reyd Lənkəran rayon Dövlət Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilir.

"Asiyanın Ürəyi - İstanbul Prosesi” mövzusunda konfrans keçiriləcək

8 Avqust 2017 17:30

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva  Çinin Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən 10-11 avqust 2017-ci il tarixində  "Asiyanın Ürəyi - İstanbul Prosesi çərçivəsində həyata keçirilən infrastruktur quruculuğunda əməkdaşlıq” mövzusunda keçiriləcək beynəlxalq konfransda çıxış etmək məqsədilə Pekin (Çin Xalq Respublikası) şəhərinə səfər edəcək.

Balaxanı-Binəqədi yolunda hərəkət məhdudlaşdırılacaq

8 Avqust 2017 17:29

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu  Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) yolunda avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub.