Gündəm
Azərbaycanda susuzluq təhlükəsi yaranıb? - "Azərsu"dan açıqlama
Sosial şəbəkələrdə son günlər davam edən və 40 dərəcəlik temperatur həddini aşan isti günlərdən sonra çaylarda və su anbarlarında sululuğun azaldığına dair məlumatlar yer alır. Bəziləri həmin su mənbələrində suyun həcminin hətta 75 faizədək azaldığını qeyd edir, bəziləri isə bunu əsas götürərək Azərbaycanda, xüsusən də Bakı və Abşeron yarımadasında su qıtlığının və əhaliyə verilən suyun tamamilə kəsilməsi təhlükəsinin yarandığını bildirirlər.
Koalisiya qüvvələri Suriyaya zərbə endirdi - 20-yə yaxın ölü
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin təyyarələrinin Suriyada endirdiyi aviazərbələr nəticəsində 19 dinc sakin həlak olub. Zərbələr Deyr-əz-Zor şəhərinin müxtəlif bölgələrinə və Ət-Təbənni qəsəbəsinə endirilib. Avaizərbələrin hədəfləri və digər təfərrüatlar açıqlanmır.
Baş redaktor: “Ermənistan hakimiyyətinin mahiyyətində faşizm elementləri var”
“Ermənistan tərəfindən atılan son məlum təxribatlarda göstərdi ki, Ermənistan hakimiyyətinin mahiyyətində faşizm elementləri var”. Bunu “Kaspi” qəzetinin baş redaktoru İlham Məmmədov deyib.
30 dil bilən insanlar dil öyrənməyin sirlərini açıqladılar
Bəzi insanlar üçün bir xarici dil öyrənmək işgəncə olarkən, bəziləri 30 müxtəlif dil öyrənə bilir.
Faytonçu Nazim xəstəlikdən sonra bu hala düşdü
“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. İfaçının çox arıqladığı diqqətdən qaçmayıb. Məsələ ilə bağlı müğənni ilə əlaqə saxlanılıb. Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.
Neymar həmyerlisinə Rusiyaya getməməyi məsləhət görüb
"Gremio"nun hücumçusu Luan Viera "Spartak"a gəlməyə bilər. Braziliyalı futbolçu həmyerlisi Neymar və agenti İsa Gabriel ilə məsləhətləşib. PSJ-nin yeni transferi ona Rusiyaya getməməyi və özünə daha ciddi klub seçməyi tövsiyə edib. Neymar ciddi klub deyərkən, "Mançester Siti"ni nəzərdə tutub.
Həcc ziyarətinə gedən zəvvarlar üçün kurs açılıb
Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün hər həftənin şənbə və bazar günləri "Təzə Pir" məscidində kurslar təşkil edib. QMİ-dən verilən məlumata görə, qruplar üçün ayrıca təhkim olunmuş qrup rəhbərləri sərəncamında olan zəvvarlara iclaslar keçirir və hacı namizədlərini ziyarətlə bağlı lazım olan məlumatlarla təmin edir. Bildirilib ki, bu il Həccə gedəcək zəvvarlardan təxminən 24 qrup təşkil olunub. Zəvvarlarla birlikdə aralarında qadın da olan 5 nəfərdən ibarət həkim briqadası gedəcək.
Gürcüstanla müharibədən əvvəl... - 9 il əvvəlki SSENARİ TƏKRARLANIR
“Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerdəyişmələr və konsentrasiya ilə Ukraynaya müdaxilə ssenarisini yerinə yetirirlər”. Bunu “Obozrevatel” nəşrinə hərbi ekspert, jurnalist Yuri Butusov deyib. Hərbi ekspert hesab edir ki, Rusiyada yalnız Donbas deyil, həm də Xarkov vilayətinə müdaxilə ssenariləri var.
Piyada ölümlərinin sayı artır
Ölkədə yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, ölüm hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsilə yanaşı, əməli praktiki işlər də reallaşdırılıb. Paytaxt Bakının küçələrində xeyli sayda yeraltı və yerüstü keçidlər inşaa edilib, insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə işıqforlar quraşdırılıb, piyada zolaqları çəkilib.
Cəzasızlıq mühiti fonunda davam edən erməni vandalizmi
Erməni vandalizmi özünün ən çirkin eybəcərlikləri ilə davam edir. Keçən ay Füzuli rayonun Alxanlı kəndində mülkü vətəndaşları hədəf seçməklə 2 yaşlı Zəhra və onun nənəsinə qəsd edən terrorçu ölkə Ermənistan bu dəfə də Tovuz rayonu istiqamətində öz çirkin əməllərini davam etdirib.
İsrail əsgərləri fələstinlilərin evlərini bombaladı
Ramallahın qərb hissəsində Deyr Ebu Meşal qəsəbəsinə basqın edən İsrail əsgərləri fələstinlilərə aid ailələrinin evlərinə partlayıcı qurğularla hücum ediblər. “Olaylar” bildirir ki, İsrail əsgərləri evlərinin dağıdılmasına etiraz edən şəhər sakinlərinə qarşı silah və gözyaşardıcı qazdan istifadə ediblər.
Nazirlik araşdırır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. “Olaylar” bildirir ki, şikyət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı adıçəkilən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.
Ermənistan boşalır: ermənilərə "doğun, törəyin" desələr də, onlar qaçırlar
Rəsmi sənədlərə görə, hazırda 3,018 milyon nəfərin yaşadığı Ermənistanın əhalisi 2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 milyon təşkil edəcək. Yəni qonşu və düşmən dövlətin əhali sayında 9,6 faizlik azalma yaşanacaq. 2100-cü ildə isə Ermənistan əhalisi vur-tut 1,793 milyon təşkil edəcək. Bu rəqəmdər BMT-nin dünya ölkələrində demoqrafik vəziyyət və əhali artımının dinamikası ilə bağlı hesabatında əks olunub. Sənəddə 2100-cü ilədək təxminlənən demoqrafik proseslər də əks olunub.
"Fənərbağça" müdafiəsini gücləndirmək istəyir - Yeni namizədlər kimlərdir?
"Fənərbağça" sol cinah müdafiəçisi transferi üçün üzünü İngiltərəyə tutub. İstanbul klubu "Çelsi"nin başqa komandalara kirayəyə göndərdiyi iki oyunçuyla maraqlanır. Son olaraq Roberto Soldadonu rəsmiləşdirmək üçün İstanbula gətirən "Fənərbağça" bir transferə daha hazırlaşır. Fanatik-in xəbərinə görə, rəhbərlik iqtisadi şərtlər uyğun olarsa, müdafiəsini möhkəmlətmək istəyir.
"Yol canavarları" heyvanlara qənim kəsilib - Qubada dəhşətli mənzərə
Vəfa Hacıbalayeva adlı xanım müraciət edərək Qubada avtomobillərin yüksək sürət həddi nəticəsində yollarda çoxlu sayda heyvanın, xüsusən it və pişiklərin öldürülməsindən şikayət edib. Onun sözlərinə görə, demək olar ki, hər gün Quba rayonunun Amsar-Nügədi və Quba-Qəçrəş yolunda bu cür dəhşətli hallara rast gəlmək mümkündür:














