Türkiyənin diplomatik jurnalı Zəhradan yazıb

Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Gəncəxan Babişin Ermənistan ordusu tərəfindən öldürülən Zəhra və cəbhə xəttindəki son zamanlar yaşanan gərginliklərə həsr olunmuş məqaləsi Türkiyədə türk və ingilis dillərində yayımlanıb.

Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Gəncəxan Babişin Ermənistan ordusu tərəfindən öldürülən Zəhra və cəbhə xəttindəki son zamanlar yaşanan gərginliklərə həsr olunmuş məqaləsi Türkiyədə türk və ingilis dillərində yayımlanıb. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, G.Babiş məqaləsində erməni terroruna məruz qalan azərbaycanlı uşaqlara da toxunub. "Xocalıdan Füzuliyə erməni terrorunun son uşaq qurbanı: Zəhra" başlıqlı məqalə "Diplomatik Gözlem" və "Diplomatic Observer" jurnallarınlarınıən avqust nömrəsində çap olunub. G.Babiş yazısında Zəhranın Ermənistan tərəfindən qətlə yetirilən ilk azərbaycanlı uşaq olmadığını vurğulayaraq Xocalıdakı erməni vəhşiliyinin Füzulidə davam etdirildiyini bildirib: "2011-ci ildə Ermənilər tərəfindən Tovuz çayına buraxılan içi partlayıcılarla dolu olan oyuncağı Əlibəyli kəndindən 13 yaşlı Aygün Şahmalıyevanın götürməsi və oynayarkən partlaması nəticəsində uşağın ölməsi və anasının yaralanması unudulmayıb. Daha sonra həmin ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov isə erməni snayper tərəfindən vurularaq öldürülüb. Bundan başqa, ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixə qara ləkə kimi düşən beşikdəki körpələrin qətl edildiyi Xocalı soyqırımında 25 il sonra yenə 2 yaşlı məsum körpə bu dəfə Füzulidə erməni vandalizminin qurbanı olub. Göründüyü kimi, Xocalıdakı vəhşiliklər hələ də davam etməkdədir".

Yazısında 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın böyük uğur qazandığını və Ermənistanın xaricdən asılı vəziyyətdə olduğunu da ifadə edən G.Babiş məqaləsində yazır: "Keçən ilin aprel ayında Ermənistanla Azərbaycan Silahlı Qüvvələri arasındakı gərginliyin müharibəyə çevrildiyi zaman Azərbaycanın cəbhədəki qət etdiyi məsafə və geri alınan torpaqlar, gələcəyə olan ümidləri artırıb, ictimai həmrəyliyi gücləndirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31