Gündəm
Bu otelin bir gecəsi 15 min dollardır - FOTOLAR
Siz nə vaxtsa sualtı dünyanın sakinlərinin yanında gecə keçirmək istəməssiniz? Əgər belədirsə, xəyallar gerçəkləşir! 2011-ci ildə Fici adasında, 15 metr dərinlikdə sualtı hotel tikilib. Hoteldə adi nömrələr kimi, kral nömrələri də var.
Milyonlar qazanan Tarkandan xanımına bahalı hədiyyələr
Müğənni Tarkan həyat yoldaşı Pınar Dilekə gözlənilməz jest edib. Bu yay verdiyi konsertlər, yeni albomu "10"-nun satışı və "Turkcell"in reklamından 34 milyon lirə (təxminən 17 milyon manat) gəlir əldə edən ifaçı əliaçıqlıq edib. Belə ki, Tarkan Pınara 800 min lirəlik (təxminən 400 min manat) "Range Rover", 200 min lirəlik isə (təxminən 100 min manat) üzük alıb.
Eşq, yoxsa sevgi? - FƏRQLƏR
Azyaşlıya qarşı cinsi zorakılıq edən şəxs həbs edilib
Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib. Baş Prokurorluqdan verilən məlumata görə, Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarşı 1983-cü il təvəllüdlü Abbas Murad tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə avqustun 8-də Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
Xırdalanda 3 otaqlı ev yanıb
Xırdalanda 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 kvadratmetr sahədə yanıb, evin qalan hissəsi mühafizə yanğından olunub.
Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir.
"Qəbələ" ilk oyuna hazırlaşır
"Qəbələ" 2017/18 mövsümünün hazırlığını davam etdirir. "Qırmızı-qaralar" bu həftə start götürəcək Topaz Premyer Liqasına Bakıda hazırlaşır. Roman Qriqorçukun yetirmələri avqustun 7-dən paytaxtdakı Bakı Olimpiya Stadionunda hazırlıq keçir. Məşqlərini ölkənin ən böyük arenasında gerçəkləşdirən "Qəbələ" "İnter"lə ilk turun səfər matçını avqustun 12-də keçirəcək.
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı şəhərində mənzildən qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Tikinti sektorunda çalışanların orta aylıq məvacibi 808 manata çatıb
2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər təşkil edib, onların 48,6 min nəfəri binaların tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
"Zamanla düzgün insanı taparam" -müğənninin xəyanət etdiyi sevgilisi
Model Cansu Taşkınla sevgilisinə xəyanət edən Sinan Akçılın münasibətdə olduğu Otilia açıqlama verib. Müğənni əvvəlcə bununla bağlı danışmaq istəməyib və “Sinanın yanına gedirəm” deyib.
Ən xəyanətkar cütlüklər bu ölkələrdə yaşayır - SİYAHI
Cütlüklərin bir-birini ən çox aldatdığı ölkələrin siyahısı açıqlanıb. Dr. Felix adlı saytda aparılan araşdırmaya əsasən, bir-birini ən çox aldadan cütlüklərin Skandinaviya ölkələrində olduğu ortaya çıxıb. Skandinaviya ölkələri arasında birinci olan ölkə isə Danimarka olub. Danimarkadakı cütlüklərin 46 faizinin evli ikən başqa bir adamla birlikdə yaşadığı müəyyənləşib. Sadəcə 5 milyon əhalisi olan Danimarka üçün bu nəticə oldiqca heyrətamizdir.
Ağcaqanad dişlədi - əli və ayağı amputasiya olundu
Almaniyanın Köln şəhərində ağcaqanad dişləyən bir qadının vəziyyəti ağırlaşıb. Xəstəxanada ilkin tibbi müdaxilədən sonra qadın evinə göndərilib.
ENOC İrana növbəti partiya neft göndərib
“Dragon Oil” şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkəti (ENOC) İrana neftin növbəti partiyasını yola salıb.
Uşağınız səpibsə, bunları edin – HƏKİM MƏSLƏHƏTİ
Bir neçə gündür ki, havanın temperaturu kəskin şəkildə yüksəlib. Dözülməz istilər bütün insanların, həmçinin də azyaşlıların diskomfort yaşamasına səbəb olur. Xüsusilə də kondisionerli məkanlardan birbaşa isti havaya çıxan körpə orqanizmi buna dözmür və müəyyən fəsadlarla üzləşir. Onlarda qızdırma, öskürək, ürəkbulanma kimi hallar yaranır. Hətta müşahidə etdikdə görürük ki, əksər azyaşlı uşaqların alın, üz, sinə nahiyələrində səpgilər var.
Universitet tələbəsi olan meymun 39 yaşında öldü
Amerika Birləşmiş Ştatlarının Tennes əyalətində bir antroploqla 9 il birlikdə yaşayan oranqutan həyata gözlərini yumub. Çantek adlı meymun antroploqun yanında otağını yığışdırmağı, əşyalardan istifadə etməyi və fastfud restoranına getməyi öyrənib. Şimali Amerikanın ən yaşlı meymunlarından olan Çantek insanlarla səmimi münasibət qura bilməsi ilə digər meymunlardan xeyli fərqlənib. Himayəçisi ilə birlikdə Tennes Universitetinə gedib-gələn Çantek haqqında sənədli film də çəkilib.














