Ağcaqanad dişlədi - əli və ayağı amputasiya olundu
Almaniyanın Köln şəhərində ağcaqanad dişləyən bir qadının vəziyyəti ağırlaşıb. Xəstəxanada ilkin tibbi müdaxilədən sonra qadın evinə göndərilib.
9 Avqust 2017 18:27 DünyaAlmaniyanın Köln şəhərində ağcaqanad dişləyən bir qadının vəziyyəti ağırlaşıb. Xəstəxanada ilkin tibbi müdaxilədən sonra qadın evinə göndərilib. Lakin, vəziyyəti yenidən ağırlaşan qadın komaya düşüb. 1 həftə ərzində vəziyyəti düzəlməyən qadının 2 ayağı və əli amputasiya edilib. Həkimlərin dediyinə görə, ağcaqanad qadını dişləyərkən qan zəhərlənməsinə səbəb olan infeksiya ötürüb. Publika.az "Koelner Express"ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31