Ermənistanda terror dövlət siyasətinə çevrilib

Məlum olduğu kimi Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Cəzasızlıqdan ruhlanan ermənilər uşaqları hədəf seçiblər

Məlum olduğu kimi Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. 1994-cü ildə  atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olmuşdur. Çox təəssüflər olsun ki, həmin uşaqların sırasına 2 yaşlı Quliyeva Zəhra və 13 yaşlı Yusibov Ramil də əlavə olundu. Xatırladaq ki, Azərbaycanda dünyəvi, hüquqi dövlət qurulub. Elə bu səbədən də ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunmasına tərəfdarıdır. Ermənistan da bir sıra beynəlxalq sənədləri, o cümlədən BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edərək üzərinə beynəlxalq öhdəlik götürüb. Lakin buna baxmayaraq, uşaqlara, eləcə də mülki şəxslərə qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir. İstər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.

Azyaşlı uşaqların və mülki əhalinin hədəfə alınması Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir. Mülki əhalinin hədəfə alınması, qətlə yetirilməsi, onların məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirir. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Üstəlik Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin - Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələbini nəinki yerinə yetirmir, əksinə öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə daha da möhkəmləndiməyə çalışır. Ermənistanın hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır. Məhz bu baxımdan beynəlxalq birlik, xüsusilə BMT və digər beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozultularına hüquqi-siyasi qiymət verməlidirlər. Beynəlxalq birliyin  dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə laqeyd qalmağa haqqı yoxdur. Ermənistan barəsində müvafiq sanksiyaların tətbiq edilməsi, Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımların atılması vaxtı çatıb.  

Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilərin xalqımıza qarşı tarix boyu həyata keçirdiyi təxribat hərəkətlərinin davamıdır. E.Məmmədov bildirib ki, ermənilərin dinc sakinlərimizə qarşı silahdan istifadə etməsi birinci hal deyil: "Ermənilər həmişə dinc azərbaycanlılara qarşı kütləvi soyqırımlar həyata keçirərək körpə uşaqları, qadınları, qocaları qətlə yetiriblər. Onların xalqımıza qarşı terror siyasəti bu gün də davam edir. Son 2-3 ildə ermənilər nə qədər körpə uşaqlarımızı, dinc insanlarımızı qətlə yetirib, evləri dağıdıblar. Niyə bunun qarşısı alınmır?" E.Məmmədov vurğulayıb ki, bu günə qədər ermənilərin törətdiyi təxribatlarla bağlı nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər sərt reaksiya verməyiblər: "Əksinə, erməniləri qoruyurlar. XX əsrin sonlarında ermənilər Xocalı soyqırımını törətdilər, 613 nəfər dinc insan qətlə yetirildi, Qaradağlıda və başqa yerlərdə də soyqırımlar törətdilər. Buna görə ermənilərə bir cəza tətbiq olundumu?  25 ildən çoxdur ki, bir milyondan artıq insanımız qaçqın və məcburi köçkün vəziyyətindədir, torpaqlarımız işğal altındadır. Buna görə ermənilərə qarşı sanksiya tətbiq olunubmu?  Ermənilər də bu cəzasızlıqdan ruhlanırlar, havadarlarına arxayın olurlar və təxribat əməllərini artırırlar. Biz gözləsək ki, hansısa beynəlxalq təşkilat ermənilərin bu əməllərinin qarşısını alacaq, bu, sadəlövhlük olardı. Ermənilərə qarşı cəza tədbiri görəcək yeganə qüvvə Azərbaycan ordusudur".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31