Gündəm
Zidan: "Ronaldunun ehtiyatda qalması taktiki gediş idi"
"Real"ın baş məşqçisi Zinəddin Zidan super kubok oyununda "Mançester Yunayted" üzərindəki 2-1 hesablı qələbəni şərh edib. Fransız mütəxəssis nəticədən məmnunluğunu ifadə edib: "Biz yaxşı iş çıxardıq və buna görə çox şadıq. Matçın ilk yarısında biz möhtəşəm idik. İkinci yarı nisbətən çətin keçdi. Topla çox oynadıq. Bu da normal idi. Biz yeni mövsümə titulla və yüksək əhvalla başlayırıq".
Bakıda havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub
Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub.
Şimali Koreya ABŞ-a hücuma hazırlaşır
Şimali Koreya ordusu ABŞ hərbi bazalarını hədəf alan və Hvasonq-12 ballistik raketlərin istifadə olunacağı hücumlara hazırlaşır. Şimali Koreya ballistik raket atacağı tək ölkənin ABŞ olduğunu və bu iddianın yalnız dildə qalmayacağını açıqlayıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ölkəyə qarşı sanksiyalarını hər fürsətdə dilə gətirən Koreyadan 3400 km uzaqlıqda yerləşən Quama hücum edəcək.
2018-ci ilin yanvarında Türkiyə sərhədlərində... – Gizli görüşdə verilən VƏD
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentindən 15 nəfərlik heyət Suriyanın Ayn İsa bölgəsində PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatının nümayəndələri ilə gizli görüş keçirib.
Sədaqət Vəliyeva: "Regionların inkişafı Azərbaycanın tərəqqisi deməkdir"
"Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2004-cü ildən başlayaraq ölkə iqtisadiyyatında yeni bir istiqaməti – regionların sosial-iqtisadi inkişafını dövlət siyasətinin prioriteti elan etdi". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
İsrail arxivlərində saxlanılan Azərbaycana məxsus əlyazmalar araşdırılacaq
İsraildə fəaliyyət göstərən İsrail - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. AMEA - dan "Olaylar" - a bildirilib ki, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qonağa elmi müəssisənin yaranma tarixi, burada saxlanılan nadir fondlar, aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verib. Görüşdə İsrail arxivlərində saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması və ölkəmizə gətirilməsi istiqamətində müzakirələr aparılıb. Daha sonra A.Binyaminov institutda mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanıb. O, ölkəsində saxlanan bəzi Şərq əlyazmalarından söhbət açıb.
Çində zəlzələ
Çinin Siçuan əyalətində 7 bal gücündə teraltı təkan qeydə alınıb. "Olaylar" "Milliyet" - ə istinadən bildirir ki, zəlzələ nəticəsində həlak olanların sayı 12, xəsarət alanların sayı isə 164 nəfərə çatıb. Qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə baş verib. Yeraltı təkanlar nəticəsində bəzi mərkəzi binalarda çatlar yaranıb. 20 mindən çox evə ziyan dəyib.
Bilik Fondu Binəqədi gəncləri ilə görüşüb
Bilik Fondu Binəqədi Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin qonağı olub. Gənclər Evinə ayrılmış və zəngin maddi-texniki bazası olan inzibati bina ilə tanışlıqdan sonra Fondun əməkdaşlarının Binəqədi gəncləri ilə görüşü keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, sektor müdiri Xatirə Hüseynova və əməkdaşları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Abdullayeva, Binəqədi Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Sənan Əliyev və rayon gənclərindən ibarət bir qrup iştirak ediblər.
AÇ-2017: Ukrayna Bakıya gələcəyi tarixi açıqladı
Qadın voleybolçulardan ibarət Ukrayna millisinin Bakıya gələcəyi tarix dəqiqləşib. Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının iştirakçısı olacaq komanda sentyabrın 19-da paytaxtımızda olacaq.
Dəridəki ölü hüceyrələrdən qurtulun - MASKA
Gözəl görünüş üçün ən əhəmiyyətli faktorlardan biri də dəridir. Təbii və parlaq bir dəri isə özünüzü əla hiss etmənizi təmin edir. Amma təəssüf ki, bəzən ətraf mühit, makiyaj yorulan dəridə pis görünüş yaradır. Ailem.az mineral su ilə dərini təmizləməyin yollarını təqdim edir. Bildirək ki, mineral su içindəki minerallar sayəsində həm ölü dərini, həm də qara nöqtələri yox edəcəyi kimi, dərinizin daha yaxşı təmizlənməsinə də imkan verəcək.
Diqqət əskikliyi, yorğunluq, qəza riski... - YUXUSUZLUĞUN FƏSADLARI
İsti havalarda hətta gündüzlər güclə nəfəs aldığımız bir vaxtda gecələri yatmaq əsl kabusa dönür. Amma isti havalara baxmayaraq, yaxşı bir yuxu üçün bəzi şeylərin həyata keçirilməsi kifayət edir. Ailem.az isti havalarda sağlam yuxu üçün diqqət edilməsi lazım olan məqamları diqqətinizə çatdırır.
6 il ailə quracaqları günü gözlədilər: qulaq çöpündən istifadə münasibətlərini bitirdi
İstanbulda mühasib Emrullah Ş. hələ 3 aylıq evli olduğu müəllim yoldaşı Hülya S.-nin qulaq çöpüylə qulaq pərdəsini deşdiyini bildirərək boşanma iddiası açıb. Beykoz Ailə Məhkəməsində açılan iddialara görə, Emrullah Ş. (36) ilə Hülya Ş. (26) cütlüyü, 6 illik sevgidən sonra 10 ay əvvəl evləniblər. Ancaq bir müddət sonra cütlük arasında anlaşılmazlıqlar yaşanmağa başlayıb. Hülya S.-nin ona psixoloji olaraq şiddət tətbiq etdiyini deyən Emrullah Ş. "Tez-tez mənə və ailəmə qarşı şifahi və mesaj yazaraq təhqir edirdi. Evdə dinclik qalmadı. Suyu açıq qoyub, məni zərərə saldı. Qulağımı təmizləyərkən qulaq çöpünü itələyib qulağımın içinə soxdu. Qulaq pərdəmi deşdi" deyərək boşanma iddiası açıb.
İnsult olan xəstənin həyatını xilas etməyin ƏN ASAN YOLU
Adi iynə insult zamanı xəstənin həyatını xilas edə bilər. Bunu tövsiyə edən Çin həkimləri daim yanınızda iynə gəzdirməyin vacibliyini vurğulayırlar. Bu heyrətamiz və qeyri-ənənəvi üsul insanı insult riskindən qoruyur.
Doğuşdan sonra qarışdırılan uşaqların ailələrindən böyük fədakarlıq
Türkiyədə xəstəxanada qarışdırıldıqdan 4 il sonra bioloji ailələrinə qaytarılan adıyamanlı və trabzonlu uşaq bir yerdə böyüyəcək. Adıyamanlı Səlahəddin və Məryəm D. cütlükləri 2013-ci ildə İstanbuldakı özəl bir xəstəxanada körpə sahibi olublar. Eyni xəstəxanada, eyni gün trabzonlu Yusuf və Səlma K. -nın körpəsi də dünyaya gəlib. İki cütlüyün uşaqları xəstəxanada qarışdırılıb.
Sevgilisinin gözəllik salonuna gələn oğlanı güllələdilər - VİDEO
Türkiyənin Konya şəhərində sevgilisinin gözəllik salonuna gələn Veysel A. naməlum bir şəxs tərəfindən pnevmatik tüfənglə ayağından vurulub. Veysel A.-nı ayağından vuran şəxs hadisə yerindən qaçıb. Bütün bu anlar isə təhlükəsizlik kamerasına anbaan qeyd edilib.














