Amerikalı psixoloq: Dedi-qodunun cana xeyri var

Bir çoxumuzun xoşlamadığı, amma həyatımızın bir parçasına çevrilmiş dedi-qodular, sən demə, insan orqanizmi üçün faydalı imiş. Amerikalı psixoloq Robb Villerin qənaətinə görə, dedi-qodunun növündən asılı olaraq, bununla məşğul olan insan müsbət emosiya ilə yüklənir.

Psixoloq dedi-qodu edən insanın çox fəal olduğunu da təsdiqləyib. Onun sözlərinə görə, əgər insan bu və ya digər hadisə, ya da insanla bağlı dedi-qodu edirsə, o daha çox sosiallaşır, fəallaşır və cəmiyyət arasında məlumatlı insan kimi tanınır. Bundan başqa, dedi-qodu edən insan bununla içindəki neqativ enerjisini də azaldır ki, bu da ürəyə xeyirdir. R.Villerin rəhbərliyi altında aparılan araşdırma onu da sübut etmişdir ki, insanlar həyatlarının 80 faizini başqaları barədə danışmaqla, yəni dedi-qodu ilə keçirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31