Ukraynalıların sevimli məkanı – Azərbaycan

Azərbaycan ukraynalı futbolçuların ən çox üz tutduğu ölkələr sırasındadı. Ukrayna mətbuatı futbolçularının legioner həyatı yaşadığı ölkələrlə bağlı araşdırma aparıb.  Buna Lixtenşteynin "Vaduts" klubuna keçən Marko Deviç səbəb olub. Cırtdan ölkə ukraynalılar üçün yeni məkan - 61-ci ölkə kimi tarixə düşüb. Milliləşən serbiyalını da özlərinki kimi qəbul edən Ukraynadan olan həmkarlarımız ən çox futbolçu ilə təmsil olunduqları ölkələri də müəyyənləşdirib. İndiyədək dünyanın 6 ölkəsində 100-dən artıq ukraynalı oynayıb. Azərbaycanda indiyə qədər 101 ukraynalı futbolçu çıxış edib. Bu, həmkarlarımızın hesablamasıdı və bütün liqalarda oynayan həmyerlilərinin ümumi sayıdı. Ölkəmiz bu göstəricidə 6-cıdı. Ukraynalıların sevimli məkanları sırasında 1-ci yeri təbii ki, bölgənin ən güclü çempionatına malik Rusiya tutur. Bura 428 oyunçu ezam olunub.

Belarusda 243, Moldovada 196, Qazaxıstanda 186, Polşada 122 ukraynalı çıxış edib. Azərbaycan da yalnız bu ölkələrdən geri qalır. Avropanın yalnız 11 ölkəsində təmsil olunmayan Ukrayna Asiya, Afrika, Amerika qitələrinə də futbolçu göndərməsi ilə diqqət çəkir. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31