Gündəm
Yaponiyada qorxunc robot-canavar yaradıldı
Yaponiyada vəhşi heyvanları qorxutmaq üçün nəzərdə tutulmuş robot-müqəvva yaradılıb. Canavara oxşayan robotun uzunluğu 65 sm, hündürlüyü 50 sm-dir. Robot tük örtüyünə və iri dişlərə malikdir.
Pentaqondan hərbi bazalara əmr: dronları vurun!
Pentaqon ABŞ-ın 130-dan çox hərbi bazasına xüsusi əmr göndərərək təhlükə törədən özəl və kommersiya təyinatlı dronları vurmağa icazə verib.
Alimlər ayrı-ayrı hüceyrələri tuta bilən biotibbi robot yaradıblar
Şimali Karolina Universiteti və Dyuk Universitetində çalışan alimlər qrupu tərəfindən yaradılmış mikroskopik ölçülü biotibbi robot ayrı-ayrı hüceyrələri tutmaq qabiliyyətinə malikdir.
“YouTube”da video paylaşmaq üçün daxili çat istifadəyə verilib
“YouTube” video xidmətinin komandası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün mobil proqramda yeni imkan istifadəyə verib. Yeniləmə nəticəsində istifadəyə verilmiş daxili messencer sayəsində videoçarxları asanlıqla dostlara göndərmək mümkündür.
“Android” tərtibatçıları boş yer çatışmazlığı problemini həll ediblər
“Android 8” mobil əməliyyat sisteminin istifadəçiləri qurğunun yaddaşında boş yer olmadıqda belə yeniləməni yükləyə biləcəklər. Bu haqda “Android” sistemi tərtibatçılarının rəsmi saytında dərc edilmiş sənəddə deyilir.
“İnter”in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşdi
"İnter"in 2017/18 mövsümündə ev oyunlarını hansı stadionda keçirəcəyinə aydınlıq gəlib. Paytaxt təmsilçisi "İnter Arena"dan ayrılmayacaq. Klub bununla bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, AFFA və "Aqrarkredit" SKT arasında aparılan danışıqlar nəticəsində "İnter"in əsas və uşaq komandalarının yeni mövsümdə də "İnter Arena" stadionunda qalaraq, fəaliyyət göstərməsi qərara alınıb.
Bakıda mikroavtobus aşdı: yaralılar var
Bakıda mikroavtobus aşıb. Şahidlərin verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb. Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir. 3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır. Faktla bağlı araşdırma aparılır.
Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb. Komitədən verilən məlumata görə, bəyanatda bildirilir ki, 1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücum edib, qadınları, uşaqları amansızlıqla qətlə yetiriblər: "Ötən dövrdə 33 uşaq erməni terrorunun qurbanı oldu. Onlardan on dördü həlak olub, on doqquzu isə yaralanıb.
Biləsuvarda 3 otaqlı ev külə döndü
Biləsuvar rayonunda yaşayış evi yanıb. FHN xəbər verir ki, rayon sakininə məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Dünyanın gözü bu oyunda: kubok kimin olacaq?
Bu gün UEFA Superkuboku uğrunda qarşılaşma keçiriləcək. Məlumata görə, ötən mövsümdə avrokubokların qalibi olan qitə nəhəngləri Makedoniyanın paytaxtı Skopyedə münasibətlərini aydınlaşdıracaqlar. Çempionlar Liqasının son qalibi “Real” Avropanın ən güclüsü olduğunu bir daha sübut etməyə çalışacaq. Avropa Liqasını qazanmaqla Çempionlar Liqasına vəsiqə qazanan “Mançester Yunayted” qitənin ikinci dərəcəli klub turnirindəki qələbəsinin davamını gətirməyə iddialıdı.
Putin Gürcüstana gəldi
Rusiya prezidenti Vladimir Putin Gürcüstandan birtərəfli qaydaya ayrılan separatçı Abxaziyaya işgüzar səfərə gəlib. Məlumata görə, səfər 2008-ci ilin avqustun 8-də başlanan Gürcüstan-Rusiya müharibəsinin 9-cu ildönümünə uyğunlaşdırılıb. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanacaq.
Məhkəmə Telman İsmayılovun şikayətini təmin etmədi
Moskvada Apellyasiya Məhkəməsi azərbaycanlı iş adamı, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun birinci instansiya məhkəməsinin müflis olma barədə qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib.
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur prezidenti Toni Tan Kenq Yamı təbrik edib.
Baş Prokurorluq: "Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb"
Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələri təcavüzkar əməllərini növbəti dəfə davam etdirərək iriçaplı silahlardan Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub.
Gürcüstan bir ildə turizmdən 1 milyard dollardan çox qazandı
2017-ci ilin birinci yarısında Gürcüstan xarici turizmdən 1,09 milyard dollar gəlir əldə edib. Gürcüstan Milli Bankının məlumatına görə, cari ilin ikinci rübündə turizm gəlirləri 659 milyon dollar olub. Bu da ötən ilin eyni dövrünün göstəricisindən 28 faiz çoxdur. 2017-ci ilin birinci rübündə isə turizmdən 434,6 milyon dollar gəlir əldə edilib.














