Gündəm

Ekspert: "Ermənistana real siyasi təzyiq olmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dəyişməyəcək"

9 Avqust 2017 12:43

Yalnız diplomatik dildən istifadə etməklə və real siyasi təzyiq olmadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik olmayacaq. Bunu Dağlıq Qarabağ münaqişəsi üzrə isveçrəli ekspert, "Unudulmuş münaqişə" kitabının müəllifi Andre Vidmer deyib.

2 il əvvəl Facebook-dan etdiyi paylaşımda necə öləcəyini yazmışdı - VİDEO

9 Avqust 2017 12:38

Türkiyənin Tekirdağ vilayətində idarə etdiyi avtomobilin şərab dolu yük maşını ilə toqquşması nəticəsində həyatını itirən 22 yaşlı Emrah Karaca 2 il əvvəl sosial şəbəkə hesabından etdiyi paylaşım ilə necə öləcəyini təxmin edibmiş.

Millət vəkili: "Astan Şahverdiyevin bəyanatını parlamentin heç bir üzvü bölüşmür"

9 Avqust 2017 12:34

Hesab edirəm ki, dəyişikliklər Milli Məclis deputatının etik davranış qaydalarını bir qədər də dəqiqləşdirdi. Bu qaydalar əvvəldən vardı, son dövlərdə Azərbaycanda hüquqi dövlət sisteminin möhkəmlənməsi bu sahənin də təkmilləşməsini vacib edir.

40 mindən çox abituriyent ixtisas seçimini yekunlaşdırıb

9 Avqust 2017 12:29

Artıq ali məktəbələrə qəbul üçün ixtisas seçimi başa çatmaq üzrədir. Belə ki, 2017-2018-ci tədris ili üzrə ali məktəblərin bakalavr pilləsində təhsil üçün müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçimi sabah - avqustun 10-u bitir.

93 nəfəri gün vurdu

9 Avqust 2017 12:28

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası iyunun 1 - dən bu günə qədər Bakı şəhərində 93 nəfərin günvurmadan müraciət etdiyini açıqlayıb. “Olaylar” bildirir ki, müraciət edənlərdən 17 – si uşaqdır, onlardan 11 – i xəstəxanaya yerləşdirilib. Bundan əlavə 41 nəfər də günvurmadan xəstəxanaya yerləşdirilib.

“Təcavüzü dayandırmayacaq və...” - ABŞ kəşfiyyatı Moskvanın PLANLARINI AÇDI

9 Avqust 2017 12:27

“Rusiya Ukraynaya təcavüzü dayandırmayacaq və Qərblə bağlı “hibrid müharibə” taktikasını tətbiq edəcək”. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.

Vətəni pula satanlar

9 Avqust 2017 12:22

Özlərini müxtəlif adlar, cinsi və ya etnik azlıq, siyasi təqibə məruz qalan biriləri kimi qələmə verərək Avropaya üz tutan bəzi “həmvətənlərimiz”in sığınacaq tapdıqları ölkədə erməni lobbisinin maraqlarına zidmət edərək Azərbaycan, dövlət və dövlətçilik barədə mənfi rəy formalaşdırmağa, onu aşağılamağa çalışdıqlarına son vaxtlar daha tez-tez rast gəlirik. İndi Parisdən Hollandiyaya, Almaniyadan Belçika və İsceçə qədər əksər Avropa ölkələrində məskunlaşmış həmin “həmvətənlərimiz”i yalnız bir şey düşündürür. Azərbaycanı necə aşağılayıb onun barədə mənfi rəy, imic formalaşdırım ki, erməni lobbisinin təşəkkürünü və maddi dəstəyini alım.

Əsəd rejimi uşaq evini BOMBALADI

9 Avqust 2017 12:21

Suriyada Əsəd gücləri atəşkəs elan edilən Şərq Guta bölgəsində yaşayış yerlərinə quru və havadan hücum təşkil edib. Hücum zamanı 1 nəfər həlak olub, 13 nəfər  yaralanıb. “Olaylar” bildirir ki, Əsəd rejimi Suriyanın Cobara şəhərində yerləşən uşaq evini də bombalayıb.

“Sovetski”də 17 ədəd piyada keçidi salınıb

9 Avqust 2017 12:19

Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını təmin edib. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlar müfəssəl təhlil edib. Əldə edilən nəticəyə uyğun olaraq, layihə çərçivəsində salınan yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb. Nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərimizin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib.

"Real" Qaret Beyli satmaq istəmir

9 Avqust 2017 12:15

"Real"ın prezidenti Florentino Peres Qaret Beyli satacaqları barədə yayılan iddialara münasibət bildirib. O, uelsli oyunçunun Madrid klubunda qalacağını deyib: "Beyli satmağı düşünmürük. Bizim üçün önəmli futbolçudur. O, dünyanın ən yaxşı oyunçularından biridir".

“Borussiya” Dembele ilə vidalaşa bilər

9 Avqust 2017 12:14

“Borussiya” Usman Dembele ilə vidalaşmağa hazırdır. Dortmund klubu fransız futbolçu üçün 120 milyon avro tələb edir. Bu məbləği ödəyən istənilən klub Dembeleni heyətinə qata bilər.

Konstitusiya Assambleyası Venesuelanı qarışdırdıb

9 Avqust 2017 12:09

Venesuelanın ötən həftənin sonundan fəaliyyətə başlayan Konstitusiya Assambleyası (KA) bəyan edib ki, ölkəni idarə edən heç bir hakimiyyət qanadı onun qəbul etdiyi qərarlara qarşı çıxa və maneçilik göstərə bilməz. Bu barədə yazan "El Universal" qəzetinin yazdığına görə, müvafiq fərman həftənin çərşənbə axşamı günü təsdiqlənib. İclas Milli assambleyanın – ölkə parlamentinin müxalifət tərəfindən nəzarət edilən binasında keçirilib.

Rusiya, İsrail və ABŞ-ın məxfi görüşlərinin DETALLARI

9 Avqust 2017 12:07

İyulun əvvəlində İsrail, ABŞ və Rusiya məxfi danışıqlar seriyasını keçirib. Bu haqda İsrail məmurları və Qərb diplomatlarına istinadən “Haaretz” nəşri bildirib. Nəşrin yazdığına görə, danışıqlarda Suriyanın cənubunda atəşkəs rejimi, Suriya-İsrail və Suriya-İordaniya sərhədlərində təhlükəsiz zonaların yaradılması müzakirə edilib.

ABŞ-ın bu addımı Ermənistanı ÇALXALADI: İrəvana iki ÖLÜMCÜL ZƏRBƏ

9 Avqust 2017 12:05

İrəvanda ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun Ermənistana mümkün təsirləri ciddi şəkildə müzakirə olunur. Həm İrəvan rəhbərliyi, həm də erməni cəmiyyəti narahatlıq içindədir. Ekspertlər əmindirlər ki, Rusiyaya qarşı sanksiyalar Ermənistana son dərəcədə neqativ təsir edəcək. Çünki bu ölkənin iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə sıx bağlıdır. Misal üçün, Ermənistanın ümumdaxili məhsulunun 17 faizi təkcə bu ölkədə fəaliyyət göstərən rus şirkətlərinin payına düşür. Bununla yanaşı, Rusiyada yaşayan milyonlarla erməninin Ermənistana göndərdiyi pullar da iqtisadiyyatın ayaqda dayanmasına kömək edir. Bunun kəsilməsi isə sosial problemlərin daha da ağırlaşmasına və ölkəyə gələn pul kütləsinin kəskin azalmasına gətirib çıxara bilər.

Türkmənistan Prezidentinin Azərbaycan səfəri başa çatdı

9 Avqust 2017 12:03

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri avqustun 9-da başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.