Gündəm

Bakıda REKORD İSTİ qeydə alındı

10 Avqust 2017 11:16

Bu il rekord istilər qeydə alınıb. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumatda bildirilib ki, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 09-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb. 

Rusiyada metal qəbulu məntəqəsində partlayış: 2 ölü

10 Avqust 2017 11:12

Rusiyanın Çita şəhərində metal qəbulu məntəqəsində naməlum əşyanın partlaması nəticəsində 2 nəfər ölüb və 1 nəfər xəsarət alıb. Bu haqda Zabaykal istintaq idarəsinin rəsmi nümayəndəsinə Yeqor Markov deyib. 

ABŞ-dan Putinin Abxaziyaya səfərinə sərt reaksiya

10 Avqust 2017 11:08

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə münasibət bildirib. Dövlət Departamentinin sözçüsü Hezer Nauert (Heather Nauert) Moskvanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb: "ABŞ Rusiya Federasiyası prezidenti Vladimir Putinin Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazisi Abxaziyaya səfərini qəbuledilməz və Moskvanın iştirakçısı olduğu Cenevrə beynəlxalq müzakirələrinin prinsiplərinə zidd sayır.

Xəzərdə zəlzələ

10 Avqust 2017 09:26

"Olaylar" Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 02:23- də Xəzər dənizində 3.0 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Türkan Şoray sevənlərə şad xəbər

9 Avqust 2017 20:03

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl kuşinq sindromundan (hormonal pozğunluq nəticəsində sürətlə kökəlmə) əziyyət çəkən aktrisa Türkan Şorayın beynindən şiş götürülüb.

Diqqət: Bu meyvə şirəsində antioksidant daha çoxdur

9 Avqust 2017 19:55

Aparılan elmi işlərin nəticələrindən məlum olub ki, albalı meyvəsinin suyunda antioksidant daha çoxdur. Bu meyvə şirəsi tərkibində olan C vitamininin 60%-ni qoruyur. Albalı əsl vitamin deposudur. Tərkibindəki A və B vitamini sodium, potasium, kalsium və fosfor mineralları ilə insanı xəstəliklərdən qoruyur. Damarların sərtləşməsinə mane olur, qan dövranını nizama salıb, iltihablanmanın qarşısını alır.  Albalı suyu xalq arasında zehni açması ilə tanınır, yaddaşı möhkəmləndirmək üçün son dərəcə faydalıdır.

Amerikalı psixoloq: Dedi-qodunun cana xeyri var

9 Avqust 2017 19:50

Bir çoxumuzun xoşlamadığı, amma həyatımızın bir parçasına çevrilmiş dedi-qodular, sən demə, insan orqanizmi üçün faydalı imiş. Amerikalı psixoloq Robb Villerin qənaətinə görə, dedi-qodunun növündən asılı olaraq, bununla məşğul olan insan müsbət emosiya ilə yüklənir.

Körpələri balıq məhsulları ilə bəsləmək faydalıdır

9 Avqust 2017 19:45

Körpələri 7-ci aydan etibarən balıq məhsulları ilə bəsləmək faydalıdır. Beləki, balıqda bədən üçün bol miqdarda zülal, D vitamini, fosfor və kalsium kimi lazımlı maddələr var.  Türkiyəli mütəxəssis Prof. Dr. Arslan balıq məhsullarının bütün yaş qrupları üçün lazım olduğunu ifadə edib.

“Instagram” iki nəfər üçün video yayım funksiyasını sınaqdan keçirir

9 Avqust 2017 19:40

“Facebook” şirkətinə məxsus olan “Instagram” xidməti yeni funksiyanı (birgə canlı yayım) sınaqdan keçirməyə başlayıb. Sözügedən funksiya istifadəçilərə canlı yayımda iki aparıcı görməyə imkan verəcək.

Kağızdan düzəldilmiş akkumulyator insan seliyindən enerji toplayır

9 Avqust 2017 19:36

Bakteriyalar vasitəsilə enerji toplayan akkumulyatorlar olduqca faydalı enerji mənbəyi ola bilər. Binhemton Universitetində kompüter elmləri assistenti Sioken Çoy artıq 5 ildir çirkli sular vasitəsilə enerji toplayan elastik akkumulyatorların yaradılması imkanını nəzərdən keçirir. Onun yeni innovativ batareya konstruksiyası yalnız insan seliyinin bir damcısından istifadə etməklə işıq diodunu işıqlandırmaq qabiliyyətinə malikdir.

“Firefox” brauzerinin “Windows” üçün yeni versiyası artıq virtual reallıq texnologiyasını dəstəkləyir

9 Avqust 2017 19:30

“Firefox” brauzerinin “Windows” üçün 55-ci versiyasında “WebVR” texnologiyası dəstəklənir. Bu texnologiya proqram vasitəsilə virtual reallıq qurğuları üçün müxtəlif layihələrə baxmağa imkan verir.

İnsanlar səhv edən robotlarla ünsiyyət qurmağa üstünlük verirlər

9 Avqust 2017 19:30

2017-ci ilin iyununda Kaliforniya universitetinin alimləri tərəfindən yaradılmış neyron şəbəkəsi robotlara istənilən formalı obyektləri 99% dəqiqliklə saxlamağı öyrətmək qabiliyyətinə malikdir. Bu texnologiya sənaye, hərb, kənd təsərrüfatı təyinatlı robotların işini yaxşılaşdıracaq. Ancaq bir sıra robot kateqoriyasına son dərəcə yüksək dəqiqlik tələb olunmur.

Yeni “iOS 11” əməliyyat sistemi istifadəçilərin fərdi məlumatlarını daha yaxşı mühafizə edəcək

9 Avqust 2017 19:25

“Apple” şirkətinin mühəndisləri “iOS 11” sistemində şəkil saxlancı ilə işləmək üçün yeni mexanizm (“write-only”) hazırlayıblar. Bu mexanizm mobil tətbiqləri tam giriş əvəzinə yalnız informasiyanı yazmaq hüququ ilə təmin etməyə imkan verir. 

Alimlər insanın yuxusunu məsafədən təhlil etməyi öyrəniblər

9 Avqust 2017 19:20

Əksər insanlar yuxu pozğunluğundan əziyyət çəkir. Bu, klinikalarda yuxu zamanı pasiyentin bədəninə qoşulan elektrodların köməyi ilə diaqnostika edilir. Lakin bu metod müəyyən mənada narahatçılıq yaradır. İndi Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən yaradılmış  qurğu radio dalğaların köməyi ilə məsafədən yuxunu təhlil etmək və ona nəzarətə imkan verir.

38 yaşlı qadın iki yeniyetmə oğlana təcavüz etdi

9 Avqust 2017 19:15

İki yeniyetmə oğlanı cinsi əlaqəyə sövq etməkdə və onlara təcavüzdə suçlanan 38 yaşlı Bruk Lecinessin məhkəməsi başlanıb. 16 yaşlı Devid adlı oğlu olan qadını 20 ilədək həbs gözləyir.  Prokuror B.Lecinesin həbs müddətinin ən azı 57 ayının ciddi rejimli həbsxanada keçirməsini tələb edib. İstintaq materiallarına görə, ABŞ-ın Miçiqan ştatındakı Lima Taunşip şəhərində yaşayan, kosmetik salonda çalışan 38 yaşlı Bruk Leciness 14 və 15 yaşlı iki yeniyetmə oğlana təcavüz edib. Oğlu Devidin dostları olan bu yeniyetmələrə çılpaq fotolarını Snapchat vasitəsilə yollayan B.Leciness sonradan onlarla təkbətək görüşüb. Elə həmin görüşlərdə də əxlaqsız qadın yeniyetmə qurbanlarına təcavüz edib.