Gündəm

Müayinədən sonra 8 cütlük evlənməkdən İMTİNA ETDİ - SƏBƏB

10 Avqust 2017 11:50

Ötən ay nikahdan əvvəl tibbi müayinə nəticəsində 558 nəfərdə talassemiya, 54 nəfərdə siflis, 16 nəfərdə QİÇS aşkarlanıb. Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Onun sözlərinə görə, bu ay ərzində ümumilikdə 17793 nəfər müayinədən keçib.

Ancelina Bredə ikinci dəfə şans verəcək - boşanmırlar

10 Avqust 2017 11:44

Aktrisa Anceli Coli və aktyor Bred Pitt barışmağa hazırlaşırlar. Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbə bildirib. Onun sözlərinə əsasən, Bredin neçə vaxtdır ailəsini geri qaytarmaq üçün göstərdiyi səylər Colini fikrindən daşınmağa vadar edib. Mənbə onu da qeyd edib ki, Ancelina hələ də Bredi sevir və ona ikinci şans verməyə hazırlaşır.

Teatrı beynəlxalq festivalda

10 Avqust 2017 11:41

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində keçirilən Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edib. “Olaylar” bildirir ki, festivalda rejissor Anar Sadıqovun əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş etdirilib.

Azərbaycanlı əlil rəqqaslar Qitələr Kuboku-2017 turnirində

10 Avqust 2017 11:40

Sentyabrın 9 – 10 – da Azərbaycanlı əlil rəqqaslar Sankt-Peterburqda keçiriləcək əlil arabasında rəqslər üzrə Qitələr Kuboku-2017 turnirində iştirak edəcəklər. “Olaylar” – bildirir ki, turnirdə 14 ölkədən və Rusiyanın 15 regionundan 150-dən çox idmançı iştirak edəcək. Azərbaycandan başqa, yarışa Belarus, Belçika, Finlandiya, Fransa, Hollandiya, Meksika, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Koreya, Polşa və Şri Lankanın əlil arabasındakı rəqqasları qatılacaqlar.

BANM tələbələri Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib

10 Avqust 2017 11:39

Bakı Ali Neft Məktəbinin tələbələri “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib. “Azərsu” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təcrübə kursunda BANM-nin  proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan  3-cü kurs tələbələri iştirak edib.

Sənaye məhsulu istehsalı azalıb

10 Avqust 2017 11:33

2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6 faiz artmış, neft sektorunda isə 7,1 faiz azalmışdır.

Redaktor və jurnalistlər həbs olundu

10 Avqust 2017 11:31

İstanbul Respublika Prokurorluğu FETÖ- cu terror qruplaşmasına qarşə əməliyyat həyata keçirib. “Olaylar” bildirir ki, təhlükəsizlik qüvvələri bu dəfə  mətbuat orqanlarında çalışan  şübhəlilər "ByLock" kriptoqrafik mesajlaşma proqramından istifadə edərək günahkar olduqlarını və silahlı terror təşkilatına üzvü olduqlarını etiraf ediblər. Təhlükəsizlik qüvvələri  35 şübhəli jurnalistin ünvanında əməliyyatları davam etdirir.

Elçin Quliyev Belarusun Sərhəd Komitəsinin sədri ilə görüşüb

10 Avqust 2017 11:32

Belarus Respublikasının Dövlət Sərhəd Komitəsinin sədri general-mayor Anatoliy Lapponun rəhbərliyi altında nümayəndə heyəti cari ilin 08 avqust tarixində Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Dövlət Sərhəd Xidmətindən “Olaylar”a verilən məlumata görə, qurumun Aparatında general-mayor Anatoliy Lapponun təntənəli qarşılanma mərasimi keçirilmişdir. Rəsmi protokola uyğun olaraq Belarusun Dövlət Sərhəd Komitəsinin sədri “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazmışdır.

Şimali Kiprdə Azərbaycan Turizm Günləri keçiriləcək

10 Avqust 2017 11:30

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Şimali Kipr Türk Respublikasının turizm naziri Fikri Ataoğlu ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə nazirə məlumat verən Orxan Həsənoğlu il ərzində cəmiyyətə verdiyi dəstəyə görə Fikri Ataoğluna təşəkkürünü bildirib. Görüşdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin yaxın vaxtlarda Şimali Kiprdə həyata keçirəcəyi Azərbaycan Turizm Günləri layihəsi ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Metronun “Sahil” stansiyası təmirə bağlanır

10 Avqust 2017 11:29

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların yenidən qurulması, əsaslı təmiri və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.

Pentaqon rəhbəri Kim Çen Inın qalmasını istəyir ŞOK

10 Avqust 2017 11:24

Ceyms Mattisdən şok açıqlama: "Şimali Koreya rejimin iflasına aparan hərəkətlərdən çəkinməlidir". Koreya Xalq Demokratik Respublikası (KXDR) rejimin iflası və xalqının məhvinə gətirib çıxaracaq hərəkətləri nəzərdən keçirməkdən çəkinməlidir. Belə bir açıqlama ilə ABŞ-ın müdafiə naziri Ceyms Mattis çıxış edib.

Minik avtomobili yük maşınına çırpılıb

10 Avqust 2017 11:22

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Məlumata görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb. Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.

Mənzildə 51 yaşlı kişi meyiti tapılıb

10 Avqust 2017 11:21

Bakıda mənzildə kişi meyiti aşkarlanıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1966-cı il təvəllüdlü Drojin Aleksandr Nikolayeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

6 ayda Bakı və onun qəsəbələrində 42,6 kilometr yol təmir olunub

10 Avqust 2017 11:20

Cari ilin 6 ayı ərzində “Azəravtoyol” ASC –i tərəfindən Bakı şəhərində və onun qəsəbələrarası avtomobil yollarında ümumi uzunluğu 42,6 kilometr, yol örtüyünün sahəsi  596,7 min m2 olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və  təmir olunub.

Atəşkəs rejimi 115 dəfə pozulub

10 Avqust 2017 11:18

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.