Gündəm

Sumqayıtda keçmiş polis işçisi arvadını öldürdü

9 Avqust 2017 18:10

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Keçmiş polis işçisi Nazim Allahverdiyev münaqişə zəminində həyat yoldaşı 1967-ci il təvəllüdlü Allahverdiyeva Nurbahar Ağacan qızını bıçaqlayıb. N.Allahverdiyeva bədənin kəsilmiş-deşilmiş yaraları diqanozu ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Ölümü ilə 6 nəfəri yaşadan qızın QƏBUL İMTAHANI NƏTİCƏSİ heyrətləndirdi 

9 Avqust 2017 18:09

Türkiyənin Hatay vilayətində evlərinin eyvanından yıxıldıqdan sonra ölən 17 yaşlı Kübra Nur Coşkunun bağışlanan orqanlarının 6 xəstəni həyata qaytardığı barədə məlumat vermişdik. 

Olimpiada-2024-ün proqramında dəyişiklik edilə bilər

9 Avqust 2017 18:05

Yay Olimpiya Oyunlarının proqramında dəyişiklik edilə bilər. Məlumatına görə, 2024-cü ildə keçiriləcək yarışlara kibernetika idman növlərinin də daxil edilməsi mümkündü. Gənclərin bu tip marağını nəzərə alan Beynəlxalq Olimpiya Komitəsi növbəti sessiyasında məsələni müzakirəyə çıxaracaq.

Tramp ABŞ-ın nüvə gücündən danışdı: “Ümid edirəm ki...”

9 Avqust 2017 18:02

“ABŞ-ın nüvə arsenalı bu gün heç vaxt olmadığı qədər güclüdür”.  Bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb. Amerika prezidenti eyni zamanda ümid etdiyini bildirib ki, ABŞ-a heç vaxt onu tətbiq etmək lazım olmayacaq. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ-da bunkerlərdə 7 min nüvə döyüş başlığı var. 2009-cu ildə hakimiyyətə dünyanı nüvə silahından azad edəcəyi barədə vədlə gələn Barak Obama onun müasirləşdirilməsi proqramını təsdiqlədi. Yeni prezident Donald Tramp administrasiyası nüvə arsenalının bütün triadasının - yerüstü, hava və sualtı silahlarının yenilənməsini nəzərdə tutur: “Ohayo" sinfindən olan 14 sualtı gəminin əvəzlənməsi, B-52 və B-2 bombardmançılarının müasirləşdirilməsi, həmçinin “Trident D-5” və Minuteman III” sistemlərinin yenilənməsi. B61-12 bombası yeni arsenalın əsas qüruru olub. Pentaqonun versiyasına görə, B61-12 bombaların dörd müxtəlif növünü əvəz edəcək.

Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var

9 Avqust 2017 17:57

Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “Ford" markalı sərnişin daşıyan mikroavtobusla “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

“Bu, şərəfsizliyin, qeyrətsizliyin zirvəsidir”

9 Avqust 2017 17:52

Son günlər Azərbaycan cəmiyyəti azyaşlıların zorlanması, pedofil-manyakların yaxalanması xəbərləri ilə silkələnir. Hər gün Aysellərin, Nigarların, Leylaların, Nicatların, Kərimlərin pedofillərin tələsinə düşdüyünə, bununla da həyatlarının qaraldığına şahidlik edirik. Onlar bizim balalarımızdır, bizim gələcəyimizdir, açmadan solan qönçələrimizdir. Nə yazıq ki, övlad sahibi olan kimsə bu iyrənc əməldən sığortalanmayıb.

Antonio Konte: "Matiçin gedişi bizim üçün böyük itkidir"

9 Avqust 2017 17:36

"Çelsi"nin baş məşqçisi Antonio Konte serbiyalı Nemanya Matiçin "Mançester Yunayted"ə transferi haqda fikirlərini bildirib. İtaliyalı mütəxəsis bunları deyib: "Matiç onun haqqında fikrimi yaxşı bilir. O, "Çelsi"nin vacib oyunçularından biri idi. Hər nə qədər çətin olsa da, onun qərarını qəbul etməliyik. Transfer bazarı çox qarışıqdır. Matiçin gedişi bizim üçün böyük itkidir".

Putin Qarabağ məsələsində Sarkisyanı YARI YOLDA QOYDU - Sirr AÇILDI

9 Avqust 2017 17:34

“Fikir var idi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasaydı, Rusiya Qarabağı Azərbaycan qaytaracaq və Bakıya hərtərəfli dəstək verəcək. Erməni cəmiyyəti uzun müddət bu versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da, Rusiyanın Azərbaycana silah satması davam etdi”.

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

9 Avqust 2017 17:31

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyentlərə müraciət edib. DİM-dən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir. 

Qoyun oğruları tutulub

9 Avqust 2017 17:25

Masallı rayon sakinləri Azad Əliyev və Novruz Abbasov avqust ayının 3-dən 7-dək olan müddətdə yardımçı təsərrüfatdan və fermadan qoyunların oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin faktlarla əlaqədar Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Mobil telefon oğrusu ələ keçdi

9 Avqust 2017 17:24

Qazax rayonu ərazisindəki mağzalardan birindən xeyli sayda telefon oğurlanması barədə “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsində yaradılan əməliyyat qrupu hadisə yerinə gələrək oranı müayinə edib, müvafiq araşdırmalar aparılıb.

Balakəndə “Xaşxaş - 2017” əməliyyatı keçirilib

9 Avqust 2017 17:22

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaşxaş 2017” kompleks tədbirlər planına uyğun olaraq tədbirlər davam etdirilir.

Moskvada ticarət mərkəzi yanır - 120 nəfər təxliyə edildi

9 Avqust 2017 17:02

Moskvada ticarət mərkəzlərinin birində yanğın başlayıb. Yanğınsöndürənlərin gəlişinədək binadan 120 nəfər təxliyə edilib. Yanğının ümumilikdə 1500 kvadrat metr sahəni əhatə etdiyi bildirilib. Hadisə yerinə 11 yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb edilib. Xəsarət alanlar barədə hələ məlumat daxil olmayıb. Yanğının baş vermə səbəbləri məlum deyil.

“ATV” və “Xəzər”ə yeni yayım kanalları ayrılıb, “Xəyal” TV-nin adı dəyişdirilib

9 Avqust 2017 16:52

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan verilən məlumata görə, iclasda Azərbaycan ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.  Müzakirələrə uyğun olaraq iclasda yüksək keyfiyyətli rəqəmsal (HD) yayımın həyata keçirilməsi üçün “Azad Azərbaycan” Teleradio Kompaniyasına (“ATV” televiziyası) və “Xəzər” televiziyasına müvafiq olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul edilib. Həmçinin “TV Texservis”  kabel şəbəkəsi yayımçısı tərəfindən TV yayım proqramlarının kodlanmış yayımının həyata keçirilməsi üçün 22-ci TV yayım kanalının onun istifadəsinə verilməsi barədə qərar qəbul olunub.