Doğuşdan sonra qarışdırılan uşaqların ailələrindən böyük fədakarlıq
Türkiyədə xəstəxanada qarışdırıldıqdan 4 il sonra bioloji ailələrinə qaytarılan adıyamanlı və trabzonlu uşaq bir yerdə böyüyəcək. Adıyamanlı Səlahəddin və Məryəm D. cütlükləri 2013-ci ildə İstanbuldakı özəl bir xəstəxanada körpə sahibi olublar. Eyni xəstəxanada, eyni gün trabzonlu Yusuf və Səlma K. -nın körpəsi də dünyaya gəlib. İki cütlüyün uşaqları xəstəxanada qarışdırılıb.
8 Avqust 2017 19:34 DünyaTürkiyədə xəstəxanada qarışdırıldıqdan 4 il sonra bioloji ailələrinə qaytarılan adıyamanlı və trabzonlu uşaq bir yerdə böyüyəcək. Adıyamanlı Səlahəddin və Məryəm D. cütlükləri 2013-ci ildə İstanbuldakı özəl bir xəstəxanada körpə sahibi olublar. Eyni xəstəxanada, eyni gün trabzonlu Yusuf və Səlma K. -nın körpəsi də dünyaya gəlib. İki cütlüyün uşaqları xəstəxanada qarışdırılıb.
Vəziyyətdən xəbərləri olmayan ailələr bir-birlərinin uşağını götürərək yaşadıqları bölgələrə dönüblər. 4 il sonra trabzonlu Yusuf K. yoldaşına boşanma iddiası açıb. Test nəticəsində E.-nin cütlüyün uşağı olmadığı ortaya çıxıb. Trabzonlu ailə xəstəxanaya müraciət edib.
Xəstəxananın etdiyi araşdırmada adıyamanlı cütlüklə trabzonlu ər-arvadın uşaqlarının qarışdırıldığı ortaya çıxıb. Hər iki ailə də məhkəməyə müraciət edib. Məhkəmə hər iki ailənin tez-tez görüşməsini tövsiyə edərək, 4 yaşlı uşaqların bioloji ailələrinə qaytarılması qərarını verib. Məhkəmənin qərarı ilə may ayında Trabzonda böyüyən E. adıyamanlı bioloji ana-atasına verilərkən, Adıyamanda böyüyən C. da Trabzonda yaşayan anasına təhvil verilib.
"UŞAQLARI"NIN HƏSRƏTİNƏ DÖZMƏDİLƏR
Ancaq öz uşaqlarına qovuşmalarına baxmayaraq öz övladları kimi böyütdükləri uşaqlardan uzaq qalan ailələr bir müddət sonra onların həsrətinə dözə bilmədiyi üçün eyni şəhərdə yaşamağa qərar veriblər.
Trabzonlu ailə Adıyamana köçdü
Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, iyul ayında C. -nin atası iş yerindən təyinatını Adıyamana istəyib. Beləcə trabzonlu ailə Adıyamanın mərkəzinə köçüb. Bundan sonra Adıyamanın Besni mahalında yaşayan Səlahəddin D. ilə ailəsi trabzonlu ailənin qaldığı məhəlləyə köçür.
Uşaqların gələcəyi üçün eyni şəhərdə yaşamaq qərarı verdiklərini söyləyən Səlahəddin D. "Məhkəmənin uşaqları bioloji ailələrinə qaytarılması qərarından sonra çox çətin bir dövr keçirdik. Öz uşaqlarımıza qovuşduq. Ancaq öz uşağımız kimi böyütdüyümüz övladdan qopmaq da çox çətin gəldi. Öz uşağım gecə oyanıb Trabzondakı anası üçün darıxırdı. Həyat yoldaşım da 4 il ərzində böyütdüyü uşağımız üçün darıxırdı. Həm uşaqlarla tez-tez görüşmək üçün, həm də uşaqların inkişafı və psixologiyası üçün eyni şəhərdə yaşamaq qərarı verdik" deyib.
Eyni şəhərdə yaşamağa başladıqlarından bəri uşaqlarının psixologiyasının da yaxşıya doğru getdiyini söyləyən Səlahəddin D. "Eyni şəhərdə yaşadığımızdan bəri hər iki ailəni də gördüyü üçün uşaqların psixologiyası düzəlməyə başlayıb. Eyni şəhərdə yaşamaq bizim üçün də yaxşı oldu. Beləcə uşaqları tez-tez görə bilirik. Hər iki uşaq da mənə "Ata" deyir. Hər iki uşaq da yoldaşıma "Ana" deyir. Uşaqların iki ailəsi oldu. Uşaqlar birlikdə böyüyəcək", - ifadələrini işlədib.
