"Cənnət" adasında savaş təyyarəsi tapıldı

Sakit Okeandakı Mikroneziyada yerləşən Palaudakı adalardan birində İkinci Dünya Müharibəsində vurularaq yerə düşmüş yapon savaş təyyarəsi aşkarlanıb.  Palau arxipelaqında olan və "Cənnət adası" kimi tanınan kiçik adadakı çaylardan birində Yaponiya istehsalı olan "Aichi E13A"dəniz-kəşfiyyat təyyarəsinin qalıqları var.

Yaponiya Hərbi-Hava Qüvvələrində uzaq məsafəli dəniz kəşfiyyatı üçün nəzərdə tutulmuş bu təyyarə vurulandan sonra çaya düşüb və o vaxtdan bəri su altında qalıb. Milli.az Lonely Planet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31