Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu - Futbolumuzda bir ilk

Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib. Bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb. T.Əhmədova "Səbail"də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.

Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib. Bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb. T.Əhmədova "Səbail"də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.  T.Əhmədova futbol tariximizə düşüb. O, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31