Vətəni pula satanlar
Özlərini müxtəlif adlar, cinsi və ya etnik azlıq, siyasi təqibə məruz qalan biriləri kimi qələmə verərək Avropaya üz tutan bəzi “həmvətənlərimiz”in sığınacaq tapdıqları ölkədə erməni lobbisinin maraqlarına zidmət edərək Azərbaycan, dövlət və dövlətçilik barədə mənfi rəy formalaşdırmağa, onu aşağılamağa çalışdıqlarına son vaxtlar daha tez-tez rast gəlirik. İndi Parisdən Hollandiyaya, Almaniyadan Belçika və İsceçə qədər əksər Avropa ölkələrində məskunlaşmış həmin “həmvətənlərimiz”i yalnız bir şey düşündürür. Azərbaycanı necə aşağılayıb onun barədə mənfi rəy, imic formalaşdırım ki, erməni lobbisinin təşəkkürünü və maddi dəstəyini alım.
9 Avqust 2017 12:22 SiyasətYaxud Azərbaycanı hədəf seçməklə erməni lobbisindən təşəkkür almaq yarışı
Özlərini müxtəlif adlar, cinsi və ya etnik azlıq, siyasi təqibə məruz qalan biriləri kimi qələmə verərək Avropaya üz tutan bəzi "həmvətənlərimiz"in sığınacaq tapdıqları ölkədə erməni lobbisinin maraqlarına zidmət edərək Azərbaycan, dövlət və dövlətçilik barədə mənfi rəy formalaşdırmağa, onu aşağılamağa çalışdıqlarına son vaxtlar daha tez-tez rast gəlirik. İndi Parisdən Hollandiyaya, Almaniyadan Belçika və İsceçə qədər əksər Avropa ölkələrində məskunlaşmış həmin "həmvətənlərimiz"i yalnız bir şey düşündürür. Azərbaycanı necə aşağılayıb onun barədə mənfi rəy, imic formalaşdırım ki, erməni lobbisinin təşəkkürünü və maddi dəstəyini alım.
Bu mənfi tendensiya son illərdə daha çox Almaniyada özünü büruzə verməyə başlayıb. Vaxtı ilə Əli Kərimlinin bu ölkəyə göndərdiyi emissarlarının xətti ilə Almaniyaya "siyasi mühacir" adı altında pənah aparanlar çox keçmədən AXCP sədrinin oradakı adamından təlimat və erməni lobbisindən isə maddi dəstək alaraq Azərbaycana qarşı sanki səlib yürüşünə start verirlər. Onların qarşısında qoyulan yeganə hədəf və məqsəd bundan ibarət olur. Maksimum dərəcədə Azərbaycan hakimiyyəti, dövlət və dövlətçilik əleyhinə fikirlər səsləndirmək, onu aşağılamaq. Bir növ həmin "həmvətənlərimiz" arasında Azərbaycanı söymək uğrunda yarışma gedir. Kim daha çox söysə, onu aşağılasa erməni lobbisindən, eləcə də ermənilərin maddi yardımı ilə fəaliyyət göstərən bəzi Avropa, Qərb təsisatlarından o qədər də təşəkkür və maddi dəstək alacaq.
Müşahidələrimiz onu deməyə əsas verir ki, hazırda bu mənfi tendensiyanın önündə Almaniya yer alır və antiAzərbaycan şəbəkə daha çox bu ölkədə qərarlaşıb. Hazırda Almaniyada yaşayan, burada doğulub boya-başa çatdığı vətəni Azərbaycan haqqında Avropada mənfi rəy formalaşdırmağa çalışan, imkan düşdükcə ölkəmizin imicinə zərər gətirən addımlar atmaqdan çəkinməyən radikal düşərgə nümayəndələrindən biri də Camal Seyidlidir. Məlumat üçün qeyd edək ki, Almaniyaya "siyasi mühacir" adı altında üz tutana qədər Camal Seyidli Əli Kərimlinin "mitinq qəhrəmanları"ndan biri olub. Əli Kərimlinin təşkil etdiyi mitinq və digər siyasi aksiyaların fəal iştirakçısı kimi tanınan Camal Seyidlinin Almaniyaya siyasi mühacir kimi getməsinin də maraqlı tarixçəsi var. Belə ki, sözügedən şəxs radikal siyasi mübarizədən, ən əsası isə onun kimilərinin qabağa verilib, onlardan vasitə kimi istifadə edildiyindən bezərək daha yaxşı yaşayış sevdası ilə Avropaya üz tutmağı qərarlaşdırır. Lakin Camal Seyidli onu da yaxşı bilir ki, əlini-qolunu sallaya-sallaya Avropaya üz tutub siyasi sığınacaq ala bilməz. Bəs necə etməli? Bu zaman Camal Seyidliyə radikalların liderlərinin böyük "faydası" toxunur. Daha doğrusu hər zaman olduğu kimi bu dəfə də öz bazasından şəxsi və maddi maraqlar naminə istifadə etməyi bacaran "liderlər" öz hiyləsini işə salaraq Seyidliyə "dəyərli" məsləhətlərini verirlər. Yəni, Avropadan siyasi mühacir adı almaq istəyirsənsə, mitinqlərdə daha aktiv ol, polislə qarşıdurma yarat, başına bir neçə polis dəyənəyi dəysin. Bu qədər sadə. Beləliklə, Camal Seyidli aldığı təlimatlardan sonra kütləvi aksiyaların əsl "qəhrəmanı"na çevrilir və hər mitinqdə keçi başını çomağa sürtən kimi o da başını polis dəyənəyinin altına verərək siyasi təzyiqlərə məruz qaldığı, təqib edilyi görüntüsü yaradır. Və beləliklə, qurulan plan işə yarayır və Camal Seyidli siyasi mühacir kimi Almaniyaya üz tutur. Ancaq xəyanət radikalların qanında olduğundan Cəmil Seyidli də Almaniyaya çatar-çatmaz sosial şəbəkələrin imkanlarından istifadə edərək keçmiş mitinqdaşlarını hədəfə alır. Seyidli vaxtı ilə eyni yolu addımlayan radikal dostlarını mübarizədən qorxmaqda, meydanlara çıxmamaqda ittiham edir.
Azərbaycanda mitinqlər, Almaniyada isə facebook "qəhrəmanı" kimi tanınan Camal Seyidli paralel olaraq sosial şəbəkədəki fəaliyyətini Azərbaycan dövlətini aşağılamağa, Avropada ölkəmiz barədə mənfi rəy formalaşdırmağa yönəldir. Hətta statuslarında Azərbaycan xalqını təhqir etməkdən belə çəkinməyən Seyidli xalqı öz taleyinə laqeyid qalmaqda günahlandırır, onun bədbəxt adlandırır. Səbəb kimi isə xalqın hakimiyyətin yürütdüyü siyasətə qarşı çıxmamasını göstərir. Yazdığı hər statusu ilə ölkədə qarşıdurma yaratmaq, xalq arasında təxribata yol açmağa hesablamış Seyidli dolayısıyla keçmiş əqidədaşlarını da hədəfə alır. "Evlərdə, çayxanalarda, monitor arxasında, oturub mübarizə aparmaqla hər hansısa nailiyyət əldə etmək olmaz, mübarizə meydanlarda olur. Biz xalq olaraq meydanlarda mübarizə aparmalıyıq".
Camal Seyidlinin bu mesajları Almaniyadan ünvanlaması bir növ eks-spiker Rəsul Quliyevi xatırladır. Qeyd edək ki, Rəsul Quliyev də dəmi gələndən gələnə xalqı meydanlara səsləyir, hakimiyyətə qarşı çıxmayan xalqı isə bədbəxt adlandırırdı. Bu da əsasən xəstə təxəyülü olan insanlara xas bir xüsusiyyətdir. Necə ki, Camal Seyidli də biz bunu aydın şəkildə görürük. Onun xalqı ittiham etməsinə gəlincə, təkcə iki arqument ortaya qoymaq kifayət edər ki, Camal Seyidlinin necə bir siyasi riyakar olduğu təsdiqini tapsın. Birincisi, Camal Seyidlinin iddia etdiyindən fərqli olaraq xalq öz hakimiyyətindən razıdır və cəmiyyətin birmənalı olaraq mövcud iqtidarı dəstəklədiyi şübhəsizdir. Bunu Seyidli özü vaxtıilə təmsil olunduğu partiyanın təşkil etdiyi mitinqlər zamanı da aydın şəkildə görüb. Azərbaycan cəmiyyəti onun da iştirakçısı olduğu kütləvi aksiyalara dəstək nümayiş etdirməməklə radikalların ölkədə ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısını alıb.
İkincisi, Azərbaycandan kənarda rahat həyat tərzi sürüb, insanları kütləvi aksiyalara, meydanlara səsləmək siyasi oyunbazlıqdan başqa bir şey deyil. Camal Seyidli mübarizənin meydanlarda olmasının zəruriliyini bildirdiyi halda, ancaq özü meydandan kənarda, Almaniyada xoş güzaran keçirir. Göründüyü kimi, Seyidli də vaxtı ilə sədri olan Kərimli kimi sadəlövh insanları, müxalifətçiləri önə verib, özü bu prosesləri kənardan izləməyi daha məqbul hesab edir. Nəinki vətənə qayıdıb burada siyasi mübarizə aparmağı.
Almaniyada Azərbaycan əleyhinə fəaliyyət göstərən digər bir "həmvətənimiz" isə Ceyhun Əlizadədir. Özünü bu ölkədə sahibkar kimi qələmə verən Ceyhun Əlizadənin əsas fəaliyyəti sosial şəbəkələrdə ölkəmiz barədə mənfi rəy formalaşdırmaqdan ibarətdir. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atıldığı, ölkəyə xarici investorların cəlb edildiyi bir ərəfədə Ceyhun Əlizadə öz məkirli fəaliyyəti ilə belə bir fikir formalaşdırmağa çalışır ki, guya Azərbaycanda sahibkarlara təzyiq göstərilir, onların fəaliyyətinə müdaxilələr olur. Bununla Ceyhun Əlizadə Azərbaycana sərmayə qoymağa maraqlı olan xarici investorlarda ölkəmiz barədə mənfi imic formalaşdırmaq istəyir. Halbuki Azərbaycanda sahibkarlar, xüsusilə xarici investorlar üçün normal şəraitin olduğu burada fəaliyyət göstərən hər bir iş adamına gün kimi aydındır. Ceyhun Əlizadə Azərbaycanda məmur özbaşınalığının hökm sürdüyünü də iddia etməklə dövlət idarəetməsi barədə ölkədən kənarda mənfi fikirlərin formalaşmasına çalışır. Vəzifə səlahiyyətlərini aşan, ondan sui-istifadə edən məmurların cəzalandırılmadığını iddia edən Ceyhun Əlizadə nədənsə bir müddət əvvəl elə vəzifə səlahiyyətini aşan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin cəzalandırılmasını, eləcə də general Novruzəli Orucovun övladının xuliqanlıq hərəkətlərinə görə, onun vəzifədən kənarlaşdırılmasını görməməzlikdən gəlir. Əslində isə, Ceyhun Əlizadə, Camal Seyidli kimi antiazərbaycan mövqeyi tutmuş "həmvətənlərimiz"in ölkədə atılan müsbət addımları görməməzlikdən gəlməsi, hər işdə problem, nöqsan axtarması, ağı qara görməsi təbiidir. Çünki bu kimi şəxslərin Avropa yolunun açılmasında məhz qoca qitədə fəaliyyət göstərən erməni lobbisi və ona xidmət edən ayrı-ayrı təsisatların mühüm rolu olub. Və onlar "siyasi mühacir" statusu alarkən öz üzərilərinə öhdəlik götürüblər. Bu öhdəlik isə maddi yardım qarşılığında Azərbaycan əleyhinə fəaliyyət göstərməkdən ibarətdir.
Füzuli