Gündəm
Sadəcə çox diqqətli adamlar bu şəkillər arasında fərqi görəcək – FOTOLAR
Kiçik detallara diqqət edən, böyük şəkillərdə kiçik detallar axtarmaqdan zövq alan adamlar olur. Əgər sizdən onlardan birisinizsə bu şəkillər sizin üçün çox əyləncəli olacaq.
Rübabə Muradova ilə Süleyman Rüstəmin qızı küçədə dilənir: "Atalı-analı yetim böyüdüm"
Bədbəxtliyə düçar olmuş insanların dünyasını gözəgörünməz divarlar, qapılar məhv edir. Belə olan halda isə ehtiyaclar sonsuz olur. Amma bəzən maddi ehtiyaclarımız mənəvi ehtiyaclarımızı daha çox üstələyir. Bəzən də ehtiyac üzündən küçədə, metroda, avtobusda dilənən minlərlə dilənçilərlə rastlaşırıq. Əksəriyyəti isə qadınlardır. "Qadın zərif məxluqdur” deyirlər. Zəif yox, zərif... Çox vaxt onların yanından ötsək də, ovcuna qəpik-quruş qoysaq da, bir dəfə də olsun pul uzadanda yaxınlaşıb dərdlərini bölüşmürük.
Ukraynalıların sevimli məkanı – Azərbaycan
Azərbaycan ukraynalı futbolçuların ən çox üz tutduğu ölkələr sırasındadı. Ukrayna mətbuatı futbolçularının legioner həyatı yaşadığı ölkələrlə bağlı araşdırma aparıb. Buna Lixtenşteynin "Vaduts" klubuna keçən Marko Deviç səbəb olub. Cırtdan ölkə ukraynalılar üçün yeni məkan - 61-ci ölkə kimi tarixə düşüb. Milliləşən serbiyalını da özlərinki kimi qəbul edən Ukraynadan olan həmkarlarımız ən çox futbolçu ilə təmsil olunduqları ölkələri də müəyyənləşdirib. İndiyədək dünyanın 6 ölkəsində 100-dən artıq ukraynalı oynayıb. Azərbaycanda indiyə qədər 101 ukraynalı futbolçu çıxış edib. Bu, həmkarlarımızın hesablamasıdı və bütün liqalarda oynayan həmyerlilərinin ümumi sayıdı. Ölkəmiz bu göstəricidə 6-cıdı. Ukraynalıların sevimli məkanları sırasında 1-ci yeri təbii ki, bölgənin ən güclü çempionatına malik Rusiya tutur. Bura 428 oyunçu ezam olunub.
"Özümü körpüdən atım, deyirsiniz?" - Ebru əsəbiləşdi
Son zamanlar haqqınday yayılan xəbərlərə əsəbiləşən keçmiş model Ebru Şallı sosial şəbəkə vasitəsilə ismarış yollayıb. Evli iş adamı Uğur Akkuşla sevgili olan Ebru şəxsi həyatına müdaxilə edilməsinə hirslənib: "3 gündür gündəmdə "Ebru ərə gedir" xəbərləridir. Türkiyədə xəbər siyasəti budurmu? Xəbərçilik beləmi olur? Nə vaxt ki, susub-danışmasam, səhəri gün haqqımda yazılmış pis bir xəbərlə oyanıram.
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib
Avqustun 8-də saat 22 radələrində Şəmkir rayonunun Qasımalılar kəndinin ərazisində şəhər sakini Samir Əsgərzadənin idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini Rauf Şirinovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə Z.Şirinovun sərnişini - atası Zahid hadisə yerində ölüb, özü və digər sərnişini, habelə S.Əsgərzadə və sərnişini xəstəxanaya yerləşdiriliblər. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
DİN Novxanıdakı yol-nəqliyyat hadisəsi barədə məlumat yaydı
Avqustun 8-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Mehman Seyidovun idarə etdiyi “VAZ-2106”, Bakı şəhər sakini Elçin Qasımovun və Qubdalı rayon sakini Nadir Həsənquliyevin idarə etdikləri 2 “Mercedes” markalı avtomobillər toqquşub. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə M.Seyidovun sərnişinlərindən azyaşlı qızları Gülçöhrə və Mehram hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həsənquliyev və 2 sərnişini, E.Qasımovun isə 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
9 avtomobili qarət edən ələ keçib
Bakıda avtomobillərdən silsilə oğurluqlar edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilinən Ramal Qəhrəmanovla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin may-iyul ayları ərzində 9 avtomobildən oğurluq etdiyi də müəyyən edilib.
"Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2623 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1749-1745 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 6579 ərizənin onlayn qeydiyyatı(09.08.2017-ci il tarixinə saat 12:00-a olan məlumata əsasən) aparılıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Millət vəkili məmur övladlarının özbaşınalığından danışdı
“Ümumilikdə götürdükdə, Azərbaycan Prezidenti İlham Əliyevin bir tələbi var ki, hər bir dövlət məmuru vəzifəyə təyin olunarkən onun qarşısında ən əsas məqsəd xalqa xidmət dayanmalıdır”. Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
“Dəniz kuboku - 2017” müsabiqəsinin son mərhələsi keçiriləcək
Avqustun 9-da “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışların son mərhələsi çərçivəsində “Dəniz hazırlığı üzrə yarış”da öz güclərini sınayacaqlar. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, şərtlərə əsasən heyətlər gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra edəcəklər.
Qızmar istilərdən sonra hava sərinləşəcək - temperatur 3-5 dərəcə enəcək
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın ərazi bütövlüyünə qarşı NÖVBƏTİ TƏXRİBAT
Mapbox.com və Openstreetmap.org naviqasiya sistemində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı böyük yanlışlığa yol verilib. İnternet istifadəçilərinə təqdim olunan onlayn xəritələrdə Azərbaycanın işğal altında olan əraziləri erməni adları ilə təqdim olunub.
UEFA Super Kubokunun ən yaxşı futbolçusu müəyyənləşib
UEFA Super Kubokunun finalında keçirilən "Real" - "Mançester Yunayted" görüşünün (2:1) ən yaxşı futbolçusu müəyyənləşib. Qitənin ali futbol qurumu Madrid klubunun yarımmüdafiəçisi İskonu ən yaxşı oyunçu seçib. İspan oyunçu sözügedən qarşılaşmada komandasının ikinci qolunun müəllifi olub. Matçdan sonra ona xüsusi mükafat verilib.
Əfqanıstanda 235 dinc sakin Talibandan xilas edildi
Taliban rejimi tərəfindən Əfqanıstanın şimalında yerləşən Seri Pul vilayətinin Mirzavat bölgəsini nəzarətə aldıqlarını və 30 nəfəri öldürərək, 235 nəfəri əsir götürmüşdülər. “Olaylar” bildirir ki, Sari Pul qəbilə liderlərinin çağırışından sonra azad edildiyini və götürülən əsirlərin qytarıldığı bildirilir.














