Gürcüstan bir ildə turizmdən 1 milyard dollardan çox qazandı

2017-ci ilin birinci yarısında Gürcüstan xarici turizmdən 1,09 milyard dollar gəlir əldə edib. Gürcüstan Milli Bankının məlumatına görə, cari ilin ikinci rübündə turizm gəlirləri 659 milyon dollar olub. Bu da ötən ilin eyni dövrünün göstəricisindən 28 faiz çoxdur. 2017-ci ilin birinci rübündə isə turizmdən 434,6 milyon dollar gəlir əldə edilib.

Qeyd edək ki, 2017-ci ilin ilk yeddi ayı ərzində Gürcüstana 3 978 657 əcnəbi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 16,8 faiz çoxdur.  Virtualaz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31