Baş redaktor: “Ermənistan hakimiyyətinin mahiyyətində faşizm elementləri var”
“Ermənistan tərəfindən atılan son məlum təxribatlarda göstərdi ki, Ermənistan hakimiyyətinin mahiyyətində faşizm elementləri var”. Bunu “Kaspi” qəzetinin baş redaktoru İlham Məmmədov deyib.
10 Avqust 2017 13:55 Siyasət"Ermənistan tərəfindən atılan son məlum təxribatlarda göstərdi ki, Ermənistan hakimiyyətinin mahiyyətində faşizm elementləri var". Bunu "Kaspi" qəzetinin baş redaktoru İlham Məmmədov deyib.
Onun sözlərinə görə, işğalçı dövlətlərin istəkləri, maraqları bitib tükənmir: "Onlar 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayırlar. İşğalçı ölkə mütəmadi olaraq Azərbaycanın mülki əhalisinə, sosial obyektlərə qarşı hərbi təcavüz həyata keçirirlər. Elə bir müddət əvvəl Füzulinin Alxanlı kəndində yaşanan hadisəni xatırlamaq lazımdır. Orada azyaşlı uşaq Zəhra və onun nənəsini qətlə yetirmişdilər. Azərbaycan bu məsələ ilə bağlı müxtəlif səviyyədə dünya ictimaiyyətindən dəstək tələb etdi. Dünya ictimaiyyətinə çağırış edildi ki, bu faşist rejimə qarşı addımlar atılmalıdır. Amma təəssüflər olsun ki, müəyyən bəyanatlar istisna olmaqla şəxsi səviyyədə bəzi açıqlamaları kənara qoysaq görərik ki, işğalçı dövlətə qarşı heç bir addım atılmadı. Cinayət cəzasız qalanda onun davamının gəlməsi təbii prosesdir. Əslində Azərbaycan özü çox böyük hərbi gücə malikdir və beləcə erməni cinayətkarlarını layiqli şəkildə cəzalandırmağa qadirdir. Amma hazırda sülh danışıqları gedir. Beynəlxalq ictimaiyyətin istəyi var ki, Azərbaycan atəşkəsi pozmasın və danışıqları davam etdirsin. Təbii ki, ölkəmiz də dünya ictimaiyyətinin çağırışlarına reaksiya verərək bunlara getmir". Sia.az