Gündəm

Telefon oğrusu saxlanıb

10 Avqust 2017 15:53

Mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 8-də Bakı şəhər sakini Vüsal Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Akif Əliyev Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulub.

Həyətində və evində narkotik aşkar edildi

10 Avqust 2017 15:51

Tovuz rayonunda marixuana yetişdirən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının həyata  keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qovlar şəhər sakini Kərim Kərimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu aşkar edilib. Evinə baxış zamanı isə 22 qram marixuana aşkar edilərək götürülüb.

Türkiyədə partlayış - 4 polis yaralandı

10 Avqust 2017 15:52

Türkiyənin Şırnak vilayətinin Cizre bölgəsində gecə xidmət edən polis postunun yaxınlığındakı partlayıcı qurğu yerləşdirilib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, magistral yola yerləşdirilən partlayıcı qurğu zirehli vaistələrin keçişi zamanı partlayış olub. Partlayış nəticəsində  4 polis yaralanıb, yolda isə dərin çuxur əmələ gəlib. Yaralı polislər dərhal Cizre Dövlət Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan polislərin heç bir həyati təhlükələri olmadığı bildirilir.

Jurnalistlər banklara müraciət etdi: “Ciddi problemlər var”

10 Avqust 2017 15:50

Dünyada baş verən maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Qlobal böhran ölkəmizin iqtisadi qurumlarının işinə, xüsusilə də bank sektoruna ciddi təsir göstərdi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da banklar demək olar, dövlətin əsas maliyyə sütunlarından biridir. Ölkəmizdəki mövcud bank-müştəri təmaslarında yaranmış durumu nəzərə alaraq Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi (PJB) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bank  istehlakçılarının maliyyə savadlılığının artırılmasına dair layihə həyata keçirib.

ABŞ Rusiya və İranı da “şər üçbucağına” daxil etdi

10 Avqust 2017 15:49

ABŞ Konrqesinun qəbul etdiyi qanunda “şər üçbucağına” Rusiya və Şimali Koreya ilə yanaşı İranı da əlavə etməsi gələcəkdə Azərbaycana müəyyən problemlər yaradacaq. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib: “Birincisi, Rusiya-İran ittifaqı heç zaman Azərbaycanın xeyrinə olmayıb.

Güləş Federasiyasında problemlər həll olunub

10 Avqust 2017 15:46

“Artıq problemlər həll olunub. Güləşçilərin və milli komandalarda çalışan digər şəxslərin hamısının maaşları ödənilib”. Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

Dünya birliyi tərəfindən Ermənistanın təcavüzkar siyasətinə qarşı qətiyyətli mübarizə aparılmır

10 Avqust 2017 15:47

“Ermənilərin təxminən bir ay bundan əvvəl törətdikləri vəhşilik nəticəsində  Füzuli rayonunun Alxanlı kənd sakinləri 51 yaşlı Sahibə  Allahverdiyeva və onun 2 yaşlı nəvəsi  Zəhra Quliyeva qətlə yetirilmişdi, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanmışdı. O vaxt mənfur düşmənin balaca Zəhranı və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənildi.

Avropada rüşvət qalmaqalı — Komissiya sədrinə qarşı İTTİHAM

10 Avqust 2017 15:40

Avropa İttifaqının Komissiya sədri Jan Klod Yunkerə qarşı ittiham irəli sürülüb. Yunkerin Aİ büdcəsindən həyata keçirilən 26 min avroluq səyahətlər qalmaqala səbəb olub. İspaniyanın "Access İnfo" insan haqları təşkilatının əldə etdiyi sənədə əsasən Yunker Brüsseldən Romaya bir gecəlik görüş üçün gedib. Bunun üçün isə külli miqdarda pul xərcləyib. Avropa Komissiyasının mətbuat katibi Mina Andreyeva bildirib ki, Yunkerin gündəliyinə uyğun təyyarə reysi olmadığı üçün özəl təyyarə sifariş edilib.

Kürd terrorçu qadınlar: "Rəqs edib döyüşə gedirik"

10 Avqust 2017 15:36

Gələn həftə döyüşə gedirik. Ona görə də döyüşü bayram edirik, çünki murdarları məhv etmək üçün vuruşacağıq.  Suriyanın Rəqqa şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilməsi üçün döyüşlərə hazırlaşan, YPG mənsubu olan kürd qadınlar və qızlar belə deyiblər. Suriyanın şimalında yaşayan kürdlərin "Xalq Özünümüdafiə Dəstələri" (Yekşneyen Parastina Gel, YPG) adlanan bu dəstələri, əslində, kürdlərin PKK terror təşkilatının bölməsidir.

“Gündəliklər ləğv edilsin, elektron xidmətlərə keçilsin!” - Maraqlı TƏKLİF

10 Avqust 2017 15:29

Gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də dərsliklərin və tədris vəsaitlərinin keyfiyyətindən asılıdır. Bu baxımdan məktəbli kitabçalarının da önəmini vurğulamaq lazımdır. Zaman-zaman kitabçalarla bağlı müxtəlif narazılıqların, iradların olduğunu görürük.

Tozun miqdarı arta bilər

10 Avqust 2017 15:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə  səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. “Olaylar” bildirir ki, buna səbəb yer səthindən tozun havaya qalxması olub.

Moskva İKİ SEÇİM QARŞISINDA: ya ordumuz Ermənistanı dağıdacaq, ya da...

10 Avqust 2017 15:19

Rusiyalı ekspert Aleksandr Bordunov Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, o cümlədən, Rusiyanın müttəfiqi olan Ermənistanın NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qatılmasının səbəblərini şərh edib.

65 272  nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları,  peşəyönümü tədbirləri təşkil edib

10 Avqust 2017 15:17

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına,  peşəyönümü tədbirlərinə ümumilikdə  65 272  nəfər cəlb olunub. 

Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?

10 Avqust 2017 15:15

Xəbər verdiyimiz kimi, avqustun 7-də Ermənistan silahlı bölmələri tərəfindən Tovuzun Qaralar kəndi iriçaplı silahlardan atəşə tutulub. Nəticədə kənd sakini 13 yaşlı Yusifov Ramin Sabir oğlu yaralanıb. Raminin atası Sabir Yusifov azərtac-ın müxbiri ilə söhbətində deyib: “Bizim kənd Ermənistanın Berd rayonu ilə sərhəddə yerləşir. Evimiz isə mənfur qonşularımızın döyüş postunun yaxınlığındadır. Kəndimiz, xüsusilə dinc sakinlər tez-tez atəşə məruz qalır. Ermənilərin növbəti təxribatı nəticəsində oğlum Ramil ayağından yaralandı. Sağ olsun həkimlərimiz oğluma lazımi tibbi yardım göstərdilər, ayağındakı qəlpələri təmizlədilər”.

Növbəti FETÖ əməliyyatı

10 Avqust 2017 15:13

Türkiyənin Bitlis və İstanbul çəhərlərində FETÖ terror təşkiltına qarşı əməliyyat həyata keçirilib.  “Olaylar” bildirir ki, əməliyyat zamanı  7 şüpheli şəxs həbs olunub.