Gündəm
Deputat: "Ermənistanın mülki əhalini atəşə tutması hərbi cinayətdir"
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərdən azərbaycanlıların yaşadığı kəndlərdə mülki əhalini atəşə tutması bir sıra məqsədlər güdür. Bunu Milli Məclisin deputatı Musa Qasımlı avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşli kənd sakini Ramil Yusibovun yaralanmasına münasibət bildirərəkən deyib.
Peşə təhsili də qanunla tənzimlənəcək
“Peşə təhsili haqqında” qanun layihəsi artıq hazırdır. Qanun layihəsi Elm və təhsil komitəsinin sentyabrda keçiriləcək ilk iclasında gündəliyə çıxarılacaq. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Komitə sədri hazırda Azərbaycanda peşə ixtisas təhsili müəssisələrinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirildiyini bildirib: “Ölkəmizdə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmayıb.
13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının fəsadıdır
“13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə.
Fransada növbəti TERROR
Səhər saatlarında Fransanın paytaxtı Parisdə terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, şəxsiyyəti hələlik bəlli olmayan bir nəfər şəhər ətrafında xidmət edən əsgərlərə avtomobillə hücum edib. Hadisə nəticəsində 6 əsgər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Ermənistan Türkmənistan prezidentinin Azərbaycana səfərindən narahatdır
“Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir. Məsələ burasındadır ki, işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvan gözünü türkmən qazına dikib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
İlham Əliyev "Sovetski"də yeni yolların açılışında iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Bakının Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində yenidən qurulan "Statistika" dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.
Bakıda sərnişinlərlə avtobus sürücüsü arasında dava: məsələyə polis qarışdı - VİDEO
Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında dava düşüb. 60 nömrəli avtobusda iki nəfər sərnişin sürücü ilə mübahisə edib. Hadisə "Neftçilər" metro stansiyasının dayanacağında baş verib. Belə ki, içi dolu avtobusun sərnişinlərindən biri ilə sürücü arasında mübahisə olub.
Turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sərdar Çolukov arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə. görüş zamanı ilk növbədə iki ölkə arasında dostluq əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Ölkəmizdə ilk dəfə səfərdə olan cənab Çolukov öz xoş təəssüratları ilə bölüşüb və səfər çərçivəsində ölkələr arasında turizm üzrə yeni sazişin bağlanmasından məmnuniyyət hissi keçirdiyini bildirib. O həmçinin, Türkmənistanda keçiriləcək 5-ci Asya Oyunlarına AR Mədəniyyət və Turizm Nazirliyini dəvət edib.
Macarıstan Azərbaycana qarşı hörmətsizlik edir
“Avropanın da zayı çıxdı, deyəsən. Ya da Macarıstan hökuməti o boyda Avropanı bihörmət edir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri tanınmış jurnalist Azər Sarıyev facebook profilində yazıb. O, qeyd edib ki, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi: “Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib.
İcra nümayəndəsi cərimə olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şüvəlan qəsəbəsinin “Mayak” çimərliyində tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan siqnal Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Novxanıda dəhşətli qəza-2 azyaşlı ölüb, 5 nəfər yaralanıb
Novxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəıqliyyat hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə dünyasını dəyişib.
Nazirlik restoran sahibini cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirlikdən “Olaylar” – a bildirilib ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
“BMW” iki velosipedçini vurub-ölən və yaralanan var
Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən iki velosipedçini vurub. Arxada hərəkətdə olan “KİA” markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Ata üç oğlunu bıcaqladı – İKİSİ HƏLAK OLDU
Türkiyənin Üsküdar vilayətində ailə faciəsi baş verib. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, Aslan Güleryüz adlı ata ilə və 3 oğlu arasında mübahisə yaşanılıb. Qızğın mübahisə nəticəsində ata üç oğlunu bıçaqlayıb. Bıçaqlanan uşaqlardan ikisi hadisə yerindəcə həlak olub. Oğullarını bıcaqlayan ata Aslan Güleryüz hadisə yerindən qaçıb. Digər yaralı oğlu isə ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.
Zlatan "Mançester Yunayted"də qalacaq?
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Zlatanla yeni müqavilə imzalanmasının mümkünlüyünü qeyd edib.














