Gündəm
Şimali Koreya bu tarixdə ABŞ-a ballistik raket ATACAQ
Şimali Koreyanın rəsmi xəbər agentliklərindən yayımlanan məlumata görə, ABŞ-a bağlı olan Quam adasını hədəfləyən plan avqust ayının ortalarında sona çatacaq. Şimali Koreya ABŞ-ın adadakı hərbi bazalarına 4 ədəd ballistik raket atmaq niyyətindədir. Açıqlamada planın detallarına da yer verilib. Belə ki, Koreya Xalq Ordusu tərəfindən atılacaq "Hvasonq-12" raketləri 3.357 km məsafə qət edəcək və Quam adasının 30-40 km yaxınlığında suya düşəcək. Raketlər Yaponiyanın Şiman, Xirosima və Koçi bölgələrinin üzərindən keçəcək.
Avrasiya İttifaqından çıxmaq Ermənistana baha başa gələcək - ANALİTİK
“Ermənistan Avrasiya İttifaqından çıxa bilməyəcək o səbəbə görə ki, məhz həmin səbəbə görə ora daxil olmuşdu. Bu baş verərsə, Rusiya ilə ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Avrasiya İttifaqına daxil olmaq siyasi qərar idi və Ermənistanın siyasi elitasının maraqlarını və Ermənistanın təhlükəsizliyini təmin edirdi”. Bu barədə erməni mətbuatına (1in.am saytına) politoloq Mikael Zolyan danışıb. Politoloqa görə, Ermənistanın siyasi elitasının davranışlarının təməlində həqiqətən də Moskvadan qaynaqlanan risk faktorları mövcuddur, baxmayaraq ki, bu risklər realdır, yaxud əksinə.
Mahir Abbaszadə: “Kənd təsərrüfatının çox sürətlə inkişafına gətirib çıxaracaq”
“Son vaxtlar Azərbaycan iqtisadiyyatın inkişafında post-neft mərhələsi deyilən bir mərhələyə qədəm qoyub. Post-neft mərhələsi özündə neftdən asılı olmayan iqtisadiyyatı cənab Prezidentin həmişə qeyd etdiyi kimi şaxələndirilmiş iqtisadiyyatı özündə nəzərdə tutur. Şaxələndirilmiş iqtisadiyyatın da növlərindən biri kənd təsərrüfatının inkişafıdır”. Bunu millət vəkili Mahir Abbaszadə deyib.
Fransada 400 nəfər təxliyə edildi - Yanğına görə
Fransanın cənubunda davam edən yanğınlarla əlaqədar 400 nəfər təxliyə edilib. Yanğın 500 hektara yaxın ərazini əhatə edir. Yanğın Monpelye şəhərinin 40 kilometr qərbində başlayıb. Yanğının qarşısının alınması üçün 300 yanğınsöndürən, eləcə də 6 helikopter və bir neçə təyyarə cəlb edilib.
"Ermənistanda formalaşmış arxayınçılıq və cəzasızlıq sindromu daha da möhkəmlənir"
Avqustun 7-də Ermənistan silahlı qüvvələri ölkədəki xunta rejiminin diktəsi ilə növbəti hərbi təxribata əl atmışlar. Azərbaycanın mülki əhalisini və obyektlərini intensiv atəş altında saxlayan erməni hərbi birləşmələri bu dəfə Tovuz rayonunun Qaralar kəndinin 13 yaşlı sakini Ramin Yusifovun yaralanmasına səbəb olan hərbi cinayət törətmişlər.
Məşhur müğənninin bacısı HƏBS OLUNDU
Türkiyəli məşhur müğənni Hülya Avşarın bacısı Helin Avşar məhkəmə prosesinə cəlb olunub. Avşar qızı keçən il spirtli içki qəbul edərək avtomobil idarə etmişdi. Yolda polislərin reyd keçirdiyini gördükdən sonra isə yanında olan Sercan Yaşar ilə yerini dəyişdirmişdi. Polisin diqqətindən qaçmayan bu detalla Helin Avşara məhkəmə işi açılıb.
"Qarabağ" "Palermo"nun futbolçusu ilə maraqlanır
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirə bilər. Ağdam klubu İtaliyanın "Palermo" klubunda çıxış edən Karluş Embalu ilə maraqlanır. Bu barədə məlumatı "mediagol"a açıqlamasında futbolçunun agenti Cüzeppe Akkardi verib. Agentin sözlərinə görə, 22 yaşlı futbolçunun xidmətində "Peskara" və "Qarabağ" maraqlıdır: "Embalunun xidmətində bir neçə klub maraqlıdır. Eləcə də "Qarabağ"la "Luqano" da. Amma biz yekun qərarımızı açıqlamamışıq. Yəqin ki, məsələ yaxın günlərdə qapanacaq".
Millət vəkili: “Sanksiyalar olmadıqca Ermənistan öz əməlindən əl çəkməyəcək"
"Ermənistan artıq 30 ilə yaxındır ki, cinayət əməlləri törətməklə məşğuldur. 1988-ci ildən başlayaraq Ermənistan ərazisində Azərbaycan əhalisinə qarşı divan tutulması, 1992-ci ildə Xocalıda azərbaycanlı uşaqlarına qarşı divan tutulması, daha sonra bu il Füzulidə azyaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin birbaşa məsuliyyət və cinayət daşımasını bütün dünyada hər kəs görür. Məsələn, biz ATƏT Parlament Assambleyasının üzvü kimi orada da bu məsələni qabartdıq. Təbii ki, bu dünyada insanlığa qarşı törədilmiş bir cinayətdir". Bunu millət vəkili Tahir Mirkişili deyib.
"Belə uşaqlar gələcəkdə cani olur..." - Valideynlər mütləq oxusunlar
Kompüter oyunları bütün dünyada hər yaş qrupundan olan insanlar arasında geniş yayılıb. Onlar internet vasitəsilə dünyanın hər bir yerindən olan şəxslərlə canlı video oyunları oynayırlar. Hətta bu hal azyaşlı uşaqlar arasında da geniş vüsət alıb. Oynanan oyunların əksəriyyəti isə şiddət tərkiblidir. Bəs görəsən bu cür şiddət məzmunlu oyunlar oynamaq uşaqlar üçün zərərlidirmi və ümumiyyətlə, uşaqların psixologiyasında hansısa mənfi təzahürləri ola bilərmi? Psixoloqla hər bir valideyni narahat edən bu suallara aydınlıq gətirməyə çalışıb.
Rus əsilli İŞİD üzvü həbs olundu
Türkiyənin Adana şəhərində İncirlik hava bazasında ABŞ- a aid bir təyyarəni dron (pilotsuz təyyarə) ilə vurmaq istəyən Rus əsilli İŞİD terror təşkilatının üzvü olan Renad Bakıyev həbs olundu. “Olaylar” bildirir ki, terrorçu polisin həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Rusiya vətəndaşı olan Renat Bakıyevin bir müddət əvvəl Kilis üzərindən Suriyadan Türkiyəyə daxil olduğu məlum olub.
Cənubi Koreyada təhlükəsizlik şurası çağırılır
Cənubi Koreyanın pezident Mun Çje İnin V barədə ölkənin təhlükəsizlik şurasını çağırıb. Bu haqda Renxap agentliyinin verdiyi xəbərdə deyilir.
Sabah Bakıda 34, bölgələrdə 37 dərəcə isti olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
7 yığma oyunçusu rəsmən “Neftçi”də!
Kişi voleybolçulardan ibarət "Neftçi" klubu yeni mövsüm üçün heyətini gücləndirməyi davam etdirir. Ziya Rəcəbovu baş məşqçi gətirən komanda rəhbərliyi bir neçə voleybolçu ilə də güclənib. Belə ki, yeni mövsümdə çempionluğu hədəfləyən Bakı təmsilçisi yığma üzvləri Elmin Alışanov, Vadim Kutukov və Emil Abdullayevlə müqaviləni yeniləyib. Bu voleybolçular ən azı 2017/2018 mövsümünü "ağ-qaralar"ın heyətində keçirəcək.
Rusiyaya işləməyə gedən azərbaycanlının meyiti tapıldı
Rusiyanın Lipetsk şəhəri yaxınlığındakı meşədə Azərbaycan vətəndaşının ağacdan asılmış meyiti tapılıb. Meyiti səhər tezdən meşədə itiylə gəzən yaşlı qadın aşkar edib.
"Cənnət" adasında savaş təyyarəsi tapıldı
Sakit Okeandakı Mikroneziyada yerləşən Palaudakı adalardan birində İkinci Dünya Müharibəsində vurularaq yerə düşmüş yapon savaş təyyarəsi aşkarlanıb. Palau arxipelaqında olan və "Cənnət adası" kimi tanınan kiçik adadakı çaylardan birində Yaponiya istehsalı olan "Aichi E13A"dəniz-kəşfiyyat təyyarəsinin qalıqları var.














