Rus əsilli İŞİD üzvü həbs olundu

Türkiyənin Adana şəhərində İncirlik hava bazasında ABŞ- a  aid bir  təyyarəni  dron (pilotsuz təyyarə) ilə vurmaq istəyən  Rus əsilli İŞİD terror təşkilatının üzvü olan Renad Bakıyev həbs olundu. “Olaylar” bildirir ki, terrorçu polisin həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Rusiya vətəndaşı olan Renat Bakıyevin  bir müddət əvvəl Kilis üzərindən Suriyadan Türkiyəyə daxil olduğu məlum olub.

Türkiyənin Adana şəhərində İncirlik hava bazasında ABŞ- a  aid bir  təyyarəni  dron (pilotsuz təyyarə) ilə vurmaq istəyən  Rus əsilli İŞİD terror təşkilatının üzvü olan Renad Bakıyev həbs olundu. "Olaylar" bildirir ki, terrorçu polisin həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Rusiya vətəndaşı olan Renat Bakıyevin  bir müddət əvvəl Kilis üzərindən Suriyadan Türkiyəyə daxil olduğu məlum olub.

Məlumata görə, Bakıyev Adanada bir Şiə dərnəyinin üzvü olub və İncirlik bazasında ABŞ əsgərlərinə və ya təyyarələrinə qarşı terror hadisəsi tötətməli idi.

Terrorçunun Rus dili ilə bərabər, İngilis, Ərəb və Türk dillərini də çox yaxşı bildiyi məlum olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31