Cəzasızlıq mühiti fonunda davam edən erməni vandalizmi
Erməni vandalizmi özünün ən çirkin eybəcərlikləri ilə davam edir. Keçən ay Füzuli rayonun Alxanlı kəndində mülkü vətəndaşları hədəf seçməklə 2 yaşlı Zəhra və onun nənəsinə qəsd edən terrorçu ölkə Ermənistan bu dəfə də Tovuz rayonu istiqamətində öz çirkin əməllərini davam etdirib.
10 Avqust 2017 13:25 SiyasətErməni vandalizmi özünün ən çirkin eybəcərlikləri ilə davam edir. Keçən ay Füzuli rayonun Alxanlı kəndində mülkü vətəndaşları hədəf seçməklə 2 yaşlı Zəhra və onun nənəsinə qəsd edən terrorçu ölkə Ermənistan bu dəfə də Tovuz rayonu istiqamətində öz çirkin əməllərini davam etdirib. Nəticədə 13 yaşlı Ramil Yusufov erməni gülləsinə tuş gəlib. Həm Alxanlıda 2 yaşlı Zəhranın qətlə yetirilməsi, həm də Tovuzda 13 yaşlı Ramilin erməni gülləsinə tuş gəlməsi bir daha erməni vandalimzinin iç üzünü açıb ortaya qoyur. Bununla müharibə qanunlarını kobud şəkildə pozan Ermənistana qarşı təəssüflər olsun ki, beynəlxalq səviyyədə heç bir tədbir də görülmür. Elə bu cəzasızlıq sindromudur ki, getdikcə Yerevan daha da aqressivləşir. Əgər Ermənistanın hələ yaxın tariximizdə, Xocalı, Malibəylidə həyata keçirdikləri soyqırımlara zamanında dünya birliyi tərəfindən hüquqi qiymət verilsə, bu ölkə layiqli cəzasını alsaydı, bu gün nə Alxanlı, nə də Tovuzda mülki insanlar hədəf seçilməzdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də Ermənistana qarşı hər hansı bir cəza mexanizminin tətbiq edilməməsi onu daha da azğınlaşdırır, vəhşiləşdirir.
Elə tanınmış ictimai xadim, "Türk dünyası ağsaqqalları" qəzetinin baş redaktoru Ramin Əhmədov da bu qənaətdədir. O, bildirib ki, bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırım və etnik təmizləmə cinayətlərinin şahidi olsa da, lakin heç də onların hamısı öz hüquqi qiymətini almayıb. O, bildirib ki, həmin cinayətlərin içərisində isə ən dəhşətlisi Xocalı soyqırımıdır: "Bu soyqırımın təşkilatçıları və icraçıları bəşəriyyətə qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunmalıdırlar. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər bütün dünyaya məlumdur. Erməni terrorizmi bu gün bütünlükdə Qafqazda sülh və əmin - amanlığın bərqərarı üçün çox təhlükəlidir. Bu gün Cavaxetiyada erməni separatçı hərəkatı Gürcüstanın ərazi bütövlüyünə təhlükədir. Bu bir daha sübut edir ki, Ermənistan Respublikasının dövlət terrorizmi siyasəti çox genişdir. Bir fakta diqqət yetirin. Ermənistan dövlətinin konstitusiyasının gerbində Ararat dağı həkk olunub. Əslində isə bu Türkiyə ərazisində yerləşən Ağrıdağdır. Bundan başqa Ermənistanın dövlət müstəqilliyi haqda deklorasiyasına görə Türkiyə ərazisinin bir hissəsi olan Cənubi Anadolu Ermənistan ərazisi kimi göstərilir. Bu gün Türkiyəyə, Azərbaycana qarşı yönələn erməni terror siyasəti sabah da təbiidir ki, onu dəstəkləyən dövlətlərə qarşı da yönələcək. "Böyük Ermənistan" ideyası ilə yaşayan erməni siyasətçiləri öz məqsədlərini həyata keçirməkdən ötrü hər cür zorakılığa, vəhşiliyə, çoxsaylı insan qırğınına, oğurluğa, bir sözlə insanlığa yaraşmayan və sığışmayan hər bir şeyə əl atırlar. BMT - nin üzvü olan Ermənistanın dünyanın "etnik" ermənilərinə çağırış şüarı bütün dünyada səslənir. Şüar belədir: "Əgər sən ermənisənsə, Ermənistana kömək et!". Təbii ki, onlar da biganə qalmırlar. Əllərindən gələn maddi və mənəvi dəstəyi göstərirlər. Hələ ötən əsrin 70 -ci ilindən Qarabağ məsələsinə qədər olan vaxta nəzər salaq. 1990 - cı ilə qədər 300 - dən çox terror aktı törədilib". Natiq qeyd edib ki, erməni qruplaşmalarının plan-layihəsi ancaq türk diplomatlarına, siyasətçilərinə və biznesmenlərə yönəldilmişdi: "ASALA adıyla yaradılan bu təşkilatın əsas meyarı Türkiyənin cənubunu, İranın şimal hissəsini, Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvanı, bir də indiki Ermənistan ərazisini birləşdirərək "Böyük Ermənistan" yaratmaqdır. Çox maraqlıdır ki, bu işləri həyata keçirmək üçün lazım olan külli miqdarda vəsait haradan əldə olunur?! Təbii ki, beynəlxalq terrorizmin iqtisadi - maliyyə bazasını təşkil edən mənbələrdən erməni təşkilatları da qidalanır. Bundan başqa konkret faktlara əsaslanaraq onu da isbat etmək olur ki, erməni terrorizmin maliyyə bazasının möhkəmlənməsində narkobiznes öz töhfəsini verir. Dünya ölkələrinin rəsmi orqanlar tərəfindən himayə edilən qeyri -leqal narkobiznesin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Ən iyrənc hallardan biri də bizim işğal olunan ərazilərimizdə narkotik tərkibli bitkilər plantasiyalarının salınması və buna xüsusi diqqətin ayrılmasıdır. Bu gün bütün dünyanın əhalisi bəşəri ağrıları törədən mikroblara qarşı səfərbər olmalıdırlar. Təkcə Azərbaycanda son yüz ildə 86 dəfə soyqırım törədilib. Onu da nəzərə almaq lazımdır ki, 1954 - cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına görə xalqlara və millətlərə məxsus mədəni irsin toxunulmazlığı olduğu kimi insan haqları və hüquqlarının müddəaları da qorunmalıdır. Təəssüf ki, ermənilər buna məhəl belə qoymurlar. Amma mənfur düşmən bu gün Azərbaycan dövlətinin nə qədər qüdrətli, Milli Ordunun nə qədər güclü olduğunu aprel hadisələrində bir daha anladı. Arxalarında kim durur dursun, biz haqqımız olanı almağa qabilik! Qarabağ bizim dədə-baba yurdumuzdu! Bütün dünya azərbaycanlıları bu gün Ali Baş Komandanın ətrafında sıx birləşib. Biz Ali Baş Komandana və Milli Ordumuzun gücünə güvənir, torpaqlarımız uğrunda vuruşmağa hər an hazırıq".
Füzuli