Gündəm

Putin Qarabağa səfər edəcək? - Yevseyev ermənilərin xam xəyallarını ALOVLANDIRDI

9 Avqust 2017 15:02

Rusiya prezidenti Vladimir Putin dünən tanınmamış “Abxaziya Respublikası”na səfər edib. Putinin bu səfəri Ermənistanda Rusiya prezidentinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edə biləcəyi ümidlərini yaradıb. Ermənistan mediası Abxaziyaya səfər edən Putinin Qarabağa da səfər edə biləcəyi iddiası ilə çıxış edib. Halbuki, “Abxaziya Respublikası” beynəlxalq ictimaiyyət tərəfindən tanınmasa da, Rusiya tərəfindən tanınıb, qondarma “DQR”-i isə Ermənistanın özü belə tanımır. Bununla yanaşı, Putinin belə bir addım ata biləcəyini düşünmək olduqca absurddur. Lakin ermənilərin canfəşanlıqla bu məsələnin üzərində dayanması diqqət çəkir.

Lük Bessonun yeni filmi Park Cinemada

9 Avqust 2017 15:01

Park Cinema kinoteatrlar şəbəkəsində LaseR zalı və VIP Lounge-un təntənəli açılış mərasimi baş tutub. Lazer proyektoru ilə təchiz olunmuş yeni zalda məhşur “Leon”, “Beşinci element” və “Lüsi” filmlərinin əfsanəvi rejissoru Lük Bessonun “Valerian və min planetlər şəhəri” adlı fransız fanstastik filmi nümayiş olunub. Tədbirdə çıxış edən Park Cinemanın Marketinq üzrə direktoru Musa Axundov Park Cinema kinoteatrlar şəbəkəsinin daima ən son texnoloji yenilikləri izlədiyini və onları Azərbaycanda ilk olaraq quraşdırdığını vurğuladı. Musa Axundov Park Cinemanın  kinosevərlərin daha komfortlu şəraitdə film izləyə bilməsi üçüm VIP Lounge yenidən istifadəyə verildiyini qeyd etdi.

Hərbi aşpazlarımız bürünc medal qazanıblar

9 Avqust 2017 14:59

Beynəlxalq Ordu Oyunları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsinin final mərhələsi başa çatıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışların üç mərhələsinin yekun nəticələrinə görə Azərbaycanın hərbi aşpazları üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər.

“İrəli”də gənclərlə görüş keçirilib

9 Avqust 2017 14:58

"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Support of Azerbaijan Youth (SAY) hərəkatı adı altında həyata keçirilən SAY layihələrinin gəncləri görüşüb. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, “İRƏLİ” İctimai Birliyinin Support of Azerbaijan Youth (SAY) hərəkatı adı altında reallaşdırdığı layihələr: "SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest”, "SAY:Solidarity" layihələri baş tutub. Adı çəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi, gənclərdə həmrəylik hislərini aşılamaq və onların hərtərəfli formalaşmasına şərait yaratmaq olub.

Elektron arayış sistemində müraciətlərin sayına görə ilk yeri “İş yerinə dair arayış” e-xidməti tutur

9 Avqust 2017 14:56

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında bu e-xidmətə əvvəlki iyun ayı ilə müqayisədə 13,4 faiz, ötən ilin iyul ayına nisbətən isə 21,2 faiz çox olmaqla, 26 435 müraciət qeydə alınıb.

Qətər 80 ölkə üçün azad viza sistemini tətbiq etdi

9 Avqust 2017 14:55

Qətər Turizm İdarəsi, Qətər Hava Yolları və Daxili İşlər Nazirliyi paytaxt Dohada birgə mətbuat konfransı təşkil edib. “Olaylar” bildirir ki, konfransda çıxış edən Turizm İnkişaf Sektorunun rəhbəri Həsən İbrahimi Qətər rəsmilərinin turizm sahəsindəki tarixi bir dəyişikliyə imza atdığnı bildirib. Belə ki, Qətərı ziyarət etmək istəyən 80 ölkənin vətəndaşları azad viza sistemindən istifadə edə biləcəklər.

Gigiyena və Epidemiologiya Mərkəzi açıqladı

9 Avqust 2017 14:54

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərinə görə bu ilin 6 ayında 188 nəfər qida zəhərlənməsi, 285 nəfər zərərçəkən olub. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1637, mikrobioloji göstəricilərinə görə 1648, radioloji göstəricilərinə görə 748, toksikoloji göstəricilərinə görə 714 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 122-də mikrobioloji göstəricilərə görə, 10-da toksikoloji göstəricilərə görə normadan kənara çıxma müəyyən olunub.

Axtarışda olanın narkotik yetişdirdiyi aşkar olunub

9 Avqust 2017 14:52

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Masallı RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xıl kənd sakini Faiq Balayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə,  F.Balayevin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (xuliqanlıq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Avtomobilin vurduğu piyada yerində keçinib

9 Avqust 2017 14:50

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 8-də saat 13 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Bəhman Cabbarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Yeganə Verdiyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

"Qaçqınkom" sədrinin nəvəsinin 3 milyonluq maşın kolleksiyası - SİYAHI

9 Avqust 2017 14:48

Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Gelandewagen”lə dəhşətli qəza törədən nəvəsi Nail Allahverdiyevin 3 milyon dəyərində avtomobil kolleksiyası var.

Startuplar üçün növbəti şans

9 Avqust 2017 14:38

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə Startuplar üçün 2-ci Inkubasiya Programını elan edir. Barama İnkubasiya Proqramı çərçivəsində startuplar icra etmək istədikləri layihələri reallaşdıra biləcəklər. Proqramın məqsədi müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə gənc sahibkarların (bizneslərinin) sürətlə inkişafına yardım etməkdir.

“Atəş və qəzəb” müharibə gətirəcək: Qərbdən HƏYƏCAN SİQNALI

9 Avqust 2017 14:37

Koreya Xalq Demokratik Respublikasına (KXDR) “tarixdə görünməmiş atəş və qəzəb” sözü verən ABŞ prezidenti Donald Trampın bəyanatı mümkün hərbi münaqişə riskini artırır. Belə nəticəyə Koreya yarımadası ətrafındakı son vəziyyəti şərh edən Amerika KİV-i gəlib.

Ərzaq təhlükəsizliyi daxili imkanlar hesabına təmin ediləcək

9 Avqust 2017 14:31

Prezident İlham Əliyevin işritakı ilə Qax rayonunda keçirilən respublika müşavirəsi ölkədə ərzaq təhlükəsizliyini təminatı baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən müşavirədə qaldırılan məsələlərin icrası, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi heç şübhəsiz ki, aqrar sahənin inkişafında mühüm rol oynayacaq.  Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib ki, prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir. C.Osmanov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişib, regionlar da iqtisadi güc amilinə çevirib. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb: “Müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionlarda güclü sahibkarlar ordusu formalaşıb.

Müğənnilər vergiyə necə cəlb ediləcəklər?

9 Avqust 2017 14:28

Vergilər Nazirliyi tərəfindən şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması qaydaları müəyyən olunub. Nazirlikdən verilən məlumata görə, qaydaların müəyyən edilməısində məqsəd şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində müğənnilik və ya ansambl (qrup) formasında musiqiçilik fəaliyyəti göstərən şəxslərin əldə etdikləri gəlirlərin uçotunun aparılması və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan şəxslərin müəyyənləşdirilməsi üçün Qeydiyyat kitabının tətbiqi, bu istiqamətdə zəruri tədbirlərin görülməsindən ibarətdir.

Ermənistanda təhsilli insanların sayı azalıb

9 Avqust 2017 14:26

Ağır iqtisadi vəziyyət və vətəndaşların Ermənistanı kütləvi tərk etmələri ali məktəblərə qəbul olunan tələbələrin sayının kəskin azalmasına gətirib çıxarıb. Əgər 2013-cü ildə Ermənistanda ali məktəblərə 16304 nəfər qəbul olunmuşdusa, 2016-cı ildə bu rəqəm 10865 nəfər bərabər olub. 2014-cü ildə isə 11228 nəfər ali məktəbə qəbul olunmuşdu. 2017-ci ildə ali məktəblərə qəbul prosesi hələ başa çatmasa da, ekspertlərin fikrincə, bu il də rəqəmin yüksək olacağı gözlənilmir.