6 ayda Bakı və onun qəsəbələrində 42,6 kilometr yol təmir olunub

Cari ilin 6 ayı ərzində “Azəravtoyol” ASC –i tərəfindən Bakı şəhərində və onun qəsəbələrarası avtomobil yollarında ümumi uzunluğu 42,6 kilometr, yol örtüyünün sahəsi  596,7 min m2 olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və  təmir olunub.

Cari ilin 6 ayı ərzində "Azəravtoyol" ASC -i tərəfindən Bakı şəhərində və onun qəsəbələrarası avtomobil yollarında ümumi uzunluğu 42,6 kilometr, yol örtüyünün sahəsi  596,7 min m2 olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və  təmir olunub. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, bura Novxanı-Pirşağı (13,5 km) və Binəqədi-Novxanı (13.7 km) avtomobil yollarının tikintisini, Yasamal rayonu ərazisində keçmiş "Sovetski" adlanan ərazidə uzunluğu 7,1 km olan yeni avtomobil yollarının tikintisini, Nəsimi rayonu ərazisindəki Yusif Səfərov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsini birləşdirən yeni yolun tikintisini ( 1,1 km), Binəqədi rayonu ərazisindəki Cəfər Xəndan, İbrahimpaşa Dadaşov küçələrinin təmiri aiddir. Həmçinin Xətai rayonunda Yusif Səfərov, Yusif Səfərov küçəsi ilə Fəzail Bayramov küçəsini birləşdirən yeni yolu, Süleyman Vəzirov, Araz İsmayılov, Babək prospektinin bir hissəsi, Sergey Senyuşkin küçəsini, Nərimanov rayonunda Nəcəf Nərimanov və İsmayıl Hidayətzadə, Səbail rayonunda Neftçilər prospektində 2 ədəd dəmir yol xəttinin ləğv edilməsi ilə əlaqədar olaraq bu hissənin təmirini, Pirallahı rayonunda Səməd Vurğun küçəsinin yenidən qurulmasını, yeni tikilmiş Pirallahı körpüsünün giriş və çıxış yollarının tikintisini, Xəzər rayonunun Şüvəlan qəsəbəsində Lev Starçuk  və s. küçələrin təmiri də bu siyahıya daxildir. Görülən işlərə paralel olaraq Bakı şəhərində cari ilin 6 ayı ərzində Pirallahı rayonunda uzunluğu 422 m olan adanı sahillə birləşdirən yeni körpü tikilərək istismara verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31