Konstitusiya Assambleyası Venesuelanı qarışdırdıb

Venesuelanın ötən həftənin sonundan fəaliyyətə başlayan Konstitusiya Assambleyası (KA) bəyan edib ki, ölkəni idarə edən heç bir hakimiyyət qanadı onun qəbul etdiyi qərarlara qarşı çıxa və maneçilik göstərə bilməz. Bu barədə yazan "El Universal" qəzetinin yazdığına görə, müvafiq fərman həftənin çərşənbə axşamı günü təsdiqlənib. İclas Milli assambleyanın – ölkə parlamentinin müxalifət tərəfindən nəzarət edilən binasında keçirilib.

ABŞ Nikolas Maduroya qarşı sanksiyalar tətbiq etdi

Venesuelanın ötən həftənin sonundan fəaliyyətə başlayan Konstitusiya Assambleyası (KA) bəyan edib ki, ölkəni idarə edən heç bir hakimiyyət qanadı onun qəbul etdiyi qərarlara qarşı çıxa və maneçilik göstərə bilməz. Bu barədə yazan "El Universal" qəzetinin yazdığına görə, müvafiq fərman həftənin çərşənbə axşamı günü təsdiqlənib. İclas Milli assambleyanın - ölkə parlamentinin müxalifət tərəfindən nəzarət edilən binasında keçirilib.

O da qeyd edilir ki, sözügedən fərmanla bağlı ictimaiyyətə geniş məlumat verilməyib. KA eyni zamanda həqiqətin, ədalətin və sülhün bərqərar olması üçün komissiya da yaradıb. "Bu qanun zor tətbiqinin, nifrətin və dözümsüzlüyün aradan qaldırılması üçün güclü alətdir"-deyə adıçəkilən qəzet KA-nın sədri, sabiq xarici işlər naziri Delsi Rodriqesin sözlərini sitat olaraq gətirir.

Qeyd edək ki, 30 iyul seçkilərinin nəticələrinə əsasən, KA-nın təsis olunması beynəlxalq ictimaiyyət tərəfindən dəstək almayıb. Latın Amerikası ölkələrinin bir çoxu bəyan ediblər ki, səsvermələrin nəticələrini tanımırlar. ABŞ isə KA-nın seçkilərini "yer kürəsi demokratiyasına vurulan zərbə" olaraq qiymətləndirib və Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiyalar irəli sürüb. Xatırladaq ki, müxalifət tərəfindən təşkil olunmuş etiraz aksiyaları cari ilin aprelindən başlayıb. Ötən müddət ərzində 120 nəfər öldürülüb, minlərlə manifestant xəsarətlər alıb. Təxminən 5 min nəfər insan isə saxlanılıb, onlardan 1,4 mini hələ də həbsxanalarda nəzarət altında saxlanılmaqdadırlar. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31