Gündəm
İstirahət edən gənclər həbs olundu
İranın İsfahan şəhərindəki hovuz kənarında istirahət edən 64 gənc saxlanılıb. “Olaylar” bildirir ki, İsfahan təhlükəsizlik qüvvələrinin məlumatına görə, gənclər məhkəmə qərarı ilə həbs olunublar.
“Rusiya son 20 ilin ən böyük...” - ABŞ kəşfiyyatından ŞOK PROQNOZ
Rusiya son 20 ilin ən böyük emiqrasiya dalğası ilə qarşılaşacaq. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir. “Stratfor”un məlumatına görə, rusiyalılar hakimiyyətin vətəndaş fəallığı ilə mübarizəsi, həmçinin gəlirlərin çox sürətlə aşağı düşməsi və artan sosial təbəqələşmə fonunda başqa ölkələrə köçmək haqqında fikirləşirlər.
Bakıda müşahidə edilən toz-dumanlı havanın səhhətimizə təsiri ilə bağlı kardioloqdan XƏBƏRDARLIQ
Ölkə ərazisində hava şəraitinin dəyişməsi, temperaturun aşağı düşməsi və tozla müşahidə olunan küləkli hava şəraitinin başlaması bir çox insanlara mənfi təsir edir.
Rusiyalı politoloq erməniləri söydü
Ermənistanda Kremlin adamı kimi tanınan erməni mənşəli Rusiya politoloqu Andranik Miqranyan Ermənistanın Avrasiya İttifaqından çıxması istiqamətində fikirlər səsləndirənləri, bu təşəbbüsü dəstəkləyən hakimiyyət və müxalifət nümayəndələrini vulqar epitetlərlə “mükafatlandırıb”. Sözügedən ideya ilə çıxış edənləri axmaq, təxribatçı və demaqoq adlandıran Miqranyanın bu addımı erməni mediasında “Rusiyalı politoloqun Ermənistanın daxili işlərinə qarışması” kimi göstərilir. O cümlədən, Miqranyanın çıxışı Moskvanın Ermənistanı Türkiyə və Azərbaycanla qorxutması kimi qiymətləndirilir.
San-Marino yığmasının heyəti açıqlanıb
DÇ-2018-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan San-Marino yığmasının heyəti açıqlanıb. Sentyabrda Şimali İrlandiya və Azərbaycanla qarşılaşmalar üçün milliyə 21 futbolçu dəvət edilib.
Facebook yeni möhtəşəm video xidmət TƏKLİF EDİR
Sosial media nəhəngi Facebook hər istifadəçiyə həsr olunmuş videoya doğru addım atıb. Bu, onun Youtube və televiziya şəbəkələrinə meydan oxuması hesab olunur. İstifadəçilər tezliklə yeni Watch (İzlə) adlı platformada sosial şəbəkə tərəfindən maliyyələşdirilən şoulara baxa biləcək.
Həyat yoldaşına "Haqqını halal et" yazıb özünü asdı - VİDEO
Türkiyənin Adana şəhərində böyük miqdarda borcu olduğu deyilən 29 yaşlı Ferhat Çeliktekin həyat yoldaşına mesaj yazdıqdan sonra özünü təbii qaz borusundan asaraq intihar edib. Ferhat Çeliktekin intihardan öncə həyat yoldaşı H.Ç.-ya mobil telefonundan "Adıma olan mal-mülkümü satıb, borcumu ödəyərsiniz. Haqqınızı halal edin" mesajı yazıb.
Keniyada seçkilərdən sonra başlayan nümayişlər insan ölümünə səbəb oldu
Keniyada prezident seçkilərindən sonra etiraz nümayişləri başlayıb. Artıq bir neçə nəfər həlak olub. Əldə edilən xəbərə əsasən iki insident qeydə alınıb. Birinci hadisədə polis nümayişçilərə atəş açıb. Qeydə alınan ikinci insidentdə isə muzdlu quldurlar baltalarla insanlara hücum ediblər.
Məşhur müğənni arvadı ilə doğuşa girəcək
Əkiz körpələrini qucaqlarına almaq üçün gün sayan musiqiçi cütlük Fettah Can ilə Cansu Kurtçu ötən gün İstanbulun Etiler səmtində görüntüləniblər. Körpələri üçün alver etdiklərini deyən Fettah Can-Cansu Kurdçu cütlüyü baş-başa yemək yeyiblər.
Müğənni tək makiyajına 20 min verdi
Amerikalı müğənni Ledi Qaqa ötən həftə dünya turnesinə start verib. Məşhur müğənni göz və dodaqlarını svarovski qaşlarla bəzətdirib.
Hərbi ekspert: "Ermənistan ordusu cəbhə bölgəsində dinc sakinləri hədəf alır"
Ermənistan silahlı qüvvələri mütəmadi olaraq cəbhə bölgəsində uşaq, qadın, yaşlı demədən dinc sakinləri hədəf alır. Bununla da cəbhə xəttində yaşayan əhali və hərbçilər arasında psixoloji gərginlik yaratmağa çalışır.
Yuyucu vasitələrin içərisində gizlədilən dərman preparatları müsadirə edilib
Gömrükçülər güclü təsir edən maddələrin ölkəyə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, 12 ədəd yuyucu vasitənin içərisində, ümumi sayı 1250 ədəd olan "T-Dol-200 Tramadol Hydrochloride Tablets 200 mq" adlı dərman preparatı aşkar edilib.
Sosial mənzillərdə işlər nə yerdədir?
“Güzəştli mənzillərin tikildiyi Yasamal yaşayış kompleksində işlər davam etdirilir. Ərazidəki ilk yaşayış binası və 3 mərtəbəli ümumtəhsil məktəbində son tamamlama işləri aparılır”.
"Yuventus" "Barselona"dan futbolçu alır
"Yuventus" "Barselona"nın futbolçusu Serxi Robertonu transfer etməyə hazırlaşır. Turin təmsilçisi bu yay yolları ayırdığı Dani Alveşin əvəzinə 25 yaşlı müdafiəçini almağı düşünür. "Yuventus"un bu transfer üçün S.Robertonun təzminat qiyməti olan 40 milyon avronu ödəməyə hazır olduğu iddia edilib.
Din xadimləri dükanlarda reydlərə başladılar - SPİRTLİ İÇKİLƏRƏ QARŞI...
Məscid axundları satış məntəqələrini gəzərək alkoqollu içkilərə qarşı mübarizəyə başladılar. Bu haqda Qırğızıstanın “Turmush” nəşri xəbər yayıb. Bu ölkənin Batken vilayətinin Kadamjay rayonunun Mərkəz və Maydan kənd dairələrində imamlar(axundlar) spirtli içkilər satılan mağazaları gəzərək təbliğat işi aparırlar. Din xadimləri dükan sahiblərinə belə içkilərin satışının haram olduğunu, bunun xalqa, xüsusən gənc nəslə böyük zərbə vurduğunu və s. anlatmağa çalışırlar. Axundlar məhz alkoqollu içkilər səbəbindən bir çox cinayətlərin artdığını və ailələrin dağıldığını vurğulayırlar. Din xadimlərinin maarifləndirici işi öz nəticəsini verməkdədir – artıq bir sıra sahibkarlar dükanlarda spirtli içkilər satmayacaqlarını vəd ediblər.
.jpg)













