Gündəm
Aptekdən oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılıb
Polis Səbail rayonunda aptekdən oğurluğa cəhd göstərən şəxsi hadisə yerində saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gecə saatlarında Səbail Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Qurban Abbasov küçəsindəki aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Mübariz Əhmədoğlu: “Ermənistan Qərbin köməyi ilə ikinci hərb nazirliyi yaradır”
“Ermənistanın Fövqəladə Hallar Nazirliyi hərbi təyinatlı quruma çevrilir. Ermənistan Müdafiə Nazirliyi daha çox siyasətlə məşğuldur. Ehtimal ki, ona görə bəzi hərbi proseslər Fövqəladə Hallar Nazirliyinə verilir. Fövqəladə hallar naziri David Tonoyan müdafiə nazirinin müavini işləyərkən Qərb dövlətləri və NATO ilə əlaqələri kurasiya edirdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Forpostun üsyanı: erməni siyasəti xəyali dəyişiklik izində
Son günlər Ermənistan mətbuatında ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı olduğu haqqında fikirlər dərc edilir. Bir sıra elm və mədəniyyət xadimləri, siyasi müxalifətin təmsilçiləri Ermənistanın geosiyasi dalana dirəndiyini vurğulayırlar.
10 ayın gəlini ov tüfəngiylə intihar etdi - Əri "Eşitmədim" deyir
Türkiyənin Uşak rayonunda yoldaşıyla mübahisə edən 10 ayın gəlini olan 20 yaşlı Gülümsər Karahan ov tüfəngiylə özünü vurub. Hadisə iki gün əvvəl şəhərin Atatürk məhəlləsi, Erdemir prospektindəki mənzildə baş verib. Yoldaşıyla mübahisə edən Gülümsər Karahan səhər saatlarında yataq otağında çənəsinin altına dayadığı ov tüfəngindən atəş açaraq intihar edib.
Almaniyada PARTLAYIŞ - Xəsarət alanlar var
Almaniyanın Şimali Reyn-Vesfalliya federal torpağında kimya parkında partlayış baş verib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Partlayışdan sonra yanğın başlayıb. Yanğının qarşısını qısa müddətdə almaq mümkün olub. Xəsarət alanların vəziyyəti yüngül olaraq qiymətləndirilir. Partlayışın baş vermə səbəbləri məlum deyil. İnsidentlə əlaqədar araşdırma aparılır.
Danimarkalı siyasətçi: ““Qarabağ”a dəstək üçün stadionda olacağıq”
Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini sərt tənqidi ilə seçilən Hüseyin Arac 23 avqustda baş tutacaq “Kopengahen” və “Qarabağ” oyununda doğma komandamızı dəstəkləyəcəyini bildirib.
Milli Qəhrəmanın ailəsi ziyarət edildi
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği” layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun ailəsini ziyarət edib.
48 milyon insan eyni anda məhv olacaq - QORXUNC SSENARİLƏR
ABŞ-ın və Şimali Koreya arasında mümkün hərbi qarşıdurma ssenariləri hər iki ölkənin bir-birinə qarşı səsləndirdiyi kəskin bəyanatlarından sonra daha çox müzakirə edilir.
Səməd Vurğunun ailəsi "Oba Market"i məhkəməyə verir: "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən"
"Oba" marketlər şəbəkəsinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub. Reklam çarxı Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib. Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb.
Oktyabrda sirli planet Yerə çırpılacaq - ŞOK İDDİA
Ehtimal nəzəriyyəsinə görə, günəş tutulmasının ardından görünən "Nibiru" adlı planet Dünyaya çarpılaraq həyatı sonladıracaq. Dünya ilə bağlı saysız-hesabsız ehtimal nəzəriyyəsi var. Bu nəzəriyyələr arasında bir yenisi (bir az da köhnəsi) gündəmə gəlib. Nəzəriyyəyə görə, günəş tutulmasından dərhal sonra sirli planet "Nibiru" görünməyə başlayacaq və dünyaya çarpılacaq.
Evlərə qənim kəsilən keçmiş məhkum ələ keçib
Şabran RPŞ-nin əməkdaşları tərəfindən avqustun 8-də rayon ərazisindəki evlərdən birindən 200 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Zamin Məlikov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Oğurluğun üstü 4 aydan sonra açıldı
Suraxanı rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 8-də rayon ərazisindəki mağazalardan birindən 1000 manat pul oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ramin Ələkbərov tutulub.
Narkotik becərən keçmiş məhkumlar tutulub
Balakən rayonunda narkotik vasitə yetişdirəm keçmiş məhkumlar saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Katex kəndi ərazisində Mahamalar kənd sakinləri, əvvəllər məhkum olunmuş Firuddin Xəlilov və İslam Xəlilov tərəfindən aqrotexniki qaydada becərilmiş 50 ədəd çətənə kolu və 2 kiloqram 135 qram marixuana aşkar edilərək götürülüb.
35 ədəd rels altlığını oğurlayan saxlanıb
Gəncə dəmir yolunda oğurluq hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da Gəncə dəmiryolu stansiyası ərazisindən 35 ədəd rels altlığını oğurlamaqda şübhəli bilinən şəhər sakini Samir Ələkbərov tutulub.














