Tacikistan İranı İTTİHAM ETDİ

Tacikistan Mərkəzi Televiziyasında Daxili İşlər Nazirliyinin hazırladığı sənədli film nümayiş olunub. Filmdə İran terroru dəstəkləməkdə, həmçinin 2015- ci ilin sentyabr ayında ölkədə bir qrup hərbiçinin dövlət çevirilişi hazırlanmasında, bir çox siyasi və ictimai xadimlərin sui -qəsd nəticəsində öldürülməsində ittiham edilib.

Tacikistan Mərkəzi Televiziyasında Daxili İşlər Nazirliyinin hazırladığı sənədli film nümayiş olunub. Filmdə İran terroru dəstəkləməkdə, həmçinin 2015- ci ilin sentyabr ayında ölkədə bir qrup hərbiçinin dövlət çevirilişi hazırlanmasında, bir çox siyasi və ictimai xadimlərin sui -qəsd nəticəsində öldürülməsində ittiham edilib. Sui -qəsdlər nəticəsində həlak olanlardan Milli Məclisin sabiq sədri Səfərəli Kencayevin, jurnalist Ataxan Lətifinin, alim və ictimai xadimlər Məhəəməd Asimi, Seyif Rəhim, Minxoca Qulamov, millət vəkili Kərim Yoldaşovun adları qeyd olunur. Sənədli filmdə hərbi çevriliş cəhdində iştirak edən və hal hazırda həbsdə olan bir çox hərbiçilərdə dindiriliblər. Onlar İranda terror təlimi gördüklərinin və bu ölkə tərəfindən maliyyəlşdirldiklərini etiraf ediblər.
Qeyd edək ki, 2015- ci ilin sonundan etibarən İran ilə Tacikistan arasındakı münasibətlərdə ciddi problemlər müşahidə olunur. Rəsmi Düşənbə İranın ölkdə fəaliyyət göstərən bir çox rəsmi və qeyri rəsmi qurum və təşkilatlarının Tacikistandaki fəaliyətlərini dayandırıb.  Tehran hələlik ittihamlarla əlaqədar har hansı bir rəsmi açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31