Gündəm

"Liverpul" "Barsa"nın növbəti təklifini də rədd etdi

10 Avqust 2017 12:20

"Barselona" Neymarın boşluğunu doldurmaq üçün axtarışlarını davam etdirir. Kataloniya təmsilçisi "Liverpul"un braziliyalı futbolçusu Filipe Koutinyonun transferində israrlıdır. "Qırmızılar"ın isə ulduz futbolçunu əldən buraxmaq niyyətləri yoxdur.

Xarici investisiyalar hesabına həyata keçirilən yol layihələri

10 Avqust 2017 12:19

2017-ci ilin I rübü ərzində respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına aşağıda göstərilən layihələrdə də işlər davam etdirilib.

“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

10 Avqust 2017 12:17

“Qərbi Abşeron” yatağında 54 nömrəli stasionar dəniz özülündən 36 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 770 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Tacikistan İranı İTTİHAM ETDİ

10 Avqust 2017 12:15

Tacikistan Mərkəzi Televiziyasında Daxili İşlər Nazirliyinin hazırladığı sənədli film nümayiş olunub. Filmdə İran terroru dəstəkləməkdə, həmçinin 2015- ci ilin sentyabr ayında ölkədə bir qrup hərbiçinin dövlət çevirilişi hazırlanmasında, bir çox siyasi və ictimai xadimlərin sui -qəsd nəticəsində öldürülməsində ittiham edilib.

Avtobus binalara daxil oldu

10 Avqust 2017 12:13

İngiltərənin paytaxtı Londonda iki mərtəbəli  avtobus yaşayış binalarına daxil olub. “Olaylar” bildirir ki,  London rəsmiləri hadisənin terrorla heç bir  əlaqəsi olmadığını deyirlər. Qəzada çoxlu insanın həlak olduğu bildirilir. Avtobus sürücüsü və yaralı sərnişinlər  təcili yardımla xəstəxanalara yerləşdiriliblər.

Muzdlu qatil tutub ərini öldürtdü - Pulunu kreditlə ödədi - VİDEO

10 Avqust 2017 12:13

İstanbulda iki il əvvəl sevgilisi İbrahim Doğantürklə birləşib həyat yoldaşını öldürtdüyü iddia edilən Sevgi Göralın muzdlu qatilin istədiyi 20 min lirəni kreditlə ödəməyə çalışdığı məlum olub.

Ermənistan ordusundakı özbaşınalıqdan bəhs edən ANİMASİYA çəkildi - VİDEO

10 Avqust 2017 12:11

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə “Özgə saatı” adlı animasiya çarxı hazırlanıb. Müəlliflər qeyd edirlər ki, çarxda cəbhənin təmas xəttində Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq yaratdığı təxribatlar, Ermənistan ordusundakı özbaşınalıq və ölüm halları, erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz övladlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının aksiyaları və ermənilərin öz ölkələrini tərk etmələri əks olunub.

Deputat: Ermənistandakı hərbi xunta uşaqlara qarşı qəddarlığı ilə fərqlənir

10 Avqust 2017 12:08

Ermənistandakı hərbi xunta digərlərindən məhz uşaqlara qarşı daha qəddar yanaşması, uşaqları hədəf seçməsi ilə fərqlənir. Bunu Milli Məclisin deputatı Sahib Alıyev avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusifovun yaralanmasına münasibət bildirərkən deyib.

Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

10 Avqust 2017 12:07

Türkiyə Bosfor boğazında gəmilərin hərəkətini dayandırıb. Boğazda hərəkət səhər saatlarından etibarən dayandırılıb. Bu addımın axtarış-xilasetmə işləri ilə əlaqədar atıldığı barədə məlumat verilib. Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib.

Dibala yeni mövsümdən 10 nömrəli forma ilə oynayacaq

10 Avqust 2017 12:05

"Yuventus"da 10 nömrəli formanın yeni sahibi müəyyənləşib. Yeni mövsümdən 10 nömrəli forma ilə komandanın hücumçusu Paulo Dibala çıxış edəcək. O, ötən mövsüm 21 nömrəli forma geyinirdi.

İtaliya Futbol Federasiyası Campyero Ventura ilə yeni müqavilə imzalayacaq

10 Avqust 2017 12:04

İtaliya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Campyero Ventura ilə bağlı qərar verib. Ventura ilə yeni müqavilə imzalanacaq. Ventura 2020-ci ilə kimi "skuadra azzura"nın baş məşqçisi postunda çalışacaq.

Mülkü vətəndaşların hədəfə alınması Ermənistan dövlətinin terrorçu mahiyyətini ortaya qoyur

10 Avqust 2017 11:57

“Ermənistan silahlı qüvvələrinin mülki insanları hədəfə almasının nəticəsi kimi Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifovun xəsarətlər alması bir daha Ermənistan dövlətinin və onun rəhbərlərinin terrorçu mahiyyətini ortaya qoyur”.

Avtomobil yollarının təhkim zolağında 61 922 ədəd  müxtəlif növ ağac və kol bitkisi əkilib

10 Avqust 2017 11:56

Cari ilin 6 ayı ərzində 1600 km magistral, 1824 km respublika, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərib. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 187 241 ədəd, o cümlədən 952 862 ədəd çoxillik ağac mövcuddur.

Prokurorluq Qəbələdəki intiharla bağlı məlumat yaydı

10 Avqust 2017 11:55

Qəbələ rayon prokurorluğu rayon ərazisində baş vermiş intiharla bağlı məlumat yayıb. “Olaylar” xəbər verir ki,  məlumatda bildirilib ki, avqustun 8-də Qəbələ rayonunun Əmirvan kənd sakini 1995-ci il təvəllüdlü Mahmudov Rəvan Mahir oğlunun “Xanlar” istirahət mərkəzinin ərazisində ağacdan özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Müharibə planı HAZIRDIR: Məhv ediləcək obyektlərin SİYAHISI

10 Avqust 2017 11:52

Amerika hərbçiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi obyektlərinə önləyici zərbə planını hazırlayıblar. Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) planın həyata keçirilməsi üçün prezident Donald Trampın əmrini gözləyir. Telekanalın ABŞ Silahlı Qüvvələrindəki mənbələri izah ediblər ki, Quam adasında yerləşən “Andersen” bazasından B-1B Lancer strateji bombardmançıların hücumu Pentaqonun planında əsas yer tutur. B-1B Lancer səsdən surətli strateji bombardmançıdır. O göyərtəsində 56 ton raket və bomba daşıya bilər. Hədəflər kimi raket sınaqları və onların işə salınması üçün istifadə olunan təxminən 20 meydança, həmçinin texniki təminat obyektləri nəzərdə tutulub.