Güləş Federasiyasında problemlər həll olunub
“Artıq problemlər həll olunub. Güləşçilərin və milli komandalarda çalışan digər şəxslərin hamısının maaşları ödənilib”. Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.
10 Avqust 2017 15:46 İdman"Artıq problemlər həll olunub. Güləşçilərin və milli komandalarda çalışan digər şəxslərin hamısının maaşları ödənilib". Bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.
O qeyd edib ki, hazırda idmançılar təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqları davam etdirirlər: "Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında hazırlıq keçirlər".
Qeyd edək ki, Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək. Avqustun 7-dən Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcəklər. Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb və 20-dək davam edəcək. Dünya çempionatı 21-26 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində baş tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar. Sia.az