Gündəm

Siyavuş Novruzov: “Seçkilərə start verilənə kimi biz bu işləri görüb bitirməliyik"

9 Avqust 2017 13:39

“Ümumilikdə götürdükdə, Azərbaycan Prezidenti İlham Əliyevin bir tələbi var ki, hər bir dövlət məmuru vəzifəyə təyin olunarkən onun qarşısında ən əsas məqsəd xalqa xidmət dayanmalıdır”. Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Ermənistan ordusunda özbaşınalıq - Hərbçilər işğal altındakı ərazilərdən qaçırlar

9 Avqust 2017 13:33

Ermənistan hərbçiləri hərbi hissəni özbaşına tərk etmək və xidmətdən yayınmaq üçün hər yola əl atırlar. Son aylarda Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları artıq kütləvi xarakter alıb. Sosial şəbəkələrdə yer alan və aşağıda diqqətinizə çatdırılan hadisələr deyilənləri tam sübut edir.

Selena Qomez yeni filmə çəkilir

9 Avqust 2017 13:32

Rejissoru Vudi Allen "Wonder Wheel" filminin çəkilişlərini bitirdikdən sonra yeni layihə üzərində işləyir. Növbəti ekran işində Timoti Çalamet, El Fanninq və müğənni Selena Qomez yer alacaq.

Vitse-admiral: "Türkiyə axıra qədər Azərbaycanın arxasında dayanacaq"

9 Avqust 2017 13:30

Hər iki ölkə MDB-də yaradılmış kollektiv təhlükəsizlik paktının üzvüdür. Pakt üzv ölkələr arasındakı hərbi münasibətləri dərinləşdirməkdədir. 1995-ci ildə imzalanmış Minsk sazişiylə MDB sərhədləri müştərək şəkildə qorunmaqdadır. Bundan başqa, Rusiya ilə Ermənistan arasında xüsusi təhlükəsizlik sazişləri də imzalanıb.

Kriştianu Ronaldo öndə, Dino Ndlovu kənarda

9 Avqust 2017 13:27

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin arxada qalan 7 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Zığ və Masazırda təhlükə artır

9 Avqust 2017 13:21

Bakı və Abşeron yarımadasında sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun  verdiyi məlumata görə, Zığda, habelə Masazırda "Zəli gölü" adlanan ərazidə sürüşmə və uçqun proseslərinin dinamikasında nisbi aktivlik müşahidə edilir. 

Monteneqroda güclü partlayış baş verib

9 Avqust 2017 13:20

Monteneqronun paytaxtı Podqoritsada partlayış baş verib.  Partlayış kilsənin yaxınlığında yerləşən ofis binasında baş verib. Partlayışın gücündən yaxınlıqdakı yaşayış evlərinə və avtomobillərə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hazırda partlayışın baş vermə səbəbləri araşdırılır.

Spirtli içki aludəçisi olan dünya ulduzları və onların etirafları

9 Avqust 2017 13:18

Onlar ekranda qüsursuz gülüşləri ilə göz oxşayır, lüks evlərdə yaşayır və ən yaxşı partilərdə iştirak edirlər. Problem yox, narahatlıq yox. Hətta siz bu məşhurların yaşadığı həyata həsəd apara bilərsiniz. Lakin bu ulduzlar böyük sərvətə və şöhrətə rəğmən, özlərini dərin bir yalnızlıqda hiss edir və rahatlığı içki şüşələrində tapırlar.

Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu - Futbolumuzda bir ilk

9 Avqust 2017 13:14

Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib. Bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb. T.Əhmədova "Səbail"də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.

Arda Turan "Qalatasaray"ın təklifini qəbul etdi

9 Avqust 2017 13:10

Türkiyə millisinə dönməyə qərar verən Arda Turan karyerasını Türkiyədə davam etdirəcək. Türk mətbuatı "Barsa"nın futbolçusunun "Qalatasaray"ın təklifini qəbul etdiyini yazıb. Təklifin icarə qiyməti ilə birlikdə 10-12 milyon avro olması gözlənir.

Bakıda doğum zamanı ana və uşağın ölüm SƏBƏBİ BİLİNDİ - DƏHŞƏTDİR- YENİLƏNİB

9 Avqust 2017 13:05

3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib. Nazirliyin mətbuat xidmətindən “Olaylar” – a bildirilib ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsilə birgə doğuş zamanı dünyasını dəyişməyib: “Ölümü necə baş verməsi və səbəbləri barədə Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılandan sonra bəlli olacaq”.

Zakir Həsənovdan əmr “Günəş alovu” CƏBHƏYƏ YERLƏŞDİRİLDİ: düşmən tir-tir əsir - VİDEO

9 Avqust 2017 13:04

Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən ay Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Suriyada hərbi əməliyyat təcrübəsinin regionda tətbiqi məsələsini müzakirə edib. Zakir Həsənov bunu “RİA Novosti” agentliyinə müsahibəsində də təsdiqlədi. Məsələnin Dağlıq Qarabağda mümkün müharibədən ibarət olduğu məlumdur, lakin Suriyada konkret hansı təcrübədən bəhs edildiyi müəmma olaraq qalır.

Rusiya zərbə briqadalarını sərhəddə toplayır - MÜHARİBƏ YAXINLAŞIR

9 Avqust 2017 13:02

“Rusiya Ukrayna ilə sərhəddə qoşunların zərbə briqadalarını toplayır”. Bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəhbəri Viktor Mujenko “Liqa.net” saytına müsahibəsində deyib. “Sərhəddə yaradılan üç yeni diviziyadan söhbət gedir. Bunlar 144-cü, 3-cü və 150-ci motoatıcı diviziyalardır. Onların formalaşması 2016-cı ildə başlanıb”, - Mujenko qeyd edib. Onun sözlərinə görə, bu diviziyalar bilavasitə Ukrayna-Rusiya sərhədindədir: “Həmçinin Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin 8-ci ümumqoşun ordusu formalaşdırılıb. Bu onu göstərir ki, Ukrayna-Rusiya sərhədində müəyyən hərbi qruplaşmalar yaradılır”.

Dənizdə batma təhlükəsilə üzləşən 2 nəfər xilas edilib

9 Avqust 2017 12:58

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Səbail rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.  Əməliyyat saat 22:09-da başa çatıb.

Ermənistanda siyasi təlatüm

9 Avqust 2017 12:48

İndi Ermənistanda hər kəsi bir sual düşündürür. 2018-ci ildə hazırkı prezident Serj Sərkisyanı kim əvəz edəcək? Sərkisyanı əvəz edə biləcək bir neçə siyasi fiqurun adı hallansa da, lakin son qərarın Kremldən veriləcəyi də istisna edilmir. Çünki İrəvanın daxili siyasətində baş verənlərin birbaşa Kremldən idarə olunduğu şübhəsizdir.