Gündəm

"İnter"də növbəti itki

10 Avqust 2017 18:13

"İnter" Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq. Paytaxt klubu matça ciddi itkilərlə çıxacaq. Fuad Bayramovun sıradan çıxmasından sonra kapitan Nizami Hacıyev də zədə üzündən "Qəbələ" ilə matçda komandasına kömək edə bilməyəcək.

Rusiyada tikiş fabrikində YANĞIN - Ölən var

10 Avqust 2017 18:06

Rusiyanın Smolensk şəhərində tikiş fabrikində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində bir nəfər həlak olub. Yanğın ümumilikdə 1000 kvadratmetrədək ərazini əhatə edib. Hadisə ilə əlaqədar fabrikdəki insanlar təxliyə edilib. Yanğın bölgəsinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yanğının baş vermə səbəbləri məlum deyil.

8 min il əvvəl kütləvi qətlləri belə törədirlərmiş - İNANILMAZ FAKTLAR

10 Avqust 2017 18:05

Erkən Neolit dövründə yaşayan qədim avropalılar bir-birilərini ağlasığmaz qəddarlıqla öldürürdülər. Onlar kütləvi qətllər və yırtıcılıq tətbiq etməklə qədim mədəniyyətin məhv olmasına səbəb olublar. Alimlər bu faktı Almaniya ərazisində tapılmış, təxminən 7 min il yaşı olan, ayaqları və kəllə sümükləri sındırılmış skeletlər üzərində aparılan araşdırmalar zamanı aşkar ediblər. 

Suares İtaliyaya köçmək istəmədi

10 Avqust 2017 18:03

"Barselona"nın futbolçusu Denis Suaresi heyətinə qatmaq istəyən "Napoli"nin təklifi qəbul edilməyib. 23 yaşlı yarımmüdafiəçi İtaliyaya köçməyə razılaşmayıb.  Kataloniyalılar Suaresi 14 milyon avro qarşılığında satmağa hazır olduqlarını bildiriblər. Lakin Denis "Barsa"da qalmağı üstün tutub. O, yeni baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında əsas heyətə düşmək uğrunda mübarizə aparacağını bildirib.

Aeroportda nazirin arvadının qızıllarını oğurladılar

10 Avqust 2017 17:53

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun xanımı soyulub. Çavuşoğlu ilə birlikdə Filippində Asiya ölkələri xarici işlər nazirlərinin görüşünə qatılan Hülya Çavuşoğlunun qızılları hava limanında oğurlanıb. Olay Ninoy Aquino Beynəlxalq hava limanında baş verib. Baş verən faktla bağlı 4 nəfər tutulub. Araşdırmalar nəticəsində qızıl-gümüş qutusunun baqaj yükləyənlərdən birinin şkafında olduğu aşkarlanıb. 

Ruhi xəstə dispanserdən qaçdı

10 Avqust 2017 17:51

Sumqayıt sakini, 33 yaşlı Nəsirov Nicat Ağahüseyn oğlu müalicə aldığı Sumqayıt Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispnserindən qaçıb. Baş həkimi Mayıl Tağıyev ilə əlaqə saxlamağa çalışdı. Lakin baş həkim məzuniyyətdə olduğu üçün məsələ ilə bağlı onu əvəz edən Elizbar Bəbirova müraciət etdik. Onun sözlərinə görə, Nicat avqust ayının 2-si, saat 18:30 radələrində xəstəxanadan qaçıb: "Nəsirov Nicat Hüseynağa oğlu mütəmadi olaraq bizim xəstəxanada yatır. Bizim yeməkxana xəstəxanadan bir az aralı məsafədə yerləşir. Hər gün üç dəfə olmaqla xəstələri oraya yemək üçün aparırıq. Həmin gün də axşam saat 18 radələrində xəstələri yeməkxanaya aparmışdıq.

Yəmən sahillərində 120 miqrantın faciəsi

10 Avqust 2017 17:49

Yəmən sahillərində faciə baş verib. Qayıqla 120 miqrantı qarşı sahilə keçirmək istəyən qaçaqçılar polisi görən kimi qayıqdakıları dənizdə tərk edib qaçdılar. Dənizə atıan qaçqınlardan 50 nəfəri suda boğularaq ölüb. Beynəlxalq Miqrasiya Təşkilatının xəbərinə əsasən insan qaçaqçıları Yəmən sahilində gördükləri şəxsləri polis zənn edərək qayıqdakı 120 nəfəri dənizə atıblar. Boğularaq ölənlərin çoxu gənclərdir.

Kamikadzelərin əksəriyyəti qadınlar və uşaqlardır - ŞOK HESABAT

10 Avqust 2017 17:47

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” radikal qruplaşmasının kamikadzelərinin əksəriyyəti qadınlar və uşaqlardır. Bu haqda ABŞ Hərbi Akademiyası yanında terrorizmlə mübarizə üzrə Mərkəzin tədqiqatının nəticələrində deyilir. Məlumata görə, terror qruplaşması 2011-ci ilin 11 aprelindən 30 iyun 2017 il tarixinə kimi 238 hücumun həyata keçirilməsi üçün 434 kamikadze göndərib.

Gədəbəydə qətl hadisəsinin üstü açılıb

10 Avqust 2017 17:45

Gədəbəy rayonunda 2 quldurluq, həmçinin keçmiş illərdən bağlı qalmış 1 qətl hadisəsinin üstü açılıb. DİN və Baş Prokurorluqdan verilən birgə məlumata görə, bu il avqust ayının 5-də naməlum şəxs Gədəbəy rayonun İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər yetirərək pul tələb edib. Məqsədinə nail olmadıqda isə ev sahibinə məxsus 1 ədəd “NOKİA” markalı telefonu götürərək hadisə yerini tərk edib.

Qaradağda açıq ərazi yanır

10 Avqust 2017 17:36

Qaradağda açıq ərazi yanır. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində açıq ərazidə quru ot yanır.

Türk polisinə inanılmaz QADAĞA

10 Avqust 2017 17:33

Türkiyə polisinə gündəlik işlədilən bəzi ifadələrin istifadəsi qadağan olunub. Bu gündən etibarən polis işçilərinə müraciət edilərkən "patron", "başkan", "abi", "kanki", "kral", "abla", "hacı" kimi ifadələrin istifadəsi qadağan ediləcək. Məlumatda o da qeyd edilir ki, bu ifadələrin polislərin öz aralarında da istifadəsi rəsmən qadağan olunub.

Masallı dağlarında yanğın - YENİLƏNİB

10 Avqust 2017 17:21

Fövqəladə Hallar Nazirliyi Masallı dağlarında baş verən yanğınla bağlı məlumat açıqlayıb. FHN-in saytının verdiyi məlumata görə, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə müşahidə olunan yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 16:11-də söndürülüb.

Bu şəxslər qəbul imtahanı vermədən UNİVERSİTETƏ DAXİL OLACAQLAR

10 Avqust 2017 17:19

Hazırda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin təşkililə bağlı normativ sənədlər təsdiq üçün hazırlanıb. Sənədlər təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib.

Ata iki oğlunu yatdığı yerdə öldürdü - "Böyük qardaşım dəlik-deşik olmuşdu" - VİDEO

10 Avqust 2017 17:18

Böyük qardaşım dəlik-deşik olmuşdu. Bunu İstanbulun Üsküdarda qəsəbəsində dünən atalarıAslan Güleryüz tərəfindən öldürülən Əhməd (24) və Onur Güleryüzün (20) 22 yaşlı qardaşı Orçun Güleryüz deyib. Orçun Güleryüz qardaşlarının dəfn mərasimi əvvəli yaşadıqlarını danışıb. 

Yaşayış binasında YANĞIN

10 Avqust 2017 16:59

İstanbul da yaşayış binasında yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, Ataşəhərdə  7 mərtəbəli bir binanın damında başlayan yanğın daha sonra digər binaları əhatə edib. Hadisə yerinə çoxlu sayda xilasetmə qrupu cəlb olunub.