Putin Qarabağ məsələsində Sarkisyanı YARI YOLDA QOYDU - Sirr AÇILDI
“Fikir var idi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasaydı, Rusiya Qarabağı Azərbaycan qaytaracaq və Bakıya hərtərəfli dəstək verəcək. Erməni cəmiyyəti uzun müddət bu versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da, Rusiyanın Azərbaycana silah satması davam etdi”.
9 Avqust 2017 17:34 Dünya"Fikir var idi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasaydı, Rusiya Qarabağı Azərbaycan qaytaracaq və Bakıya hərtərəfli dəstək verəcək. Erməni cəmiyyəti uzun müddət bu versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da, Rusiyanın Azərbaycana silah satması davam etdi".
Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni deyib. Onun iddiasına görə, Putin Ermənistanı aldatdı və erməni hakimiyyəti özünü qorumaq üçün bu oyunda iştirak etdi: "Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqının bizə dəstək vermədiyini sirr kimi saxlamağa çalışır, lakin baş verənlər ortada heç bir sirrin olmadığını göstərir. 2016-cı il "aprel müharibəsi" Avrasiya İqtisadi İttifaqının Ermənistanın təhlükəsizliyini təmin etdiyi əfsanəsini dağıtdı. Məlum oldu ki, Rusiya Ermənistanın bu ittifaqda olmasından istifadə edərək, Azərbaycanla əməkdaşlığını gücləndirir". S.Artsruni Rusiyanın və Ermənistan hakimiyyətinin bütün erməniləri aldatdığını qeyd edib. Publika.az