Arda Turan "Qalatasaray"ın təklifini qəbul etdi

Türkiyə millisinə dönməyə qərar verən Arda Turan karyerasını Türkiyədə davam etdirəcək. Türk mətbuatı "Barsa"nın futbolçusunun "Qalatasaray"ın təklifini qəbul etdiyini yazıb. Təklifin icarə qiyməti ilə birlikdə 10-12 milyon avro olması gözlənir.

Xatırladaq ki, Arda Turan 2005-2011-ci illərdə "cim-bom"un heyətində çıxış edib. Son günlərdə futbolçu daha əvvəl çıxış etdiyi "Atletiko" Madridə qayıtmaq istədiyini desə də, Simeone onun planlarına uyğun olmadığını bildirmişdi. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31