Həyat yoldaşına "Haqqını halal et" yazıb özünü asdı - VİDEO
Türkiyənin Adana şəhərində böyük miqdarda borcu olduğu deyilən 29 yaşlı Ferhat Çeliktekin həyat yoldaşına mesaj yazdıqdan sonra özünü təbii qaz borusundan asaraq intihar edib. Ferhat Çeliktekin intihardan öncə həyat yoldaşı H.Ç.-ya mobil telefonundan "Adıma olan mal-mülkümü satıb, borcumu ödəyərsiniz. Haqqınızı halal edin" mesajı yazıb.
10 Avqust 2017 14:43 DünyaTürkiyənin Adana şəhərində böyük miqdarda borcu olduğu deyilən 29 yaşlı Ferhat Çeliktekin həyat yoldaşına mesaj yazdıqdan sonra özünü təbii qaz borusundan asaraq intihar edib. Ferhat Çeliktekin intihardan öncə həyat yoldaşı H.Ç.-ya mobil telefonundan "Adıma olan mal-mülkümü satıb, borcumu ödəyərsiniz. Haqqınızı halal edin" mesajı yazıb.
H.Ç. dərhal polisə xəbər verib. Evə girən polislər və təcili yardım qrupu təbii qaz borusundan kəmərlə özünü asan Ferhat Çeliktekinin cansız bədəniylə qarşılaşıblar. Hadisəni eşidib, evə gələn yaxınları şok keçiriblər. Milli.az Haberler-ə istinadən xəbər verir.