Gündəm
Nazirlik: Vergi uçotundan yayınma hallarının qarşısı alınıb
Vergilər Nazirliyi tərəfindən iyul ayı ərzində həyata keçirilən araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklər yaranması halları aşkar edilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, bəzi vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyektləri (anbarı, mağasazı və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları “mal qalığı” kimi göstərirlər.
Azərbaycanlı müğənninin yarımmilyonluq avtomobili
May ayında toy edib, özündən 16 yaş kiçik model xanımla evlənən, subaylığın daşını atan müğənni Xəyyam Nisanov istirahət üçün Azərbaycana gəlib. Bilgəhdə dincələn müğənni bahalı avtomobili ilə görüntülənib.
AzTA-dan koksaki virusu ehtimalının Azərbaycandan Türkiyəyə gedən turistlərin sayına təsiri barədə AÇIQLAMA
Türkiyədə koksaki virusunun yayılması ehtimalları ilə əlaqədar Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında azalma müşahidə olunmayıb. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Əfqanıstanda partlayış törədilib
Türkiyədə 5 hərbçi xəsarət alıb - Qatar qəzasında
Türkiyənin Bitlis vilayətində hərbçiləri aparan qatarın vaqonlarının birində qapının qopması nəticəsində 5 hərbçi xəsarət alıb. Hərbçilərdən birinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
Müslüm Maqomayevin qızı olduğunu iddia edən şəxs verilişdə DNT testindən keçdi
22 yaşlı Veronika Korotkova dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin qızı olduğunu iddia edib. Sənətkarın qardaşı Yuri Rusiyanın "Birinci" kanalında yayımlanan "Na samom dele" proqramına gələrək, V.Korotkovanın söylədiklərini təkzib edib.
Nalbandyan prezidentlərin görüşündən DANIŞDI
“Hazırda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret heç nə yoxdur”. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
65 turist zəhərləndi
Türkiyənin Muğla vilayətində yerləşən otellərinin birində kütləvi zəhərlənmə qeydə alınıb. “Olaylar” bildirir ki, 65 turist gecə saatlarında ürək bulanma, qusma və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib. Qida zəhərlənməsindən şübhələnilən turistlərə ilkin tibbi yardımlar göstərilib.
Səhiyyə Nazirliyi tərəfindən "İmmunlaşdırma həftəsi" keçirilir
2017-ci ilin aprel ayının 24-dən 30-a qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İmmunlaşdırma həftəsi keçirilib. Nazirlikdən verilən məlumata görə, immunlaşdırma həftəsi ərzində 6 aylıq uşaqların İnaktivləşdirilmiş poliomielit vaksini ilə peyvənd olunması həyata keçirilib. 2017-cu ilin ilk 6 ayı ərzində müşahidə olunan vərəm xəstəliklərin 2016-cı ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalıb.
Bərzani: “Yeni fəlakət və döyüşün...”
“Yeni fəlakət və döyüşün baş verməməsi üçün İraq Kürd Regional Rəhbərliyində referendum keçiriləcək”. Bunu Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani Londonda çıxan "El Hayat” qəzetinə müsahibəsində deyib.
Yoluxucu xəstəliklərə tutulma riski 11,5% azalıb
Səhiyyə Nazirliyinin “İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə” əmrinə əsasən Respublika üzrə ağır gedişli respirator virus infeksiyalrı və qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilir.
Quam adalarına nüvə zərbəsi? - Müharibə hər an başlaya bilər
ABŞ prezidenti Donald Trampın Şimali Koreyanı "misli görünməmiş od alovla" ilə hədələməsindən sonra Pxenyanla Vaşinqton arasında gərginliyin dozası daha da artıb. Bu gün Şimali Koreya rejimi ABŞ-ın Sakit okeandakı Quam adalarına nüvə başlıqlı ballistik raketlə zərbə endirmək planı hazırlandığını elan edib. Koreya ordusunun yaydığı bəyanatda deyilir: "Koreya xalq ordusunun strateji qüvvələri hazırda Quam adaları rayonuna "Xvason-12" orta mənzilli ballistik raketi ilə zərbə endirilməsi planını diqqətlə araşdırır. Məqsəd ABŞ-ın regiondakı əsas hərbi bazasına, o cümlədən "Andersen" aviabazasına çıxışını məhdudlaşdırmaqdır. Plan qısa müddət ərzində ali baş komandana təqdim olunacaq".
Azərbaycandan Həcc ziyarətinə gedəcək 70 nəfər əlavə 535 dollar ödəyəcək
Bu il Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlər 535 dollar əlavə vəsait ödəyəcəklər. Qafqaz Müsəlmanları İdarəsindən report-a verilən məlumata görə, Səudiyyə Ərəbistanı hökümətinin qərarı ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidirlər. Bu vergini Səudiyə Ərəbistanı hökuməti tələb edir.
Ermənistanda terror dövlət siyasətinə çevrilib
Məlum olduğu kimi Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Ekspert: ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir
Avqustun 7-də Ermənistan qoşunlarının Tovuz rayonunda dinc sakinlərə hücumu Avropa İttifaqının (Aİ) qurumları, Avropa ölkələrinin hökumətləri və ATƏT tərəfindən fəal şəkildə pislənməlidir. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.














