Kürd terrorçu qadınlar: "Rəqs edib döyüşə gedirik"

Gələn həftə döyüşə gedirik. Ona görə də döyüşü bayram edirik, çünki murdarları məhv etmək üçün vuruşacağıq.  Suriyanın Rəqqa şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilməsi üçün döyüşlərə hazırlaşan, YPG mənsubu olan kürd qadınlar və qızlar belə deyiblər. Suriyanın şimalında yaşayan kürdlərin "Xalq Özünümüdafiə Dəstələri" (Yekşneyen Parastina Gel, YPG) adlanan bu dəstələri, əslində, kürdlərin PKK terror təşkilatının bölməsidir.

Türkiyə YPG-ni birmənalı olaraq terror təşkilatı sayır və Suriyanın şimalında kürdlərin terror anklavı yaratmalarına imkan verməyəcəyini deyir. YPG isə hazırda Suriya müxalifətinin silahlı dəstələrini birləşdirən Suriya Demokratik Cəbhəsinin (SDC) tərkibində İŞİD-ət qarşı vuruşduğunu deyir. YPG-dəki qadın döyüşçülər üçün xüsusi, 15 günlük döyüş hazırlığı kursları təşkil olunub. Hazırda həmin kurslarda 210 kürd qadın var. Milli.Az Reuters-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31