Tramp ABŞ-ın nüvə gücündən danışdı: “Ümid edirəm ki...”
“ABŞ-ın nüvə arsenalı bu gün heç vaxt olmadığı qədər güclüdür”. Bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb. Amerika prezidenti eyni zamanda ümid etdiyini bildirib ki, ABŞ-a heç vaxt onu tətbiq etmək lazım olmayacaq. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ-da bunkerlərdə 7 min nüvə döyüş başlığı var. 2009-cu ildə hakimiyyətə dünyanı nüvə silahından azad edəcəyi barədə vədlə gələn Barak Obama onun müasirləşdirilməsi proqramını təsdiqlədi. Yeni prezident Donald Tramp administrasiyası nüvə arsenalının bütün triadasının - yerüstü, hava və sualtı silahlarının yenilənməsini nəzərdə tutur: “Ohayo" sinfindən olan 14 sualtı gəminin əvəzlənməsi, B-52 və B-2 bombardmançılarının müasirləşdirilməsi, həmçinin “Trident D-5” və Minuteman III” sistemlərinin yenilənməsi. B61-12 bombası yeni arsenalın əsas qüruru olub. Pentaqonun versiyasına görə, B61-12 bombaların dörd müxtəlif növünü əvəz edəcək.
9 Avqust 2017 18:02 Dünya"ABŞ-ın nüvə arsenalı bu gün heç vaxt olmadığı qədər güclüdür". Bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb. Amerika prezidenti eyni zamanda ümid etdiyini bildirib ki, ABŞ-a heç vaxt onu tətbiq etmək lazım olmayacaq. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ-da bunkerlərdə 7 min nüvə döyüş başlığı var. 2009-cu ildə hakimiyyətə dünyanı nüvə silahından azad edəcəyi barədə vədlə gələn Barak Obama onun müasirləşdirilməsi proqramını təsdiqlədi. Yeni prezident Donald Tramp administrasiyası nüvə arsenalının bütün triadasının - yerüstü, hava və sualtı silahlarının yenilənməsini nəzərdə tutur: "Ohayo" sinfindən olan 14 sualtı gəminin əvəzlənməsi, B-52 və B-2 bombardmançılarının müasirləşdirilməsi, həmçinin "Trident D-5" və Minuteman III" sistemlərinin yenilənməsi. B61-12 bombası yeni arsenalın əsas qüruru olub. Pentaqonun versiyasına görə, B61-12 bombaların dörd müxtəlif növünü əvəz edəcək.
Son bir neçə onillik ərzində ABŞ-ın nüvə arsenalı yerüstü, sualtı gəmilər və strateji bombardmançılarda yerləşdirilən qitələrarası ballistik raketlərindən ibarətdir. ABŞ 1960-cı illərin əvvəlindən məhz "nüvə triadası" adlandırılmış strateji nüvə gücləri prinsipini dəstəkləyir. Hələ ötən il məlum olub ki, ABŞ Hərbi Hava Qüvvələri raket-nüvə müharibəsində istənilən hipotetik rəqibin tam məhv edilməsinə zəmanət verən 400 yeni qitələrarası ballistik raketi nüvə arsenalına qəbul etməyi planlaşdırır. 2030-cu illərdən döyüş növbəsinə veriləcək raketlər 2075-ci ilə qədər döyüş növbəsində olacaq. Hazırda "Minuteman III" qitələrarası ballistik raketlər ABŞ Hərbi Hava Qüvvələrinin üç - Uorren (Vayominq ştatı), Malmstrem (Montana ştatı) və Maynot (Şimal Dakota ştatı) bazalarında yerləşir. Hər bazada 150 raket var. Rusiya və ABŞ arasında imzalanan Praqa müqaviləsinin (2010-cu il aprelin 8-i red.) icrası çərçivəsində 50 raket ixtisar edilməli və "Minuteman III"lərin sayı 400-dən çox olmamalıdır. Publika.az xarici mediaya istinadən xəbər verir.