Bakıda doğum zamanı ana və uşağın ölüm SƏBƏBİ BİLİNDİ - DƏHŞƏTDİR- YENİLƏNİB

3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib. Nazirliyin mətbuat xidmətindən “Olaylar” – a bildirilib ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsilə birgə doğuş zamanı dünyasını dəyişməyib: “Ölümü necə baş verməsi və səbəbləri barədə Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılandan sonra bəlli olacaq”.

Bakıda baş vermiş ana və uşaq ölümünün ilkin səbəbləri məlum olub. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülovanın uşağı onun bətnində bir həftə əvvəl ölüb. Z.Əligülovanın hamiləlikdən gec xəbər tutduğu, bundan sonra uşağı düşürmək və hamiləliyi dayandırmaq üçün hansısa kimyəvi maddə qəbul etdiyi ehtimal edilir. Ana kimyəvi maddə qəbul etdikdən sonra uşaq ana bətnində ölüb. Bundan xəbərsiz olan ana bir həftə ərzində ölü dölü bətnində daşıyıb. Bir həftə sonra Z. Əligülova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. Belə ki, ananın qəbul etdiyi zəhərli maddələr onun bədəninə sovrulub. Ölümə də bu səbəb olub. Ana öldükdən sonra döl çürümüş vəziyyətdə onun bətnindən çıxarılıb.Faktla bağlı araşdırma aparılır. Ana və uşaq ölümünün dəqiq səbəbi isə məhkəmə - kimyəvi ekspertizasının rəyindən sonra bilinəcək.  Apa.az

***

Səhiyyə Nazirliyi 3 saylı şəhər Klinik Xəstəxanasında baş verən ana və uşaq ölümünə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsilə birgə doğuş zamanı dünyasını dəyişməyib: "Ölümü necə baş verməsi və səbəbləri barədə Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılandan sonra bəlli olacaq". Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova açıqlamasında hadisənin gecə baş verdiyini və hələ ki ölümlə bağlı məlumatların Komissiyaya təqdim edilmədiyini dedi. Publika.az

***

3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib. Nazirliyin mətbuat xidmətindən "Olaylar" - a bildirilib ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsilə birgə doğuş zamanı dünyasını dəyişməyib: "Ölümü necə baş verməsi və səbəbləri barədə Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılandan sonra bəlli olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31