Rusiyalı politoloq erməniləri söydü

Ermənistanda Kremlin adamı kimi tanınan erməni mənşəli Rusiya politoloqu Andranik Miqranyan Ermənistanın Avrasiya İttifaqından çıxması istiqamətində fikirlər səsləndirənləri, bu təşəbbüsü dəstəkləyən hakimiyyət və müxalifət nümayəndələrini vulqar epitetlərlə “mükafatlandırıb”. Sözügedən ideya ilə çıxış edənləri axmaq, təxribatçı və demaqoq adlandıran Miqranyanın bu addımı erməni mediasında “Rusiyalı politoloqun Ermənistanın daxili işlərinə qarışması” kimi göstərilir. O cümlədən, Miqranyanın çıxışı Moskvanın Ermənistanı Türkiyə və Azərbaycanla qorxutması kimi qiymətləndirilir.

Andranik Miqranyan: "Ermənistanın Avrasiya İttifaqından çıxması aşkar təhlükədir"

Ermənistanda Kremlin adamı kimi tanınan erməni mənşəli Rusiya politoloqu Andranik Miqranyan Ermənistanın Avrasiya İttifaqından çıxması istiqamətində fikirlər səsləndirənləri, bu təşəbbüsü dəstəkləyən hakimiyyət və müxalifət nümayəndələrini vulqar epitetlərlə "mükafatlandırıb". Sözügedən ideya ilə çıxış edənləri axmaq, təxribatçı və demaqoq adlandıran Miqranyanın bu addımı erməni mediasında "Rusiyalı politoloqun Ermənistanın daxili işlərinə qarışması" kimi göstərilir. O cümlədən, Miqranyanın çıxışı Moskvanın Ermənistanı Türkiyə və Azərbaycanla qorxutması kimi qiymətləndirilir.

"Rusiya ilə Türkiyə arasında heç vaxt olmadığı kimi əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi bir vaxtda..."

"Ermənistan baltikyanı ərazidə yerləşmir, qonşuları ilə dostluq münasibətləri saxlamır. Bu vəziyyət bir çox siyasi xadimlər tərəfindən inkar edilir"-deyə qeyd edən Andranik Miqranyan bunu təhlükə hesab etdiyini bildirir: "Bu, aşkar təhlükədir, özü də Rusiyanın Türkiyə ilə heç vaxt olmadığı kimi əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi bir zamanında yaranan açıq təhlükədir.

Ermənilər hesab edirlər ki, Moskvanın bənzər ekspertləri danışdırması Ermənistanın Avrasiya İttifaqından çıxacağı təqdirdə Ankaranın və Bakının Yerevana qarşı hücumlarını artıracaq. Məhz belə bir vaxtda ermənilərin adıçəkilən qurumdan çıxması onlara baha başa gələcək. Miqranyan buna görə hətta Sarkisyan hakimiyyətində oturan hökumət nümayəndələrini satqın adlandırıb, belələrinin ictimaiyyət qarşısına çıxarılaraq cəzalandırılmalı olduqlarını bildirib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31