Kriştianu Ronaldo öndə, Dino Ndlovu kənarda

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin arxada qalan 7 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin arxada qalan 7 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Cədvəldə beynəlxalq oyunlarda ən azı 6 top vuranlar yer alıb.  Milli komanda və qitə kuboklarında vurulan qol sayında 32 futbolçu bunu bacarıb. Portuqaliya yığmasında 7, "Real"da 10 qol vuran Kriştianu Ronaldo ümumilikdə 17 topla aşkar liderdi. KXDR yığmasında 2, "Aprel 25"də 9 dəfə fərqlənən Kim Yu Sonq 11 qolla 2-ci pillədə qərarlaşıb. 9 qol vuran Mehdi Taremi ilk "üçlüy"ü qapayır. O, İran millisində 3, "Persepolis"də 6 dəfə qol sevinci yaşayıb. İFFHS-in cədvəlində Azərbaycan təmsilçiləri yer almayıb. Hələlik ən məhsuldar təmsilçimiz "Qarabağ"ın CAR-dan olan legioneri Dino Ndlovudu. Onun hesabında Çempionlar Liqasında vurulan 3 qol var. Afrikalı bu göstərici ilə siyahıdan kənarda qalıb. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31