Türkan Şoray sevənlərə şad xəbər
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl kuşinq sindromundan (hormonal pozğunluq nəticəsində sürətlə kökəlmə) əziyyət çəkən aktrisa Türkan Şorayın beynindən şiş götürülüb.
9 Avqust 2017 20:03 DünyaXəbər verdiyimiz kimi, bir müddət əvvəl kuşinq sindromundan (hormonal pozğunluq nəticəsində sürətlə kökəlmə) əziyyət çəkən aktrisa Türkan Şorayın beynindən şiş götürülüb. "Yeşilçam" ulduzu əməliyyatdan sonra ilk dəfə evdə çəkilmiş fotosunu İnstaqram hesabında yerləşdirib və yazıb:
"İstirahət ilə keçən günlər. Həkim Nurperi Gazioğlu tərəfindən müvəffəqiyyətli bir əməliyyat keçirdim. Üç həftəlik istirahətdən sonra özümü yaxşı hiss edirəm". Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31