BANM tələbələri Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib
Bakı Ali Neft Məktəbinin tələbələri “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib. “Azərsu” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təcrübə kursunda BANM-nin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri iştirak edib.
10 Avqust 2017 11:39 SosialBakı Ali Neft Məktəbinin tələbələri "Azərsu" ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində təcrübə keçib. "Azərsu" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təcrübə kursunda BANM-nin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri iştirak edib. Təcrübə proqramının effektiv olması üçün 16 tələbə müxtəlif qruplarda 1 ay müddətində kompleksdə təcrübə keçib. Təcrübə müddətində tələbələrə qurğuların iş prosesləri, nəzarət ölçü cihazları, avtomatika avadanlıqları və SCADA sistemləri haqqında ətraflı məlumat verilib. Tələbələr suyun emal mərhələləri ilə əyani tanış olub, avadanlıqlar haqqında geniş məlumat əldə ediblər. Kompleksdə quraşdırılmış təzyiq, temperatur, səviyyə və suyun keyfiyyət göstəricilərini ölçən cihazlar, onların iş prinsipi, quraşdırma və istismar şərtləri tələbələrin diqqətinə çatdırılıb. Eyni zamanda anbar səviyyələrinin ölçülməsi və lazımi səviyyədə saxlanılması barədə məlumatlar verilib, radar tipli səviyyəölçən üzərində təcrübə aparılıb. Bütün avadanlıqların SCADA sistemindən idarə edilməsini təmin edən PLC panelləri və burada quraşdırılmış avadanlıqlar tələbələrin böyük marağına səbəb olub.