Gündəm

Silahlı şəxslər hoteli ələ keçirdilər - Latviyada

9 Avqust 2017 16:47

Latviyanın paytaxtı Riqada naməlum silahlı şəxslər "Garden Palace" hotelini ələ keçirib. Bir qrup şəxs hoteldən bir neçə sakini çıxararaq onların sənədlərini alıb. Hotel sahibləri hadisə yerinə polis çağırıb. 

Cərrah qayçını qadının qarnında unutdu - "Eşidəndə şok keçirdim"

9 Avqust 2017 16:46

Almaniyada yaşayan iki uşaq anası Emel Bingöl (38), 2017-ci ilin 3 fevral günü Qaziantepdəki özəl bir xəstəxanada estetik əməliyyat etdirib. Bir gün sonra xəstəxanadan çıxan Bingöl Almaniyaya qayıdıb.

AXCP üzvü Əli Kərimlini rüsvay etdi: “Üzvləri səfalət içində yaşayan AXCP-nin sədri 2 övladının təhsilinə 1 milyondan çox pul xərcləyib”– Fotofakt

9 Avqust 2017 16:42

AXCP üzvü Paşa Umudov Avropa.info-ya müraciət edib. Partiya üzvü sədrləri Əli Kərimlinin ailə üzvlərinin yaşadığı komfort şəraitin kontekstində cəbhəçilərin istismar edilməsinə üsyan edir. Avopa.info Paşa Umudovun yazdıqlarını olduğu kimi dərc edir:

Prezidentin təyyarəsi Rusiyada partladılıb - KOMİSSİYA RƏYİ VƏ DƏHŞƏTLİ SÜBUTLAR

9 Avqust 2017 16:39

Polşa prezidenti Lex Kaçinskinin qəzaya uğradığı təyyarənin qanadında partlayış izləri aşkarlanıb. Bu nəticəyə Smolensk yaxınlığında baş verən aviaqəzanı araşdıran yeni Polşa komissiyası gəlib.

Lerikdə antik dövrə aid yeni tapıntılar

9 Avqust 2017 16:35

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun amerikalı arxeoloqlarla birgə Lerik rayonunun Gürdəsər kəndi ərazisində apardığı tədqiqatlar zamanı e.ə. V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlanıb.

Türkiyənin diplomatik jurnalı Zəhradan yazıb

9 Avqust 2017 16:33

Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Gəncəxan Babişin Ermənistan ordusu tərəfindən öldürülən Zəhra və cəbhə xəttindəki son zamanlar yaşanan gərginliklərə həsr olunmuş məqaləsi Türkiyədə türk və ingilis dillərində yayımlanıb.

Prokuror Akif Çovdarov və digərlərinə cəza istəyəcək

9 Avqust 2017 16:31

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"WhatsApp"da TƏHLÜKƏ VAR!

9 Avqust 2017 16:26

"WhatsApp" istifadəçiləri üçün böyük təhlükə yaranıb. Bu şəbəkə istifadəçilərinin mesajları silinə və yaxud başqa şəxslər tərəfindən oxuna bilər. "WhatsApp for Whatscan" adlı tətbiq "WhatsApp Web" prosessorunun QR kodunu istifadə edərək özünü kompüter kimi tanıdır və istifadəçilərin bütün mesajlarını görə bilir.

Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib

9 Avqust 2017 16:22

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib. Bu barədə vəkil Sevdiyar Bayramov məlumat verib. O, müvəkkili ilə görüşmədiyini də deyib.

Ermənistanla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlandı

9 Avqust 2017 16:18

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

“Fənərbaxça”dan daha bir transfer

9 Avqust 2017 16:07

“Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.  İstanbul təmsilçisi “Vilyarreal”ın hücumçusu Roberto Soldadonu heyətinə qatıb. 32 yaşlı forvard tezlkiklə Türkiyəyə gələcək və "sarı-lacıvərdlilər"lə müqavilə imzalayacaq. Bu keçid üçün "Fənərbaxça" "sarı sualtı qayığ"a 4 milyon avro təzminat ödəyib.

6 terrorçu təslim oldu

9 Avqust 2017 16:01

Türk Silahlı Qüvvələri Şırnakın Silopi mahalında 6 terrorçunun təslim olduğunu, iki terrorçunun məhv edildiyini bildirib. “Olaylar” bildirir ki, Mardinin Dargeçit bölgəsinin 9 ayrı yaşayış məntəqəsində təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyat zamanı 2 əl istehsalı partlayıcı qurğu, 120 Dragunov snayper tüfəng fişengi, bir silah durbini, bir əl bombası, bir əl telsizi, çox sayda əl istehsalı olan partlayıcı qurğuıarın istehsalı zamanı istifadə edilən vaistələr aşkar edilib.

“İvanovka” şorunun saxlama müddəti saxtalaşdırılır

9 Avqust 2017 16:00

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayı yolu, ev 1-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan "Bizimsüd" adlı şorun və Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 4 ünvanında fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan "İvanovka" adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.

Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşmışıb

9 Avqust 2017 16:00

Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır.

ƏMDK-in elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mini ötüb

9 Avqust 2017 15:58

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində 86 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib. Hazırda komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 32 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Komitədən “Olaylar”a verilən məlumata görə, bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Elektron xidmətlərin tətbiqində başlıca məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflığının təmin olunması, bürokratiyanın aradan qaldırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərə əlçatanlığın artırılmasıdır.